12 Dekabr 2018, Çərşənbə - 05:03

McLaren Almaniyada itən xalara görə məyusdur

McLaren Almaniyada itən xalara görə məyusdur

Müəllif: Rauf Hacıyev, redaktor

12:19 - 25 İyul, 2018

McLaren komandasından Jil de Ferran bildirib ki, sürücüləri Alonso və Vandornun Almaniyada xal almaq şansları olsa da, bacara bilməyiblər.

F-1.az xatırladır ki, Alonso yarışın son dövrəsində bolidi qaraja çəkmiş, Vandorn isə yarışı sonuncu yerdə bitirmişdi.

Jil de Ferran: “Almaniya yarışı bizim üçün pis keçdi. Yağış başlayanda Fernando ilə qumar oynadıq, amma yağış gözlədiyimiz kimi artmadı. Yağış təkəri üçün lazımi şərait yox idi. Bunun cəzasını çəkdik. Fernando həmişəki kimi mübarizə aparsa da, heyif oldu. Yarışın sonunda ötürmələr qutusu ilə bağlı narahatçılığımız var idi və buna görə Alonsonu yarışdan çəkdik. Stoffel üçün yarış sakit keçdi və yaxşı sürdü. Yarış ərzində problemlərlə boğuşurdu. Problemləri araşdırırıq, ancaq yarışın sonunda güclü idi. Yaxşı xalları əldən verdiyimiz üçün məyusam, çünki bolid və sürücü performansına görə xal ala biləcək formada idik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 82
Teqlər , , ,
Paylaş

logo