Massa – Stroll = 17,5 il

Williams-da daha bir il yarışmağa razılıq verən Felipe Massa ilə gənc debütant Ləns Stroll arasında 17 il, 6 ay, 4 günlük yaş fərqi var - bu, Formula1-də ötən əsrin 60-cı illərindən bəri gördüyümüz komanda yoldaşları arasındakı ən böyük yaş fərqidir.

F-1.az xatırladır ki, buna qədər son dövrlərdəki komanda yoldaşları arasındakı ən böyük yaş fərqinə Mixael Şumaxer və Niko Rosberqin timsalında şahid olmuşduq – yeddiqat dünya çempionu Mercedes-dəki debütü zamanı öz həmyerlisindən 16 il, 5 ay, 22 gün böyük idi.

Bu sahədə rekord isə Formula1-in ilk illərinə təsadüf edir. 1955-ci ildə Lancia komandasında yoldaşlıq etmiş Lui Şiron və Eucenio Kastelotti arasındakı yaş fərqi 31 il, 2 ay, 7 gün olub…

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*