19 Dekabr 2018, Çərşənbə - 15:50

Maldonado Formula1-ə qayıtmağa hazırlaşır

Maldonado Formula1-ə qayıtmağa hazırlaşır

Müəllif: Rauf Hacıyev, redaktor

08:23 - 04 İyun, 2016

Pastor Maldonado bildirib ki, qarşısında çoxlu alternativlər olsa da, üstünlüyü Formula1-ə verəcək…

F-1.az xatırladır ki, venesuelalı sürücünün əsas sponsoru olan PDVSA şirkəti maliyyə böhranına görə Maldonadodan imtina etmişdi.

Maldonadonun başqa seriyalarda yarışmaq şansı olsa da, venesuelalı sürücü gələn ildən etibarən yenidən Formula1-ə qayıtmaq istəyir: “Ətrafa baxıram, çox işləyirəm və ümid edirəm ki, Formula1-ə qayıda bilərəm. Yaxşı fürsətlərə qapılarım həmişə açıqdır. Hər şeyə hazıram. Formula1-ə qayıda bilsək, yaxşı olacaq, amma alınmasa, buna da hazıram. Hələ aktivəm və testlərə çıxıram. Çoxlu dövrələr vururam. Yeni təkərlərlə dövrələr vururam. Çox işləyirəm. Kabinəyə oturub, əlimdən gələnin ən yaxşısını etməyə hazıram”.

Maldonado İndyCar və digər seriyalardakı alternativlər barədə də danışıb: “Təbii ki, B planımız olmalıdır, amma bunun nə olacağını bilmirəm. Seçim çoxdur.

Seçimləri müzakirə etməli və qərar verməliyik. Hazırda bütün təkliflərə qapılarımız açıqdır. Ümid edirəm ki, A planım reallaşar. O da Formula1-dir”.

Maldonado Pirelli-nin 2017-ci ildə istifadə edəcəyi daha enli olan 2017-ci il təkərlərini test edir. Venesuelalı sürücü bu vəzifəyə Formula1-dən ayrıldıqdan sonra gəlsə də, bildirib ki, artıq təkərləri daha yaxşı başa düşür və bu sahədə çox inkişaf edib: “Formula1-dən ayrılmaq çətin idi, çünki 25 ildir ki, yarışırdım. O vaxtı məyusluqdan heç danışa da bilmirdim. Amma bu həyatdır.

İndi növbəti yarışlara baxmalıyıq. Pirelli mənimlə müqavilə bağladı və bir yerdə çoxlu testlər edirik. Problemləri həll edirik. Bu çox maraqlıdır.

Yaxşı komandalarda yarışan sürücülərlə test etməyə vaxt yoxdur. Bu da mənə fürsət yaratdı ki, təkərləri daha yaxşı tanıyım. Sürücü kimi bunları başa düşmək çox vacibdir.

Bəlkə bir az dincəlsəm, yaxşı olar. Xüsusən də Renault-nun nəticələrinə kənardan baxdıqdan sonra hansı komanda ilə qayıdacağıma özümün qərar verməyim yaxşı olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 325
Teqlər , , , ,
Paylaş

logo