McLaren FİA-nın Ümumdünya Şurasına çağrılıb

McLaren komandası Formula1-in imicinə zərbə vurduğu üçün FİA-nın Ümumdünya Avtoİdman Şurasının növbədənkənar iclasına çağrılıb. Bu gün məlum olub ki, federasiya […]

McLaren komandası Formula1-in imicinə zərbə vurduğu üçün FİA-nın Ümumdünya Avtoİdman Şurasının növbədənkənar iclasına çağrılıb. Bu gün məlum olub ki, federasiya McLaren komandasını Beynəlxalq idman kodeksinin 151c Maddəsini pozmaqda təqsirləndirir – maddədə söhbət müəyyən maraq xatirinə yalan söyləməkdən gedir. FİA hesabe dir ki, McLaren komandasına qarşı 5 iddia irəli sürülə bilər:

– Martın 29-da komandanın nümayəndələri Avstraliya Qran Prisinin stüardalrına bildiriblər ki, Təhlükəsizlik Maşınının arxasında olarkən Lyuis Həmilton Yarno Trullini buraxmaq barədə komandadan göstəriş almayıb – amma bunun yalan olduğunu bilirdilər;

– Komanda öz sürücüsü Lyuis Həmiltonu məcbur edib ki, bu yalanı dəstəkləsin və təsdiq etsin;

– Bilərək ki, bu yalan sayəsində başqa komandanın sürücüsü ciddi cəzalandırılacaq, McLaren nümayəndələri vəziyyəti düzəltmək üçün heç bir tədbir göməyiblər və FİA ilə əlaqəyə girməyiblər;

– Aprelin 2-də Malayziyada bu məsələnin ikinci müzakirəsində Avstraliya Qran Prisinin stüardlarının yanında komandanın nümayındələri əvvəl söylədikləri yalanı düzəltməyə çalışmayıblar. Əksinə, onlar özlərinin doğru söylədiklərini təkid ediblər;

– Aprelin 2-də bu məsələnin ikinci müzakirəsində komanda nümayəndələri bir daha öz sürücülərini yalan söyləməyə məcbur ediblər, hərçənd bilirdilər ki, stüardlara söylədikləri həqiqətə uyğun deyil.

McLaren rəhbərliyi artıq etiraf edib ki, komandanın idman direktoru Deyv Rayan və Lyuis Həmilton stüardları həm Avstraliyada, həm də Malayziyada aldadıblar. Keçən cümə Rayan tutduğu vəzifədən azad edilib, Həmilton isə rəsmən hamıdan üzr istəyib və bildirib ki, məhz idman direktorunun məsləhətinə əsasən yalan danışıb. Çox güman ki, Həmilton da aprelin 29-da Ümumdünya Şurasının iclasına çağrılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*