20 Noyabr 2017, Bazar ertəsi - 06:13

McLaren 2016-cı ildə rəngini dəyişə bilər

McLaren 2016-cı ildə rəngini dəyişə bilər

Müəllif: Rauf Hacıyev, redaktor

09:57 - 02 Fevral, 2016

Formula1 üzrə 2016-cı il mövsümünün başlanmasına ayyarım vaxt qalıb. Hazırkı vəziyyətdə F1 fanatları üçün ən maraqlı amil komandaların yeni mövsümdə yarışacağı bolidlərdir…

F-1.az xəbər verir ki, McLaren komandası yeni mövsümdə yeni başlanğıc etmək üçün bolidin rəngini dəyişə bilər.

Britaniya komandası 50 illik Formula1 tarixində bir neçə dəfə rənglərini dəyişib. Marlboro brendinin sponsorluq dönəmində McLaren bolidləri qırmızı-ağ rənglərə, West brendinin sponsorluq etdiyi müddətdə isə qara-boz rənglərə boyanıb.

Keçən mövsüm Honda ilə yenidən əməkdaşlığa başlayan ingilislərin qırmızı-ağ rənglərdə yarışması gözlənilirdi, amma onlar mövsümün əvvəlində boz, Barselona QP-dən etibarən isə qara-qırmızı rəngləri seçmişdilər.

Keçən həftə Pol Rikar trasında keçirilən Pirelli yağış təkər testlərində McLaren keçən mövsüm yarışdığı rənglərdə iştirak edib. Bolidin üzərində Böyük Britaniya təmsilçisinin yeni müqavilə bağladığı sponsorlar olmayıb.

Censon Batton da iştirak etdiyi reklam çarxında tünd rəng əvəzinə açıq rəng paltar geyinib və bu diqqətlərdən yaynmayıb.

İspaniyanın Marca qəzeti fanlar arasında “Alonso bu il hansı rəngdə olan boliddə yarışsın?” sorğusu keçirib. Sorğuya 50 minrespondent qatılıb və onların 26%-i ağ və qara rəngləri seçib.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 364
Teqlər , , , , , , , ,
Paylaş

logo