17 Dekabr 2018, Bazar ertəsi - 16:57

McLaren Macarıstandan xallarla ayrılmaq istəyir

McLaren Macarıstandan xallarla ayrılmaq istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

10:09 - 27 İyul, 2018

McLaren komandasından Jil de Ferran bildirib ki, Macarıstan yarışında yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcəklər.

F-1.az xatırladır ki, britaniyalılar sonuncu Almaniya yarışından əliboş qayıdıblar. McLaren komandası Mühəndislər Kubokunda hazırda 7-cidir və Haas ilə Force İndia-dan 11 xal geri qalır.

Jil de Ferran: “Almaniyada gərgin mübarizənin şahidi olduq. Ardıcıl yarışlardan sonra yay tətilinə çıxacağıq. Macarıstan həmişə fanatların sevimlisi olub. Komandalar və sürücülər də buranı sevirlər. Budapeşt gəzmək üçün ideal şəhərdir. Tras isə çox qəddar xarakterə sahibdir. Çoxlu döngə var və qüsursuz olmalısınız. Buna görə də maşının balansı yaxşı olmalıdır. İstilik yüksək olduğu üçün həm sürücülər, həm də mühəndislər sazlanma tapmaqda çətinlik çəkirlər. Hazırda əsas hədəfimiz irəliyə doğru addımlar atmaqdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 186
Teqlər , , ,
Paylaş

logo