Marussia-nın yeni şassisi krəş-testi keçib

Marussia komandası təsdiq edib ki, bu gün yeni MR01 maşını FİA-nın rəsmi krəş-testini keçib. Pət Simonds, komandanın texniki məsləhətçisi: “Bir […]

Marussia komandası təsdiq edib ki, bu gün yeni MR01 maşını FİA-nın rəsmi krəş-testini keçib.

Pət Simonds, komandanın texniki məsləhətçisi: “Bir neçə çətin həftədən sonra biz təsdiq edə bilərik ki, son maneni də dəf etmişik və bu gün FİA-nın nümayəndələrinin iştirakı ilə krəş-testi keçmişik.

Problemli komponent bizim daxili testi keçmişdi, amma rəsmi testlərdə özünü qeyri-stabil aparmışdı. Sadəcə komponentin konstruksiyasına kiçik düzəliş verdik və hər şey yoluna düşdü.

Biz şadıq ki, yeni maşın artıq trasda debüt edib, hər şey qaydasındadır, amma bizim hələ görüləsi işimiz çoxdur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*