Marussia B.Ekklstounla danışıqları davam etdirir

Gələn həftə çempionat rəsmən start götürür, amma nə yeni təqvim, nə də yeni Razılıq Müqaviləsi hələ də imzalanmayıb. Berni Ekklstoun […]

Gələn həftə çempionat rəsmən start götürür, amma nə yeni təqvim, nə də yeni Razılıq Müqaviləsi hələ də imzalanmayıb. Berni Ekklstoun isə Marussia komandasından başqa digər komandalarla ayrı-ayrılıqda kommersiya müqavilələri imzalaya bilib.

Marussia komandası FİA-ya çempionatda iştirak barədə müraciət edib – federasiya tərəfindən problem yoxdur, amma FOM-la problemlər həll olunmayıb – komandaya mükafat fondundan hansı məbləğ ödənəcək? Amma komanda FOM-a qarşı iddia qaldıra bilər, məsələn, teleyayım zamanı öz maşınlarının göstərilməsini qadağan edə bilər. Düzdür, bu qadağan kimin udması və ya uduzması aydın deyil…

Komandanın nümayəndəsi ESPN telekanalına bildirib ki, “biz kommersiya başçısı ilə aktiv danışıqları davam etdiririk, amma bu günə imzalanmış müqaviləmiz yoxdur…”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*