Manor komandası K.Maqnussen ilə maraqlanır

Kevin Maqnussen Manor komandası ilə də danışıqlar aparır.

F-1.az xəbər vermişdi ki, Renault komandası Maqnusseni komandaya 3-cü pilot kimi gətirmək istəyir. Bundan başqa Britaniya mətbuatı Maqnussenin Maldonadonu əvəz edəcəyini yazımışdı.

Amma bir başqa iddiaya əsasən Maqnussen təkcə fransızlarla danışıqlar aparmır. The Telegraph xəbər verir ki, Maqnussen Manor komandası ilə danışıqlar aparır.

Manor komandası Maqnussendən başqa Haryanto, Stivens, Verlyayn və Rossi ilə də danışıqlar aparır. Ancaq nə Verlyayn, nə də Haryanto Manorda yarışmaq üçün 15 milyon avro tapa bilməyib və namizədlərin sayı üç nəfər olub.

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*