17 Dekabr 2017, Bazar - 11:53

Massa və Maqnussenə rəsmi xəbərdarlıq edilib

Massa və Maqnussenə rəsmi xəbərdarlıq edilib

Müəllif: Elçin Zodorov, redaktor

13:28 - 08 Oktyabr, 2016

Buna səbəb hər iki sürücünün sıralanma turunda sürətli dövrədən sonra pitə qayıdarkən maşını çox yavaş idarə etmələri olub.

F-1.az xəbər verir ki, FİA tərəfindən hər bir tras üçün təyin olunan vaxt limiti var və qaydalara görə, pilotlar pit yolunun çıxışındakı təhlükəsizlik maşını xəttindən pit yolunun girişindəki təhlükəsizlik maşını xəttinə qədər bu vaxt limitini aşmamalıdırlar.

Felipe Massa və Kevin Maqnussen sıralama turunda sürətli dövrədən sonra bu limiti aşdıqları üçün stüardlar tərəfindən çağrılmışdılar. Stüardlar hər iki hadisəni araşdırıblar və onların heç bir sürücüyə mane olmadıqlarını nəzərə alaraq sadəcə rəsmi xəbərdarlıqla kifayətləniblər. Bu, hər iki sürücünün cari mövsümdəki ilk rəsmi xəbərdarlıqlarıdır.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 188
Teqlər , , ,
Paylaş

logo