23 Noyabr 2017, Cümə axşamı - 11:40

Manor komandası Mercedes-in aerodinamik borusundan istifadə edəcək

Manor komandası Mercedes-in aerodinamik borusundan istifadə edəcək

Müəllif: Rauf Hacıyev, redaktor

13:07 - 14 Fevral, 2016

Manor komandası Mercedes ilə bağladığı müqaviləyə əsasən? almanların aerodinamik borusundan istifadə edəcək…

F-1.az xatırladır ki, Manor komandası Paskal Verlyayn üçün 15 milyon avro istəyirdi, ancaq Mercedes Paskala görə Manora 5 milyon Avro ödəyib. Manor həm də almanların aerodinamik borusundan da istifadə edəcək.

Xatırladaq ki, Mercedes 2016-cı ildə Manoru mühərriklərlə təmin edəcək.

Mercedes-in avtoidman şöbəsinin direktoru Toto Volff bu barədə fikirlərini bildirib: “Manor-un bizim ikinci komandamız olması doğru deyil. Sadəcə Paskal Verlyayna görə bizim aerodinamik borumuzdan istifadə edəcəklər”.

Ferrari və Haas komandalarının aralarındakı əlaqənin Mercedes və Manor arasında olub-olmayacağına Toto belə cavab verib: “Vəziyyətə baxacayıq. Bütün ehtimallara açıq olmalıyıq. Qaydalarda iki komandanın bir yerdə işləməsinə icazə verilib-verilmədiyinə baxmalıyıq.

Ferrari Haas ilə ortaqlıq edərək, ağıllı addım atdı. Əgər onlar yaxşı performans göstərsələr, deməli, doğru addım atıblar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 248
Teqlər , , , , ,
Paylaş

logo