Maşının sürəti kimi strategiya da vacibdir…

2011-ci il mövsümündə yarış məsafəsində təkərlərdən istifadənin optimal strategiyası maşının sürəti kimi böyük əhəmiyyət kəsb edir, axı kiçik bir səhv […]

2011-ci il mövsümündə yarış məsafəsində təkərlərdən istifadənin optimal strategiyası maşının sürəti kimi böyük əhəmiyyət kəsb edir, axı kiçik bir səhv yarışdakı vəziyyətə ciddi təsir edə bilər…

Kristian Horner, Red Bull komandasının başçısı: “Hələ mövsümün əvvəlində biz bilirdik ki, bu il strategiya həlledici rol oynayacaq və mən düşünürəm ki, biz komandanın hazırladığı senarilərdən razı ola bilərik. Əgər Şanxayda yarış daha dörd dövrə davam etsə idi, nəticələr başqa cür ola bilərdi.

Məncə, indi bir çoxları özlərinə sual edirlər – şənbə günü sıralanma turunu bərk təkərlərlə keçirməklə nəticəni qurban verməklə, hətta, 15-ci yerdən start almaq lazım gəlsə belə, yarışa üç dəst təzə yumşaq təkər saxlamağa dəyərmi?”

Martin Uitmarş, McLaren komandasının başçısı: “Nə vacibdir – sürət yoxsa strategiya? Düşünürəm ki, hər iki faktor böyük əhəmiyyət kəsb edir. Pirelli-nin mühəndislərinə təşəkkür etmək lazımdır – yeni təkərlərin arxa antiqanadın hərəkətli elementi və KERS-lə birliyi bizə baxımlı yarışlar hədiyyə edib, hər halda əvvəllər heç bir mübarizənin getmədiyi iki trasda. Mən hesab edirəm ki, Formula1 bu il güclü inkişaf edəcək.

Hazırda siz optimal strategiyanın axtarışında ciddi risk edirsiniz. İstənilən səhv vəziyyətə ciddi təsir edə bilər, yeni təkər isə komandalar, mühəndislər və sürücülər üçün çağırışdır. Məncə, biz düzgün istiqamətdə irəliləyirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*