McLaren H.Kovalaynenin menecerləri ilə danışıqlar aparır

Heykki Kovalaynenin McLaren-lə müqaviləsi ilin sonunda başa çatır və şayiələr gəzir ki, müqavilənin uzadılma ehtimalı çox azdır, amma komandanın başçısı […]

Heykki Kovalaynenin McLaren-lə müqaviləsi ilin sonunda başa çatır və şayiələr gəzir ki, müqavilənin uzadılma ehtimalı çox azdır, amma komandanın başçısı Martin Uitmarş bildirib ki, finlandiyalı sürücünün taleyi barədə qərar hələ qəbul olunmayıb. Mercedes şirkəti Niko Rosberqə marağını gizlətmir, gənc alman sürücünün də Williams-la müqaviləsi baaş çatır və o seçim qarşısındadır.

GMM agentliyinin yaydığı xəbərə görə, Uitmarş deyib ki, Kovalaynen vəzifəsinin öhdəsindən gəlir, amma bəzi hallarda “daha yaxşı ola bilərdi”…

Martin Uitmarş: “Mənə elə gəlir ki, komandada ona çox rahatdır, o komandada qalmaq arzusunu gizlətmir və indi biz onun menecerləri ilə danışıqlar aparırıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*