McLaren Alonsonun yarışması üçün həkimlərlə danışıqlar aparır!

McLaren komandasının rəhbəri Ron Dennis bu xəbəri təsdiq edib.

F-1.az xatırladır ki, həkimlər Fernando Alonsonu Avstraliya Qran Prisində keçirdiyi qəzada aldığı xəsarətlərə görə Bəhreyn Qran Prisinə buraxmamışdı. Onu Stoffel Vandornun əvəz edəcəyini bildirmişdik.

Amma verilən məlumatlara görə, McLaren Honda komandası Alonsonun bu gün və sabah sükan arxasına keçməsi üçün FİA həkimləri ilə danışıqlar aparır.

Ron Dennis: “Bəli, McLaren və FİA arasındakı danışıqlar davam edir. Fernandonun sağlamlığı bizim üçün hər şeydən irəlidir və həkimlərin qərarını başa düşürük. Amma biz onun mümkün qədər tez, hətta burda yarışmasını istəyirik”.

Fernando Alonso da qabırğalarındakı sınıqlara və ağrılara baxmayaraq, yarışmaq istədiyini bildirib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*