M.Andretti Fettelə daha bir mükafat təqdim edib

Formula1-in üçqat çempionu Sebastyan Fettel SpeedTV telekanalının keçirdiyi ənənəvi sorğuda “İlin ən yaxşı sürücüsü” nominasiyasında doqquzqat ralli çempionu Sebastyen Löbü […]

Formula1-in üçqat çempionu Sebastyan Fettel SpeedTV telekanalının keçirdiyi ənənəvi sorğuda “İlin ən yaxşı sürücüsü” nominasiyasında doqquzqat ralli çempionu Sebastyen Löbü qabaqlayaraq baş mükafata layiq görülüb. Dünən axşam Amerika telekanalının studiyasında müküfatı Fettelə milli əfsanə Mario Andretti təqdim edib…

Mario Andretti: “Əgər bütün sessiyaları nəzərə alsaq, sıralanma turları, yarışlarda qələbə, onda Fettel inanılmaz mövsüm keçirdib. Mövsümün əvvəli xoşagəlməz keçdi, amma sonra Sebastyan dönüş etdi və yenidən zirvəyə yüksəldi.”

Sebastyan Fettel: “Bu, inanılmazdır. Mən fəxr edirəm ki, bu mükafatı əfsanəvi sürücünün əlindən aldım. Bu, mənim üçün doğrudan da böyük əhəmiyyət kəsb edir.”

2010-cu ildə də Fettel bu nominasiyada birinci olmuşdu, ən çox qələbəni isə NASCAR sürücüsü Cimmi Conson (üç dəfə) qazanıb…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*