McLaren – inkişaf davam edir

McLaren komandası inkişafını davam etdirir, bu gün sıralanma turunda Lyuis Həmilton mövsümdə ən yüksək nəticəsini göstərib və sabah yarışa beşinci […]

McLaren komandası inkişafını davam etdirir, bu gün sıralanma turunda Lyuis Həmilton mövsümdə ən yüksək nəticəsini göstərib və sabah yarışa beşinci yerdən qatılacaq. Heykki Kovalaynenin isə sıralanma turunun sonuncu sessiyasına keçməsi üçün cəmi 0.1 saniyəsi çatmayıb – finlandiyalı sürücü yarışa 11-ci yerdən başlaycaq…

Lyuis Həmilton: “Biz son iki ayı olduqca gərgin işləyirik və bugünkü nəticə həmin işin yekunudur. Mən nailiyyətimizlə fəxr edirəm. Birincisi, ilk onluöa düçmək həmişə xoşdur. İkincisi isə, ilk onluqda mübarizə aparmaq lap xoşdur. Biz ilk beşliyin səviyyəsində sürət nümayiş etdirdik. İndi yaxın yarışlarda poul qazanmağa ümid edə bilərəm.”

Heykki Kovalaynen: “Mənim problemim olmadı. Sadəcə yəqin yavaş oldum. İndi biz aydınlaşdırmalıyıq ki, nəyi düzgün etməmişik. Eyni zamanda ilk yarışlarla müqayisədə bizim sürətimiz yaxşı artıb. İkinci sektorda çox vaxt itiririk, nəticədə mənə cəmi 0.1 saniyə çatmadı, amma bu da bizim inkişafımızdan xəbər verir. Sabah yarışda xal qazanmağa çalışacam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*