16 Dekabr 2018, Bazar - 05:11

McLaren Honda yeni sponsor müqaviləsi imzalayıb

McLaren Honda yeni sponsor müqaviləsi imzalayıb

Müəllif: Rauf Hacıyev, redaktor

08:51 - 10 Mart, 2016

Mclaren Honda komandası Yaponiyanın avtomobil şirkəti Calsonic Kansei ilə uzunmüddətli müqavilə imzalayıb.

F-1.az xəbər verir ki, Calsonic Kansei şirkəti dünyanın ən məşhur avtomobil markalarını cihazlar paneli, kompressor, elektronik və qazburaxma sistemləri kimi detallarla təmin edir.

Qeyd edək ki, Calsonic Kansei 20 ildir ki, McLaren-in yarış avtomobillərini müxtəlif detallarla təmin edir. Beləliklə, yaponlar McLaren ilə əməkdaşlığı bir az da genişləndiriblər.

McLaren-in texnologiya qrupu üzrə rəhbəri Conatan Nil yeni müqavilə barədə təəssüratlarını bildirib: “Calsonic Kansei ilə yeni müqavilə bağladığımız üçün məmnunuq. İki şirkətin mühəndisləri bir yerdə işləyəcəklər, ona görə də xoşbəxtik. McLaren Honda komandası olaraq, Calsonic Kansei-ni qonaq edəcəyik və buna görə sevinirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 385
Teqlər , ,
Paylaş

logo