16 Dekabr 2017, Şənbə - 01:36

Malayziya Qran Prisi: Yarış

Malayziya Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:20 - 30 Mart, 2015

Quru. Günəşli. Havanın temperaturu +34° C, trasın temperaturu +62° C İsti hava və yağış – Malayziya Qran Prisinin ənənəvi atributlarıdır. […]

Quru. Günəşli. Havanın temperaturu +34° C, trasın temperaturu +62° C

İsti hava və yağış – Malayziya Qran Prisinin ənənəvi atributlarıdır. Cümə günü asfalt 60 dərəcəyədək qızmışdı, amma şənbə günü sıralanma turu yağış altında keçdi – yekunda isə düz bir əvvəlki nəticə qeydə alındı: Həmilton – Fettel – Rosberq.

Sıralanma turundan sonra stüardlar Roman Qrojanı startda iki yer itirməklə cərimə ediblər – fransalı sürücü pit-leynin çıxışında növbə gözləmədiyi üçün bu cəzaya məhkum edilib. Stüardlar Manor komandasının hər iki sürücüsünü də starta buraxıblar.

Pirelli Malayziyaya ən bərk təkər cütlüyü gətirib. Dünən sıralanma turunda ikinci sessiyada sürücülər yağışa qədər Medium təkərlərlə nəticə göstərdikləri üçün ilk onluq startda bu təkərləri seçməli olub. Amma digər sürücülər də bu tərkibə üstünlük veriblər, ancaq McLaren sürücüləri starta Hard təkərlərlə çıxıblar.

Startda ilk üçlük mövqeyini qoruya bilib, Massa Kvyatı qabaqlayıb, Ferstappen və Erikson təmas yaşasalar da yarışa davam ediblər, amma Maldonadonun Bottasla və Rəykkönenin Nasrla toqquşması birincilərin maşınında təkərin deşilməsinə səbəb olub. 2-ci dövrənin sonunda ilk onluq: Həmilton – Fettel – Rosberq – Rikkardo – Massa – Kvyat – Hülkenberq – Erikson – Qrojan – Ferstappen.

4-cü dövrədə Erikson Hülkenberqi keçməyə cəhd edib, amma əylənmədə səhvə yol verib və trasdan çıxaraq çınqıllı sahədə ilişib qalıb. Trasa Təhlükəsizlik Maşını (TM) buraxılıb. Bir çox sürücülər boksa tələsiblər, o cümlədən Mercedes AMG komandasının sürücüləri – boksa getməyən Fettel liderliyi ələ keçirib. Bu seçim yarışın taleyini həll edib. TM-in arxasında ilk onluq: Fettel – Hülkenberq – Qrojan -Sayns – Peres – Həmilton – Rikkardo – Massa – Rosberq – Ferstappen.

6-cı dövrənin sonunda TM trası tərk edib və restart verilib. Həmilton Peresi üstələyib, bu mübarizədən Rikkardo da yararlanıb və Serxionu arxada qoyub. Daha sonra Peresi Rosberq, Ferstappen və Kvyat keçiblər. 10-cu dövrədə Rosberq Massanı, Həmilton Saynsı keçiblər. Fettel artıq Hülkenberq üzərində üstünlüyünü 10 saniyəyə çatdırıb – Nikonun arxasında isə böyük qatar əmələ gəlib. Həmilton Force İndia sürücüsü keçərək Fettel arxasınca tələsib.

Rikkardo Saynsı ötməyə çalışıb, amma əylənmədə səhvə yol verərək Rosberqi də irəli buraxıb. 12-ci dövrədə ilk onluq: Fettel – Həmilton – Hülkenberq – Qrojan – Sayns – Rikkardo – Rosberq – Massa – Bottas – Ferstappen.

13-cü dövrədə Rəykkönen Peresi üstələyərək 12-ci yerə yüksəlib, Rosberq isə əvvəlcə Qrojanı, sonra isə Hülkenberqi keçərək 3-cü yerə qalxıb. Maldonado TM-in araxsında sürət rejimini pozduğu üçün 10 saniyəlik cərimə alıb.

15-ci dövrədə Sayns və Rəykkönen boksa gedərək yeni təkərlərlə trasa qayıdıblar, 16-cı dövrədə Hülkenberq və Qrojan da yeni təkərlərə keçiblər. Fettel 18-ci dövrədə yeni təkərlərlə trasa 3-cü qayıdıb.

Ferstappen və Kvyat Rikkardonu arxada qoyublar. Avstraliya sürücü boksa yollanıb. Peres də pit-stop gerçəkləşdirib. 20-ci dövrədə ilk onluq: Həmilton – Rosberq – Fettel – Massa – Bottas – Ferstappen – Kvyat – Alonso – Rəykkönen – Batton.

21-ci dövrədə Nasr və Ferstappen boksa yollanıblar, 22-ci dövrədə Fettel Rosberqi keçərək 2-ci yerə yüksəlib. Batton və Kvyat da yeni təkər dəsti üçün boksa gediblər. Yarış mühəndisi Alonsoya bildirib ki, onun maşınında ERS-in soyudulması problemləri var – Fernando boksda dayanmalı olub.

Rosberqdən uzaqlaşan Fettel sürətlə Həmiltona yaxınlaşmağa başlayıb – Ferrari Medium təkərlərlə çox sürətli işləyib. 23-cü dövrədə Ferstappen xarici radiusla Rikkardonu üstələyib. 24-cü dövrədə Həmilton arax təkərlərin effektivsizliyindən gileylənib və son döngədə Fettel yanından şütüyüb keçdikdən sonra boksa yönəlib.

25-ci dövrədə Massa, 26-cı dövrədə Bottas, 27-ci dövrədə isə Rosberq və Qrojan yenidən bokslarına qonaq olublar. Rikkardonun maşınında əyləclər qızıb – mühəndisi ondan Kvyatı buraxmasını istəyib. Rusiyalı sürüsü komanda yoldaşını keçən kimi Hülkenberqə hücum edib, amma Niko onun maşınına çırpılıb. Kvyat bir neçə mövqe itirsə də, yarışı davam etdirə bilib.

29-cu dövrədə Rosberq 3-cü yer uğrunda mübarizədə Rəykköneni qabaqlayıb. Massa isə Saynsı keçərək 5-ci yerə yüksəlib. Növbəti dövrədə Ferstappen də komanda yoldaşını keçib.

Peresi ötməyə çalışarkən Qrojan kiçik təmasdan sonra trasdan çıxmalı olub, amam mübarizəni davam etdirə bilib. Hər iki Force İndia sürücüsü 10 saniyəlik cərimə alıblar – onlar Kvyat və Qrojanla insidentlərdə günahkar hesab olunublar.

31-ci dövrədə Nasr, 32-ci dövrədə Hülkenberq, 33-cü dövrədə Sayns pit-stop keçiriblər. 35-ci dövrədə Bottas Ferstappeni üstələyib, Rəykkönen, Rikkardo və Qrojan isə yeni təkər dəstinə keçiblər. 36-cı dövrədə Batton və Peres də yeni təkər dəsti alıblar.

Fettel Həmilton üzərindəki üstünlüyü nəzarət altında saxlayaraq yarışa inamla başçılıq edib. 37-ci dövrədə Rəykkönen Ferstappeni qabaqlayaraq 6-cı yerə yüksəlib. 38-ci dövrədə Fettel 2-ci və sonuncu pit-stopunu keçirərək trasa ikinci qayıdıb – Rosberq arxadan dərhal hücum təşkil etmək istəsə də, buna nail ola bilməyib.

39-cu dövrədə Həmilton və Massa boksa yollanıblar, Lyuis trasa üçüncü qayıdıb. 40-cı dövrədə Kvyat da son pit-stopunu reallaşdırıb. Həmilton Medium əvəzinə Hard təkərlər aldığı üçün komandasından gileylənib – britaniyalı sürücü daha yumşaq təkərlərlə Fettelı çatmağı planlaşdırmışdı. 42-ci dövrədə Rosberq Medium təkərlər alaraq trasa 3-cü qayıdıb.

Batton komandasına xəbər verib ki, motor gücünü itirib və boksa qayıtmalı olub – McLaren komandası üçün daha bir xalsız yarış. 43-cü dövrədə ilk onluq: Fettel – Həmilton – Rosberq – Rəykkönen – Massa – Sayns – Ferstappen – Rikkardo – Kvyat.

49-cu dövrədə Ferstappen komanda yoldaşını üstələyib – hər iki Toro Rosso sürücüsü ana komandanın sürücülərini inamla arxada saxlayıblar. Maldonado yenə də yarışı başa vurmadan maşını boksda saxlamalı olub. 53-cü dövrədə Kvyat Rikkardonu qabaqlayıb – bu zaman komandanın keçənilki sürücüsü Fettel onları bir dövrə arxada qoyub. 55-ci dövrədə Bottas komanda yoldaşını üstələyərək 5-ci yerə qalxıb.

Sebastyan Fettel yarışı iki pit-stopla başa vuraraq karyerasında 40-cı qələbəsini qazanıb. Fettel 2013-cü il Braziliyadan sonra, Ferrari isə həmin il İspaniyadan sonra qələbə həsrətinə son qoyublar. “Ferrari qayıtdı” – qışqıran Mauritsio Arrivabene sürücüsünü qələbə münasibətilə təbrik edib.

Lyuis Həmilton finiş xəttini ikinci keçərək çempionatda liderliyini qoruya bilib, Niko Rosberq isə podiumun aşağı pilləsinə qalxıb.

Finiş xəttini 7-ci keçən Maks Ferstappen Formula1 tarixinin xal qazanan ən gənc sürücüsü adını Daniil Kvyatdan alıb.

Yarış çox gözəl keçdi, gərgin mübarizə ilə yadda qaldı – amma hələ də real qüvvələr nisbəti barədə sualları cavabsız qoydu. F-1.az xatırladır ki, iki həftədən sonra Şanxayda mübarizə davam edəcək…

YerPilotKomandaMotorVaxt
01S.FettelFerrariFerrari1:41:05.793
02L.HəmiltonMercedes AMGMercedes+ 0:08.569
03N.RosberqMercedes AMGMercedes+ 0:12.310
04K.RəykkönenFerrariFerrari+ 0:53.822
05V.BottasWilliamsMercedes+ 1:10.409
06F.MassaWilliamsMercedes+ 1:13.586
07M.FerstappenToro RossoRenault+ 1:39.085
08K.SaynsToro RossoRenault+ 1 dövrə
09D.KvyatRed BullRenault+ 1 dövrə
10D.RikkardoRed BullRenault+ 1 dövrə
11R.QrojanLotusMercedes+ 1 dövrə
12F.NasrSauberFerrari+ 1 dövrə
13S.PeresForce İndiaMercedes+ 1 dövrə
14N.HülkenberqForce İndiaMercedes+ 1 dövrə
15R.MerhiManorFerrari+ 3 dövrə
16P.MaldonadoLotusMercedes
17C.BattonMcLarenHonda
18F.AlonsoMcLarenHonda
19M.EriksonSauberFerrari
20U.StivensManorFerrari

Sürətli dövrə: Niko Rosberq (Mercedes AMG) – 1:42.062 (43-cü dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01L.HəmiltonMercedes AMGMercedes43
02S.FettelFerrariFerrari40
03N.RosberqMercedes AMGMercedes33
04F.MassaWilliamsMercedes20
05K.RəykkönenFerrariFerrari12
06F.NasrSauberFerrari10
07V.BottasWilliamsMercedes10
08D.RikkardoRed BullRenault09
09N.HülkenberqForce İndiaMercedes06
10M.FerstappenToro RossoRenault06
11K.SaynsToro RossoRenault06
12M.EriksonSauberFerrari04
13D.KvyatRed BullRenault02
14S.PeresForce İndiaMercedes01
15C.BattonMcLarenHonda0
16R.QrojanLotusMercedes0
17R.MerhiManorFerrari0
18P.MaldonadoLotusMercedes0
19F.AlonsoMcLarenHonda0
20K.MaqnussenMcLarenHonda0
21U.StivensManorFerrari0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Mercedes AMGMercedes76
02FerrariFerrari52
03WilliamsMercedes30
04SauberFerrari14
05Toro RossoRenault12
06Red BullRenault11
07Force İndiaMercedes07
08LotusMercedes0
09McLarenHonda0
10ManorFerrari0

Malayziya Qran Prisi: Yarış

Malayziya Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:41 - 05 Aprel, 2013

Yarışın əvvəlində qurumaqda olan tras, sonra quru. Buludlu. Havanın temperaturu +25° C, trasın temperaturu +31° C Bir həftə əvvəl Albert […]

Yarışın əvvəlində qurumaqda olan tras, sonra quru. Buludlu. Havanın temperaturu +25° C, trasın temperaturu +31° C

Bir həftə əvvəl Albert Parkda güclü yağış üzündən mövsümün ilk sıralanma turu bazar gününə keçirilmişdi, dünən Sepanqda yağış yenə də sıralanma turunun gedişinə müdaxilə edib. Bu gün isə startdan əvvəl trasa yağış yağıb.

Dünən mövsümdə ikinci poulu Sebastyan Fettel qazanmışdı, onunla birlikdə birinci cərgədən Felipe Massa start alırdı, Alonso və Həmilton ikinci cərgədə yer alıblar. Avstraliya Qran Prisinin qalibi Kimi Rəykkönen bir həftə əvvəl olduğu kimi 7-ci nəticə göstərsə də, Niko Rosberqi bloka saldığı üçün stüardlardan üç yer itirməklə cəza alıb və yarışa 10-cu yerdən başlamalı olub.

Uik-endin gedişində hamı təkərlərin tez yeyilməsindən narahat olub – isti və cod asfalt üzərində təkərlərdən böyük fraqmentlər qopurdu, dünən sıralanma turunda komandalar təkərlərə qənaət etməyə çalışıblar, amma yağış üzündən yarışa kifayət qədər slik qalıb.

Startdan əvvəl yağıb dayanan yağış sürücülərə yağış və keçid təkərləri arasında seçim etməyə imkan verib: hələ trasa çıxma dövrəsində insidentlər yaşanıb, Valtteri Bottas isə ön antiqanadını zədələyib və yenidən boksa qayıtmalı olub. Startda bütün sürücülər maşınlarına keçid təkərləri taxıblar.

Fettel startda poulun üstünlüyünü saxlayıb. Alonso Massanı üstələyib və Sebastyanla mübarizəyə girişib, amma ön antiqanadını zədələyib. Uebber Alonsoya bir neçə dəfə hücum edib və ikinci dövrənin əvvəlində onu keçib. Bu zaman Alonsonun maşınında ön qanad dağılıb və sürücü trasdan çıxaraq mübarizədən kənar qalıb. 3-cü dövrədə ilk onluq: Fettel – Uebber – Həmilton – Batton – Rosberq – Massa – Peres – Sutil – Hülkenberq – Rikkardo.

6-cı dövrədə Fettel birinci olaraq sliklərə keçib, ondan sonra Massa Medium tərkibinə keçib. Birinci sektorda asfalt hələ nəm olub, amma 8-ci və 9-cu dövrələrdə hamı təkərləri dəyişib. Sutilin maşınına qulluq zamanı sol arxa təkərlə ləngimə olub. Həmilton isə boksunu səhv salıb: əvvəlcə keçmiş McLaren komandasının mexaniklərinə qonaq olan Lyuis cəld səhvini düzəldib. Pik və Vern isə pit-leyndə toqquşublar – insidenti stüardlar finişdən sonra araşdıracaqlar. Uebber, Qutyerres, Vern və van der Qarde Hard tərkibini seçiblər, digər sürücülər isə trasa Medium-la qayıdıblar. 10-cu dövrədə ilk onluq: Uebber – Fettel – Həmilton – Rosberq – Batton – Hülkenberq – Massa – Peres – Qrojan – Rəykkönen.

Qrojan tezliklə Peresi keçib, di Resta da komanda yoldaşı Sutili qabaqlayıb. 14-cü dövrədə Maldonado trasdan çıxaraq ön antiqanadını zədələyib və boksa getməli olub. 16-cı dövrədə Rəykkönen də Peresi keçib.

İlk dördlüyü 6 saniyə ayırıb, amma sürücülər təkərləri qorumağa üstünlük verərək mübarizəni pit-stopa qədər təxirə salıblar.

20-ci dövrədə Uebber Hard təkərlərini Medium-la dəyişib. 21-ci dövrədə Massa, Qrojan və di Resta pit-stop keçiriblər. Şotlandiyalı sürücünün mexanikləri uzun müddət təkərləri dəyişə bilməyiblər. 22-ci dövrədə Həmilton, Batton, Hülkenberq və Rəykkönen təkərlərini dəyişiblər, 23-cü dövrədə Fettel, Rosberq, Sutil, Peres, Qutyerres və Bottas da eyni addımı atıblar. Force İndia-nın mexanikləri ikinci sürücünün maşınında da problemlərlə üzləşiblər.

24-cü dövrədə di Resta maşını boksda saxlayıb və mübarizəni dayandırıb. Bu dövrədə ilk onluq: Uebber – Fettel – Həmilton – Rosberq – Batton – Massa – Qrojan – Hülkenberq – Rəykkönen – Peres.

Fettel Uebberə hücum məsafəsinə yaxınlaşıb, Red Bull sürücülərinə Həmilton da çatıb. Sebastyan komandaya bildirib ki, Mark kifayət qədər sürətli deyil, bundan sonra avstraliyalı sürücü sürətini artırıb və 4 saniyəlik fərq yaradıb. 29-cu dövrədə Sutil də boksda maşınını tərk edib – hər iki Force İndia maşınında təkərlərin bərkidilməsi problemlər yaşadıb.

31-ci dövrədə Həmilton yeni təkərlərə keçib, 32-ci dövrədə Uebber və Rosberq, 33-cü dövrədə Fettel eyni addımı atmalı olublar – Lyuis bir dövrəyə ən yaxşı nəticə göstərərək Sebastyanı qabaqlaya bilib. 34-cü dövrədə Massa və Peres, 35-ci dövrədə Hülkenberq və Rəykkönen mexaniklərinin qonağı olublar. 36-cı dövrədə Battonun pit-stopu zamanı McLaren mexanikləri səhvə yol veriblər və sürücü boksda vaxt itirməli olub. 38-ci dövrədə ilk onluq: Uebber – Həmilton – Fettel – Rosberq – Massa – Qrojan – Peres – Hülkenberq – Rəykkönen – Bottas.

Fettel Həmiltona hücum məsafəsinə yaxınlaşıb və 39-cu dövrədə irəli çıxıb, Mark bu zaman 5 saniyə öndə olub. Sebastyan Lyuisdən uzaqlaşıb və Markla fərqi azaltmağa çalışıb. 41-ci dövrədə Rəykkönen Hülkenberqi qabaqlayıb.

42-ci dövrədə Həmilton 4-cü dəfə pit-stop keçirib. 43-cü dövrədə Fettel və Rosberq, 44-cü dövrədə Uebber sonuncu pitlərini gerçəkləşdiriblər – Mark trasa düz Sebastyanın önündə qayıdıb. Üçqat dünya çempionunun bir neçə hücumunu dəf edən avstraliyalı sürücü öndə qalıb.

Komanda sürücülərindən mövqelərini qorumağı xahiş edib – hər iki sürücüyə motoru qənaət rejiminə keçirmək əmr olunub. Bir neçə dövrə vəziyyət stabil qalıb, amma sonra Fettel sürətini artırıb və 46-cı dövrədə uzunmüddətli dueldən sonra komanda yoldaşını keçərək yarışa başçılıq edib.

Bu zaman Mercedes AMG komandasının sürücüləri də aktiv mübarizə aparıblar – birinci DRS zonasında Rosberq Həmiltonu keçsə də, ikinci zonada Lyuis yenidən irəli çıxa bilib. Bir neçə dövrə eyni hal təkrar olunub. Ross Braun hər iki sürücüsünə mövqelərini qorumağı əmr edib. Niko daha sürətli olduğunu bildirib, amma Braun ona mövqeyini qorumağı əmr edib, Lyuisə isə yanacağa maksimum qənaət etmək tapşırılıb.

47-ci dövrədə Maldonado mübarizəni dayandırıb. Massa yeni təkərlər alıb və növbə ilə Peresi, Rəykköneni və Qrojanı keçərək yenidən öz mövqeyinə qayıdıb. 53-cü dövrədə Rikkardo da maşınını boksda saxlayıb. 54-cü dövrədə Batton boksda dayanıb, Peres isə yeni təkər dəsti ilə trasa qayıdıb və sonuncu dövrədə sürətli dövrəyə imza atıb.

Sebastyan Fettel karyerasında 27-ci, mövsümdə isə 1-ci qələbəsini qazanıb. Uebber ikinci olub və Red Bull komandasına mövsümdə ilk dublu yaşadıb. Həmilton və Rosberq sonrakı yerləri tutublar. Podiumda sürücülər sevinməyiblər – Uebber poduimdakı müsahibəsində bildirib ki, Fettel komanda əmrini pozub və Markın motoru qənaət rejiminə keçirməsindən istifadə edib.

Bu yarış Red Bull komandasında böhranın başlaması kimi tarixə düşə bilər. Çin Qran Prisinə üç həftə var, komandalar iki cütləşmiş yarış ərəfəsində maşınları təkmilləşdirə bilərlər…

YerPilotKomandaMotorVaxt
01S.FettelRed BullRenault1.38:56.681
02M.UebberRed BullRenault+ 0:04.298
03L.HəmiltonMercedes AMGMercedes+ 0:12.181
04N.RosberqMercedes AMGMercedes+ 0:12.640
05F.MassaFerrariFerrari+ 0:25.648
06R.QrojanLotusRenault+ 0:35.564
07K.RəykkönenLotusRenault+ 0:48.479
08N.HülkenberqSauberFerrari+ 0:53.044
09S.PeresMcLarenMercedes+ 1:12.357
10J.E.VernToro RossoFerrari+ 1:27.124
11V.BottasWilliamsRenault+ 1:28.610
12E.QutyerresSauberFerrari+ 1 dövrə
13J.ByankiMarussiaCosworth+ 1 dövrə
14Ş.PikCaterhamRenault+ 1 dövrə
15Q.van der QardeCaterhamRenault+ 1 dövrə
16M.ÇiltonMarussiaCosworth+ 2 dövrə
17C.BattonMcLarenMercedes+ 3 dövrə
18D.RikkardoToro RossoFerrari+ 5 dövrə
P.MaldonadoWilliamsRenault
A.SutilForce İndiaMercedes
P.di RestaForce İndiaMercedes
F.AlonsoFerrariFerrari

Sürətli dövrə:S.Peres (McLaren) – 1:39.199 (56-cı dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault40
02K.RəykkönenLotusRenault31
03M.UebberRed BullRenault26
04L.HəmiltonMercedes AMGMercedes25
05F.MassaFerrariFerrari22
06F.AlonsoFerrariFerrari18
07N.RosberqMercedes AMGMercedes12
08R.QrojanLotusRenault9
09A.SutilForce İndiaMercedes6
10P.di RestaForce İndiaMercedes4
11N.HülkenberqSauberFerrari4
12S.PeresMcLarenMercedes2
13C.BattonMcLarenMercedes2
14J.E.VernToro RossoFerrari1
15V.BottasWilliamsRenault0
16E.QutyerresSauberFerrari0
17J.ByankiMarussiaCosworth0
18Ş.PikCaterhamRenault0
19Q.van der QardeCaterhamRenault0
20M.ÇiltonMarussiaCosworth0
21D.RikkardoToro RossoFerrari0
22P.MaldonadoWilliamsRenault0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault66
02LotusRenault40
03FerrariFerrari40
04Mercedes AMGMercedes37
05Force İndiaMercedes10
06SauberFerrari4
07McLarenMercedes4
08Toro RossoFerrari1
09WilliamsRenault0
10MarussiaCosworth0
11CaterhamRenault0

Malayziya Qran Prisi: Yarış

Malayziya Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:56 - 28 Mart, 2012

Yarışın əvvəlində yağış, sonunda qurumaqda olan tras. Buludlu. Havanın temperaturu +26° C, trasın temperaturu +27° C Yarışın startında sürücülərin düzümü […]

Yarışın əvvəlində yağış, sonunda qurumaqda olan tras. Buludlu. Havanın temperaturu +26° C, trasın temperaturu +27° C

Yarışın startında sürücülərin düzümü debüt Qran Prinin ənənəsini təsdiq edib – ilk cərgəni yenə də McLaren sürücüləri tutublar, ikinci cərgədə Mixael Şumaher və Mark Uebber yer alıblar. Strategiya və təkərlərin yeyilməsinə nəzarət yarışın həlledici faktoru olmalı idi, amma ən ciddi faktor hava şəraiti oldu – starta 15 dəqiqə qalmış yağış başlayıb və komandalar planalrını operativ dəyişməyə başlayıblar.

FİA iqlim şəraitinin dəyişməsini elan edib, mexanikləri sazlanmalara düzəlişlər ediblər və maşınlarda təkərlər dəyişdirilib – sürücülərin çoxu keçid təkərlərini seçiblər.

Startda Həmilton poulun üstünlüyünü qoruyub, Şumaher və Qrojan toqquşaraq arxaya düşüblər. Yağış güclənməyə başlayıb və bir neçə sürücü ilk dövrələrdə boksa gedərək aşır yağış təkərlərinə keçib.

4-cü döngədə Qrojan çınqıllığa düşərək ardıcıl ikinci yarışını vaxtından əvvəl başa vurub. Trasın vəziyyəti tədricən pisləşib, sürücülər suyun çoxluğundan gileyləniblər, liderlər də təkərlərini dəyişiblər, 7-ci dövrədə trasa Təhlükəsizlik Maşını (TM) çıxıb.

TM-in arxasında ilk onluq: Həmilton – Batton – Peres – Uebber – Alonso – Fettel – Vern (hələ də keçid təkərlərində qalıb) – Massa – Rosberq – Kartikeyan (yağış təkərləri ilə start alıb).

Yağış gücləndiyi üçün 9-cu dövrədə yarış qırmızı bayraqlarla dayandırılıb.

Maşınlar start sahəsinə düzülüblər, komandalar hər bir maşının üzərində çadır qurublar. Pauza uzanıb və yalnız 50 dəqiqədən sonra yarış TM-in arxasında canlanıb – rəsmən hamının ağır yağış təkərlərinə keçməsi əmr olunub.

Pedro de la Rosanın maşınına qulluq edən HRT mexanikləri start sahəsini vaxtında tərk edə bilmədikləri üçün ispaniyalı sürücü pit-leyndən keçməklə cərimə olunub.

TM 14-cü dövrədə trası tərk edib və mübarizə canlanıb. Həmilton liderliyini qoruyub, amma arxada sürücülərin çoxu dərhal boksa yollanaraq yağış təkərlərini keçid təkələrinə dəyişiblər. Dördüncü döngədə Fettel Uebberi keçib.

15-ci dövrədə Həmilton, Alonso, Uebber, Massa, di Resta, Şumaher, Rikkardo və Kovalaynen təkərlərini dəyişiblər. Alonso boksdan Həmiltonun önündə trasa qayıdıb.

Trasda qalan Batton Kartikeyanla təmas yaşayıb və ön antiqanadını zədələyib və boksa tələsəib. Eyni dövrədə Peres, Fettel, Vern və Hülkenberq də mexaniklərinin qonağı olublar. Alonso yarışa başçılıq edib.

17-ci dövrədə ilk onluq: Alonso – Peres – Həmilton – Rosberq – Fettel – Rəykkönen – Uebber – Massa – di Resta – Vern.

Yağış tam dayanıb, görünmə yaxşılaşıb, 20-ci dövrədə DRS-dən istifadəyə icazə verilib. 23-cü dövrədə Fettel Rosberqi qabaqlayıb, bir dövrə sonra Rəykkönen, daha bir dövrə sonra isə Uebber də almaniyalı sürücünü keçiblər. Senna Şumaheri keçərək 12-ci yerə yüksəlib. Massa səhvə yol verib və Verni irəli buraxıb, braziliyalı sürücü boksa gedərək növbəti keçid təkərləri dəstini alıb.

30-cu dövrədə Kobayaşi beşinci döngədə Şumaheri qabaqlayaraq onuncu yerə yüksəlib.

31-ci dövrədə Alonso Peresi 7 saniyədən çox qabaqlayıb, amma meksikalı sürücü bir neçə dövrəyə fərqi bir saniyənin altına salıb. 38-ci dövrədə Rikkardo birinci olaraq sliklərə keçib, hamı onun nəticələrini izləməyə başlayıb. İki dövrə sonra Fernando boksa tələsib.

Amma Peres trasda qalıb və yeyilmiş təkərlərlə trasda təzə slikə keçmiş sürücülərdən zəif olduğu üçün vaxt itirib və boksa yönəlib. Həmiltonun pit-stopu zamanı mexaniklər ləngiyiblər və ilk üçlük dəyişməz qalıb.

43-cü dövrədə ilk onluq: Alonso – Peres – Həmilton – Fettel – Uebber – Rəykkönen – di Resta – Senna – Vern – Hülkenberq.

Serxio yenə də 7 saniyəlik fərqi azaltmağa başlayıb, meksikalı sürücü bu gün çox sürətli olub və bir neçə dövrədən sonra artıq DRS-dən istifadə etməyə başlayıb.

48-ci dövrədə Fettel kartikeyanla təmas yaşayıb və RB8-in arxa sol təkəri deşilib, sonra isə dağılıb. Sebastyan maşını mexaniklərə çatdıra bilib, amma trasa çox arxada qayıdıb.

49-cu dövrədə Peresə radio ilə ehtiyatlı olmaq əmri verilib və bundan bir qədər sonra 14-cü döngədə səhvə yol verərək trasdan çıxıb. Alonso ilə fərq 5 saniyəyə qalxıb.

55-ci dövrədə onuncu yerdə olan Maldonadonun maşınında motor imtina edib, bir həftə əvvəl Avstraliyada olduğu kimi Pastor yenə də finişə bir dövrə qalmş yarışı dayandırıb. Komanda Fettelə maşını saxlamaq əmri versə də, almaniyalı sürücü əmrlərə məhəl qoymayıb.

Alonso yarışı qələbə ilə başa vurub – karyerasında 28-ci qələbə. Peres müstəqil Sauber komandasının tarixində ən yaxşı nəticəyə imza atıb – Peter Zauberin komanda körpüsündə gözləri yaşarıb. Həmilton finişdə üçüncü olub.

Bruno Senna karyerasının ən yaxşı nəticəsini göstərib, Jan Erik Vern Formula1-də ilk xallarını qazanıb, Mixael Şumaher isə mövsümdə Mercedes AMG-yə ilk xalı qazandırıb.

YerPilotKomandaMotorVaxt
01F.AlonsoFerrariFerrari2.44:51.812
02S.PeresSauberFerrari+ 0:02.263
03L.HəmiltonMcLarenMercedes+ 0:14.591
04M.UebberRed BullRenault+ 0:17.688
05K.RəykkönenLotusRenault+ 0:29.456
06B.SennaWilliamsRenault+ 0:37.667
07P.di RestaForce İndiaMercedes+ 0:44.412
08J.E.VernToro RossoFerrari+ 0:46.985
09N.HülkenberqForce İndiaMercedes+ 0:47.892
10M.ŞumaherMercedes AMGMercedes+ 0:49.996
11S.FettelRed BullRenault+ 1:15.527
12D.RikkardoToro RossoFerrari+ 1:16.828
13N.RosberqMercedes AMGMercedes+ 1:18.593
14C.BattonMcLarenMercedes+ 1:19.719
15F.MassaFerrariFerrari+ 1:37.319
16V.PetrovCaterhamRenault+ 1 dövrə
17T.QlokMarussiaCosworth+ 1 dövrə
18H.KovalaynenCaterhamRenault+ 1 dövrə
19P.MaldonadoWilliamsRenault+ 2 dövrə
20Ş.PikMarussiaCosworth+ 2 dövrə
21P.de la RosaHRTCosworth+ 2 dövrə
22N.KartikeyanHRTCosworth+ 2 dövrə
K.KobayaşiSauberFerrari
R.QrojanLotusRenault

Sürətli dövrə: Kimi Rəykkönen (Lotus) – 1:40.722 (53-cü dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01F.AlonsoFerrariFerrari35
02L.HəmiltonMcLarenMercedes30
03C.BattonMcLarenMercedes25
04M.UebberRed BullRenault24
05S.PeresSauberFerrari22
06S.FettelRed BullRenault18
07K.RəykkönenLotusRenault16
08B.SennaWilliamsRenault8
09K.KobayaşiSauberFerrari8
10P.di RestaForce İndiaMercedes7
11J.E.VernToro RossoFerrari4
12D.RikkardoToro RossoFerrari2
13N.HülkenberqForce İndiaMercedes2
14M.ŞumaherMercedes AMGMercedes1
15N.RosberqMercedes AMGMercedes0
16P.MaldonadoWilliamsRenault0
17T.QlokMarussiaCosworth0
18Ş.PikMarussiaCosworth0
19F.MassaFerrariFerrari0
20V.PetrovCaterhamRenault0
21H.KovalaynenCaterhamRenault0
22P.de la RosaHRTCosworth0
23N.KartikeyanHRTCosworth0
24R.QrojanLotusRenault0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01McLarenMercedes55
02Red BullRenault42
03FerrariFerrari35
04SauberFerrari30
05LotusRenault16
06Force İndiaMercedes9
07WilliamsRenault8
08Toro RossoFerrari6
09Mercedes AMGMercedes1
10MarussiaCosworth0
11CaterhamRenault0
12HRTCosworth0

Malayziya Qran Prisi: Yarış

Malayziya Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:36 - 10 Aprel, 2011

Quru. Buludlu. Havanın temperaturu +28° C, trasın temperaturu +31° C Hava proqnozu Malayziya uik-endinin hər üç günü yağış vəd edirdi, […]

Quru. Buludlu. Havanın temperaturu +28° C, trasın temperaturu +31° C

Hava proqnozu Malayziya uik-endinin hər üç günü yağış vəd edirdi, amma yağış sürücülərə mane olmadı. Bu gün sürücülər trasda start düzlüyünə çıxarkən də komandalar meteo-radarın xəbərlərini diqqətlə izləyirdilər – trasa qara buludlar yaxınlaşırdı, amma hamının gözlədiyi olmadı, trasa bir neçə damcı düşdü…

Startda Fettel poulun üstünlüyünü qoruyub saxlaya bilib, Haydfeld ikinci, Petrov isə beşinci yerə yüksəliblər. Uzun start düzlüyündə KERS-i işləməyən Uebber onuncu yerə düşüb. Birinci dövrənin sonuncu döngəsində Uebber Kobayaşini qabaqlayıb, finiş xəttini keçdikdən sonra isə Barrikellonun arxa sol təkəri partlayıb və braziliyalı sürücü tam dövrəni boksa qayıtmalı olub.

Üçüncü dövrədə Kobayaşi Uebberi üstələyib, iki dövrə sonra Massa Petrovu üstələyib, bir az sonra rusiyalı sürücü səhvə yol verib və Alonso asanlıqla onu keçib. Yeddinci dövrədə Mark yenidən Kamuini üstələyib, amma start düzlüyündə arxa antiqanadın hərəkətli elementindən istifadə edən yaponiyalı sürücü mövqeyini geri qaytara bilib. Ümumiyyətlə, bu sürücülər bir neçə dəfə mövqelərini dəyişiblər.

Tezliklə yumşaq təkərləri yeyilən sürücülər pit-stoplara başlayıblar. Artıq 11-ci dövrədə Mark təzə yumşaq təkər dəsti alıb, 13-cü dövrədə Həmilton, 14-cü dövrədə isə sürücülərin böyük bir qrupu boksa müraciət edib. İki dövrə liderlik etmiş Petrov 16-cı dövrədə pitə gedib.

İlk pit-stoplar dalğasından sonra Haydfeld startda qazandığı üstünlüyü itirib və beşinci yerə düşüb. Buemi isə pit-leyndə sürət həddini aşdığı üçün 10 saniyə pit-stopda dayanmaqla cərimə olunub

22-ci dövrədə Massa altıncı yer uğrunda mübarizədə Uebberi üstələyib, bir dövrə sonra avstraliyalı sürücü yenidən pitə yönəlib və daha bir yumşaq təkər dəsti alıb. Bir dövrə sonra Batton da eyni addımı atıb, ondan bir dövrə sonra komanda yoldaşı Həmilton isə bərk təkərlərə keçib. Fettel və Alonso 27-ci dövrədə pitdən yumşaq təkərlərlə trasa qayıdıblar.

Bu zaman Barrikello mübarizəni dayandırıb, mövsümün ilk iki yarışında Williams komandasının sürücüləri finiş görməyiblər, bir qədər sonra isə Serxio Peres yarışı dayandırıb. İlk onluqda yalnız səkkizinci yeri tutan Kobayaşi pitə girməyib. Onun təkərləri tam yeyildiyi üçün 33-cü dövrədə Petrovu da irəli buraxmalı olub.

Elə həmin dövrədə üçüncü pit-stoplar dalğasını yenə də Uebber açıb, ondan 5 dövrə sonra Həmilton, daha bir dövrə sonra isə Batton və Massa, 40-cı dövrədə Haydfeld, 41-ci dövrədə Fettel və Alonso mexaniklərin qonağı olublar. 44-cü dövrədə isə Uebber yenidən təkərlərini dəyişməli olub – avstraliyalı sürücü stabillik nümayiş etdirib: hər 11 dövrədən bir pit-stopa müraciət edib. 45-ci dövrədə isə Petrov sonuncu pit-stopunu reallaşdırıb.

Batton 1 dövrə hesabına Həmilton-Alonso cütlüyünün qarşısında trasa qayıdıb. McLaren-də keçmiş komanda yoldaşları isə üçüncü yer uğrunda mübarizəyə başlayıblar – 46-cı dövrədə Alonso səhvə yol verib və arxadan Lyuisin maşınına toxunub, ön atinqanadını dağıdıb. Pit-stopdan trasa Alonso 7-ci yerdə qayıdıb. 49-cu dövrədə Petrov Kobayaşini keçərək 8-ci yerə yüksəlib. 50-ci dövrədə Uebber Massanı beşinci yer uğrunda mübarizədə qabaqlayıb. 52-ci dövrədə isə Haydfeld Həmiltonu keçərək üçüncülüyə yüksəlib. Bundan dərhal sonra Lyuis təkərlərini dəyişmək üçün boksa tələsib və Petrovun arxasında trasa qayıdıb. İki dövrə sonra Petrov səhvə yol verib, trasdan çıxıb və trasa qayıtmaq istəyərkən porebrikin üzərindən yuxarı uçub, zərblə yerə çırpılan maşının sükanı qırılıb.

Sebastyan Fettel karyerasında 12-ci, mövsümdə 2-ci və ardıcıl 4-cü qələbəsini qazanıb. Censon Batton finişdə ikinci olub. Son dövrələrdə Uebberin hücumlarını məharətlə dəf etmiş Nik Haydfeld isə üçüncü olub. İki həftə əvvəl Melburnda olduğu kimi podiuma Red Bull, McLaren və Lotus Renault GP komandaları qalxıblar.

Çempionatda isə Sebastyan Fettel və Red Bull komandaları inamla liderlik edirlər…

YerPilotKomandaMotorVaxt
01S.FettelRed BullRenault1.37:39.832
02C.BattonMcLarenMercedes+ 0:03.261
03N.HaydfeldLotus Renault GPRenault+ 0:25.075
04M.UebberRed BullRenault+ 0:26.384
05F.MassaFerrariFerrari+ 0:36.958
06F.AlonsoFerrariFerrari+ 0:57.248 (*)
07K.KobayaşiSauberFerrari+ 1:07.239
08L.HəmiltonMcLarenMercede+ 1:09.957 (*)
09M.ŞumaherMercedes GPMercedes+ 1:24.896
10P.di RestaForce İndiaMercedes+ 1:31.563
11A.SutilForce İndiaMercedes+ 1:45.000
12N.RosberqMercedes GPMercedes+ 1 dövrə
13S.BuemiToro RossoFerrari+ 1 dövrə
14X.AlgersuariToro RossoFerrari+ 1 dövrə
15H.KovalaynenTeam LotusRenault+ 1 dövrə
16T.QlokMarussia VirginCosworth+ 2 dövrə
17V.PetrovLotus Renault GPRenault+ 4 dövrə
V.LiutsiHispaniaCosworth
J.D’AmbrozioMarussia VirginCosworth
Y.TrulliTeam LotusRenault
S.PeresSauberFerrari
R.BarrikelloWilliamsCosworth
N.KartikeyanHispaniaCosworth
P.MaldonadoWilliamsCoswort

Sürətli dövrə: Mark Uebber (Red Bull) – 1:40.571 (46-cı dövrə).

Qeyd: (*) F.Alonso və L.Həmilton yekun nəticələrinin üzərinə 20 saniyə əlavə edilməklə cərimə olunublar.

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault50
02C.BattonMcLarenMercedes26
03L.HəmiltonMcLarenMercede22
04M.UebberRed BullRenault22
05F.AlonsoFerrariFerrari20
06F.MassaFerrariFerrari16
07N.HaydfeldLotus Renault GPRenault15
08V.PetrovLotus Renault GPRenault15
09K.KobayaşiSauberFerrari6
10S.BuemiToro RossoFerrari4
11A.SutilForce İndiaMercedes2
12M.ŞumaherMercedes GPMercedes2
13P.di RestaForce İndiaMercedes2
14X.AlgersuariToro RossoFerrari0
15N.RosberqMercedes GPMercedes0
16Y.TrulliTeam LotusRenault0
17J.D’AmbrozioMarussia VirginCosworth0
18H.KovalaynenTeam LotusRenault0
19T.QlokMarussia VirginCosworth0
20S.PeresSauberFerrari0
21R.BarrikelloWilliamsCosworth0
22V.LiutsiHispaniaCosworth0
23P.MaldonadoWilliamsCoswort0
24N.KartikeyanHispaniaCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault72
02McLarenMercedes48
03FerrariFerrari36
04Lotus Renault GPRenault30
05SauberFerrari6
06Toro RossoFerrari4
07Force İndiaMercedes4
08Mercedes GPMercedes2
09Team LotusRenault0
10Marussia VirginRenault0
11WilliamsCosworth0
12HispaniaCosworth0

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 249
Teqlər , , , , , , , ,
Paylaş

logo