18 Noyabr 2018, Bazar - 14:15

Marussia F1 Team – MR01 (video)

Marussia F1 Team – MR01 (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:04 - 08 Mart, 2012

Rusiyanın lisenziyası ilə Formula1-də çıxış edən Marussia komandası yeni maşınını mövsümöncəsi testlərin sonuna qədər hazırlaya bilməyib. Daha doğrusu komanda FİA-nın […]

Rusiyanın lisenziyası ilə Formula1-də çıxış edən Marussia komandası yeni maşınını mövsümöncəsi testlərin sonuna qədər hazırlaya bilməyib. Daha doğrusu komanda FİA-nın məcburi krəş-testlərini keçə bilməyib, ona görə də komanda bu gün Silverstounda çəkiliş günü çərçivəsində yeni maşınını təqdim edib.

Qırmızı-qara rəngli maşın qısa fotosessiyadan sonra Silverstounda debüt edəcək. Maşının tam debütü isə Avstraliya Qran Prisinin ilk sərbəst yürüşlərində olacaq. MR01-i bu gün Pirelli-nin nümayiş təkərlərində trasa Timo Qlok çıxaracaq. Yeni maşın britaniyalı mütəxəssis Pət Simondsun başçılığı altında hazırlanıb.

marus2
Komanda yeni maşını yarış texnikasının hazırlanmasına prinsipial yeni yaxınlaşmanın məhsulu adlandırır. Komandanın əvvəlki iki maşınını hesablama hidrodinamikasının (CFD) böyük ustası Nik Uirt hazırlamışdı, amma onun keçənilki MVR-02 maşınında yeni maşına cəmi bir neçə element keçib.

Pət Simonds əsas üstünlüyü mexaniki komponentlərin etibarlılığına verib, çünki şassini mövsümün gedişində təkmilləşdirmək olar. Hazırda komanda Bənberi bazasına tam köçüb qurtarıb. Uirt komandanı tərk etdikdən sonra aerodinamika şöbəsi ciddi yenilənib, mütəxəssislərin bir hissəsi CFD ilə işini davam etdirir, yeni bir hissəsi isə aerodinamik boruda çalışır. Komanda əmindir ki, bu doğru yoldur.

marus3
Marussia-nın McLaren-lə texniki əməkdaşlığı da davam edir, ona görə də şassinin burun elementinin MP4-27-də olduğu kimi mövsümə xas olan “pillə”dən azad olmasını görmək mümkündür. Yeni maşının hazırlanması zamanı konstruktorlar qarşısında vacib vəzifələr qoyulub, xüsusən də aerodinamik effektliyin artırılması və çəkinin azaldılması.

Con But, komandanın başçısı: “Biz çox razıyıq ki, bu gün səhər MR01 birinci dəfə trasa çıxıb. Komanda üçün qış fasiləsi uzun sürüb, amma indi hər şey arxadadır və biz maşın üzərində işə başlaya bilərik, onu birinci yarışa hazırlamalıyıq.

Bu gün bizim sürücülər də yeni maşınla tanış olacaqlar, amma nəticə çıxarmaq hələ tezdir, çünki əsas iş Melburnda başlayacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Təqdimatlar
Mənbə
Baxış Sayı 258
Teqlər
Paylaş

logo