20 Oktyabr 2017, Cümə - 01:50

McLaren Honda düzlüklərdə zəifdir?

McLaren Honda düzlüklərdə zəifdir?

Müəllif: Rauf Hacıyev, redaktor

09:00 - 13 Mart, 2016

Eks Formula1 sürücüsü Mika Həkkinen düşünür ki, McLaren Honda komandası bu mövsüm inkişaf edib, amma MP4-31 düzlüklərdə rəqiblərinə uduzur…

F-1.az xatırladır ki, McLaren Honda komandası keçən il ERS sistemi ilə bağlı ciddi problemlər yaşamışdı, ona görə də yekunda sondan ikinci yeri tutmuşdu. Honda mühərrikləri 2016-cı ildə inkişaf edib, amma Barselonada keçirilən mövsümöncəsi testlərdə iştirak etmiş Mika Həkkinen bildirib ki, britaniyalılar hələ də düzlüklərdə çox zəifdirlər: “Bu komanda ilə bir keçmişim var. Komanda ilə bağlı müsbət və mənfi təssüratlarım olub.

Ümid edirəm ki, onlar layiq olduqları nəticələri alarlar, ancaq hələ də düzlük sürəti cəhətdən rəqiblərinə uduzurlar. Belə olduğu halda, rəqiblərdən güc cəhətdən geri qalırsınız. Siz həmişə aşağı asfalta yatma gücü ilə yarışa bilməzsiniz, çünki təkərləri də qorumaq lazımdır.

Təkərlərin üzərində çox işləmək və onu çox isitməmək lazımdır. Aşağı asfalta yatma qüvvəsi təkərləri tez öldürür, ona görə də trasa həmişə o sazlama ilə çıxmaq olmaz”.

Həkkinen həm də Mercedes AMG komandası barədə danışıb: “Mercedes AMG çox güclü görünür və onlar son illərdəki uğurlarına görə özlərinə güvənirlər.

Mercedes AMG-nin bolidi də gözəl görünür. Mercedes AMG komandası yenə də sürətli bolid düzəldib. Onlar testlərdə 19 yarış məsafəsi qət etdilər, bu da onların yaxşı vəziyyətdə olduqlarını göstərir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 297
Teqlər , ,
Paylaş

logo