19 Noyabr 2018, Bazar ertəsi - 15:31

Massa nəticədən razıdır, Bottas isə təəssüflənir…

Massa nəticədən razıdır, Bottas isə təəssüflənir…

Müəllif: Elçin Zodorov, redaktor

14:44 - 21 Mart, 2016

Williams-da 3-cü mövsümünü keçirən Felipe Massa dünənki nəticədən razı qalıb. Onun komanda yoldaşı, şənbə gününün uğursuzlarından olan Valtteri Bottas isə belə düşünmür.

F-1.az xatırladır ki, Felipe dünən keçirilən Avstraliya Qran Prisində 5-ci yeri tutub və mövsümə 10 xalla başlayıb. Valtteri isə 16-cı yerdən start alsa da, finişdə 8-ci olub və komandasına 4 xal qazandırıb.

Felipe Massa: “Yaxşı yarış oldu. Beşinci oldum və vacib xallar qazandım. Qırmızı bayraqdan sonra bir pit-stoplu strategiyaya keçdik və bu, bizə kömək etdi. Toro Rosso sürücülərini də məhz buna görə üstələdik. Nəticədən razıyam. Valtterinin də 16-cı yerdən başlayaraq 8-ci olması onun da yarışı yaxşı keçirdiyini göstərir”.

Valtteri Bottas: “Çətin bir həftəsonu oldu. Sıralanmalardan sonra cəza verildi və bu da mənim çıxışıma mənfi təsir göstərdi. Hədəfimiz daha yüksək yerləri tutmaq idi. Bəhreyndə daha yaxşısıni əldə etmək üçün çalışmalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 310
Teqlər , , , ,
Paylaş

logo