Marussia Virgin Racing komandası Rusiya lisenziyası ilə çıxış edəcək

Rusiya avtomobil federasiyası və Böyük Britaniyanın Kral avtoklubu Marussia Virgin Racing komandasının 2011-ci ildə Formula1 üzrə dünya çempionatında Rusiya lisenziyası […]

Rusiya avtomobil federasiyası və Böyük Britaniyanın Kral avtoklubu Marussia Virgin Racing komandasının 2011-ci ildə Formula1 üzrə dünya çempionatında Rusiya lisenziyası ilə çıxış etməsi üzrə razılıq əldə ediblər. Bu münasibətlə komanda rəsmi bəyanat yayıb…

Bəyanatda deyilir: “Formula1-in Marussia Virgin Racing komandası Rusiya avtomobil federasiyasının 2011-ci ilin fevral ayında verdiyi lisenziya ilə çıxış edəcək. Lisenziya 2011-ci ili dekabrın 31-ədək etibarlıdır. Bu gün Böyük Britaniyanın Kral avtoklubunun başçısı Kolin Hilton RAF-a məktub göndərib və komandanın builki çempionatda Rusiya bayrağı altında çıxışına etiraz etmədiklərini bildirib.”

Beləliklə, Marussia Virgin Formula1-də Rusiyanı təmsil edəcək ikinci komanda olacaq (birinci komanda 2006-cı ildə çıxış etmiş Midland F1 Racing olub)…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*