McLaren Maqnussenə niyə mane olub?

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, Formula1 karyerasını bitirdikdən sonra İndyCar-da yarışmaq istəyir.

F-1.az xatırladır ki, Alonso keçən il Monaco Qran Prisindən imtina edərək, İndy500-də yarışmışdı.

Kevin Maqnussen: “Bunu etmək istəyirəm. Lakin bunu edərkən Formula1-dən imtina etmərəm. Gecələr İndyCar-ı yuxularımda görürəm. Çox təsiredicidir.

Lakin Formula1-lə eyni zamanda etmərəm, çünki fokuslanmaq lazımsır. Mən təkcə İndy500-də yox, bütün mövsüm yarışmaq istəyirəm. Formula1-də 15 il yarışdıqdan sonra bu barədə düşünə bilərəm.

2015-ci ildə İndy500-də yarışmaq üçün Andrettinin yanına getdim. Yarışmağa yaxın idim. Lakin McLaren mənə dəstək olmadı. Məni həmişə dəstəkləsələr də, onda kömək etmədilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*