McLaren komandası sürücülərin test qrafikini dərc edib

McLaren komandası yeni MP4-27-nin mövsümöncəsi testlərində sürücülərin iş qrafikinin ilkin cədvəlini dərc edib. Xeresdə ilk iki günü (7-8 fevral) Censon […]

McLaren komandası yeni MP4-27-nin mövsümöncəsi testlərində sürücülərin iş qrafikinin ilkin cədvəlini dərc edib.

Xeresdə ilk iki günü (7-8 fevral) Censon Batton, sonrakı iki günü (9-10 fevral) Lyuis Həmilton işləyəcək.

Barselonada komanda yoldaşları yerlərini dəyişəcəklər: yeni maşını trasa əvvəlcə Həmilton (21-22 fevral), sonra isə Batton (23-24 fevral) çıxaracaq.

Sonuncu test seriyasında isə sürücülər növbələşəcəklər: martın 1-də və 3-də Censon, 2-də və 4-də isə Lyuis yeni maşının sükanı araxsına oturacaqlar.

Yeni maşının təqdimatı isə fevralın 1-də komandanın Uokinqdəki bazasında baş tutacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*