McLaren ikiyarışlıq cərimə oluna bilər?

Bəhreyn Qran Prisinin paddokunda komandaların nümayəndələri və mətbuat McLaren komandasının işi üzrə gələn heftə keçiriləcək FİA-nın Ümumdünya Şurasının iclasını müzakirə […]

Bəhreyn Qran Prisinin paddokunda komandaların nümayəndələri və mətbuat McLaren komandasının işi üzrə gələn heftə keçiriləcək FİA-nın Ümumdünya Şurasının iclasını müzakirə edirlər. Bİr çoxları hesab edir ki, federasiya 2005-ci ildə BAR komandasına qarşı qeyri-qanuni yanacaq baklarından istifadəyə görə verilmiş ikiyarışlıq cəriməni tətbiq edəcək, amma bu halda şura sübut etməlidir ki, stüardların aldadılması barədə Lyuis Həmilton və işdən çıxarılmış idman direktoru Deyv Rayandan başqa daha kimsə xəbərdar idi.

Britaniyanın Daily Telegraph qəzeti McLaren-in sponsorlarından birinə yaxın adamdan sitat gətirib: “Əgər aprelin 29-da komanda ciddi cərimə alarsa, onda mənim sponsorum müqaviləsini poza bilər. Cərimə cinayətə uyğun tətbiq olunur, əgər sübut olunsa ki, bu yalan bir-iki adamın deyil, bütün komandanın işidir, onda cərimə çox ciddi ola bilər.

Bİz hamımız bu vəziyyətin sətiraltı məsələsindən xəbərdarıq – FİA Ron Dennisin getməsini istəyirdi, ona görə də federasiya rəhbərliyi bu işi belə şişirdib, amma əsilndə bu qalmaqal nə FİA-ya, nə McLaren-ə, nə də ümumilikdə idmana xeyir eləmir. Belə qalmaqalların geniş müzakirəsi yeni sponsorları Formula1-dən döndərə bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*