19 Noyabr 2017, Bazar - 08:45

Manor komandası yeni MRT05-dən razıdır

Manor komandası yeni MRT05-dən razıdır

Müəllif: Rauf Hacıyev, redaktor

21:07 - 29 Fevral, 2016

Manor komandasının yarış direktoru Deyv Rayan bildirib ki, komandanın 2016-cı il bolidi MRT05 onlara ümid verir…

F-1.az xatırladır ki, Manor komandası keçmişdə maliyyə problemləri çəkirdi və ona görə də sonuncu yerlər uğrunda mübarizə aparırdı.

Amma Deyv Rayan yeni mövsümdən ümidlidir: “Artıq daha yaxşı bolidimiz var. Kiçik komandayıq və yeni bolid hazırladıq, amma bu o demək deyil ki, biz dayanacayıq.

Bu bizim üçün yeni bir dövrdür. Yeni bolidimiz və yaxşı proqramımız var. Zavodda ağıllı insanlar var. Zavodda hamı müsbət əhval ruhiyyədədir. Bütün işlər mükəmməl gedir.

Etməli olduğumuz şey çox pul xərcləmək deyil. Əgər işimizə yarasa və yaxşı işləsələr detalları yeniləyəcəyik. Biz əmin olmalıyıq ki, inkişaf etmişik.

Biz bu il üçün bir plan qurmuşuq. Bu planı yerinə yetirə bilsək, daha yaxşı yerlərdə ola bilərik. Bizim güclü inkişaf proqramımız var və gələcəkdə nələrin baş verəcəyini görəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 176
Teqlər , ,
Paylaş

logo