Rusiyanın lisenziyası ilə Formula1-də çıxış edən Marussia komandası yeni maşınını mövsümöncəsi testlərin sonuna qədər hazırlaya bilməyib. Daha doğrusu komanda FİA-nın məcburi krəş-testlərini keçə bilməyib, ona görə də komanda bu gün Silverstounda çəkiliş günü çərçivəsində yeni maşınını təqdim edib.
Qırmızı-qara rəngli maşın qısa fotosessiyadan sonra Silverstounda debüt edəcək. Maşının tam debütü isə Avstraliya Qran Prisinin ilk sərbəst yürüşlərində olacaq. MR01-i bu gün Pirelli-nin nümayiş təkərlərində trasa Timo Qlok çıxaracaq. Xatırladaq ki, yeni maşın britaniyalı mütəxəssis Pət Simondsun başçılığı altında hazırlanıb…