McLaren C.Battonla müqaviləni uzatmayacaq

McLaren məntiqli addım ataraq Lando Norrisi gələn il üçün komandanın ehtiyat sürücüsü seçib. Çünki Batton açıqlamalarında dəfələrlə çempionatdan gedəcəyini, Yaponiyada yarış seriyalarından birində çıxış edəcəyini bildirmişdi.

F-1.az xəbər verir ki, tərəflər müqaviləni uzatmayacaqlar. Erik Bulye sabiq dünya çempionuna 8 il ərzində komandada çalışdığı üçün təşəkkür edib.

Erik Bulye: “Censon əla sürücüdür, McLaren brendini, Formula1-i və İngiltərəni əla təmsil edib. Müqaviləsi ilin sonunda başa çatır, lakin hər zaman McLaren ailəsinin bir üzvü olacaq. Həyat belədir, artıq yeni dövr başlayır. Ehtiyat sürücü rolunu Lando öz üzərinə götürəcək”.

Xatırladaq ki, Batton McLaren komandasına Brawn GP ilə titul qazandıqdan sonra – 2010-cu ildə gəlmişdi, bu dövrdə 8 yarışda qalib gəlib. Son qələbəsini 2012-ci ildə Braziliyada qazanıb ki, bu, həm də McLaren komandasının hələ ki, sonuncu zəfəridir.

Bu mövsüm Monakoda Fernando Alonsonu əvəzlədiyi yarışda 306-cı dəfə start alıb. Censon Formula1 tarixində ən çox yarışa çıxmış üçüncü sürücüdür – bu göstəriciyə görə yalnız Rubens Barrikello (322) və Mixael Şumaxerdən (307) geri qalır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*