17 Dekabr 2017, Bazar - 10:22

Malayziya Qran Prisi təqvimdə qalır

Malayziya Qran Prisi təqvimdə qalır

Müəllif: Elçin Zodorov, redaktor

11:56 - 27 Oktyabr, 2016

Yarışın təşkilatçıları təqvimdən çıxacaqları təqdirdə, Formula1 rəhbərliyi ilə olan müqaviləni pozduqları üçün məsuliyyət daşımalı olacaqlarını etiraf ediblər.

F-1.az xatırladır ki, Malayziya hökuməti və Sepanq trasının rəhbərliyi ölkədə yarışlara azalan marağa görə Formula1-i gələn il qəbul etməkdən imtina edə biləcəklərini açıqlamışdılar. Bəzi məlumatlara görə, bu qərar hər an verilə bilərdi. Lakin Sepanq trasının rəhbəri Razlan Razali yerli xəbər agentliyi Bernama-ya verdiyi açıqlamada trasın təqvimdə qalacağını bildirib: “Biz keçən il imzalanan və 2018-ci ilə qədər olan müqaviləni pozsaq, qanun qarşısında məsuliyyət daşımalı olacayıq. Bu məsələni bir də 2018-ci ildə müzakirə ediləcək. Yəni, gələn mövsümdə də təqvimdə olacayıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 173
Teqlər , ,
Paylaş

logo