Mayami Formula1 mərhələsini qəbul etməyə hazırlaşır

Hazırda çempionatın icraçı direktoru olan Çeyz Keri ABŞ-da mərhələlərin sayını artırmağn zəruriliyi barədə bir neçə dəfə danışıb.

F-1.az xəbər verir ki, Keri amerikalı jurnalistlərlə müsahibəsində yarış keçirmək üçün Nyu Yorkun, Las Veqasın və Mayaminin adlarını hallandırıb. Deyəsən, Liberty Media yavaş-yavaş sözdən işə keçir – çempionatın kommersiya direktoru Şon Bratçes Mayamiyə baş çəkib və şəhərin meri Fransis Suareslə 2020-ci ildə yarışın təşkili barədə müzakirələr aparıb.

Meriyanın mətbuat katibi Visente Betankur Miami Herald-a müsahibəsində baş tutan görüşü müsbət dəyərləndirib…

Visente Betankur: “Şon tək gəlməmişdi, Tilkenin bürosundan layihəçiləri də gətirmişdi və onlar bir neçə küçəyə baxış keçirdilər. Baxaq görək onların təklif etdiyi layihəni reallaşdıra biləcəyikmi və əsas da bu layihənin dəyəri nə qədər olacaq. Mən hesab edirəm ki, hazırda biz pas atmışıq və top F1-dədir. Biz öz mövqeyimizi aşkar göstərdik: biz şəhərdə əyləncəli idman tədbiri keçirmək istəyirik, amma bizim çox pulumuz yoxdur…”

Daha əvvəl isə xəbər yayılmışdı ki, gələn il Mayamidə yarış şousu keçiriləcək. Çox güman ki, çempionatın rəhbərliyi bu tədbirdə tammiqyaslı mərhələnin keçirilməsi perspektivlərini dəyərləndirəcək…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*