McLaren harada olduğunu bilmir

McLaren-in idman direktoru Erik Bulye bildirib ki, hazırda neçənci komanda olduqlarını bilmirlər.

F-1.az xatırladır ki, britaniyalı komanda Renault mühərriklərinə keçsə də, qış testlərində ən çox problem yaşayan kollektiv olub.

Erik Bulye: “Hazırda neçənci olduğumuzu proqnozlaşdıra bilmirik. Testlərdə kimin hansı mühərrik rejimində və hansı benzin yükündə işlədiyini bilmirik. Buna görə də kimin neçənci olduğunu deyə bilmərik. Ancaq Renault və Haas kimi komandalar keçən ilə nisbətən yaxşı vəziyyətdədirlər. İlk üç komanda isə öz aralarında mübarizə aparacaqlar.

Avstraliyada rəqabətədavamlı olacağımıza inanıram. Testlərdə az məsafə qət etsək də, bunu kompensə etməyə çalışırıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*