19 Noyabr 2017, Bazar - 19:56

Malayziya Qran Prisi: Sıralanma turu

Malayziya Qran Prisi: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:11 - 28 Mart, 2015

Quru. Buludlu. İkinci sessiyada yağış. Havanın temperaturu +32° C, trasın temperaturu +56° C Malayziya Qran Prisinin gedişinə yenə də hava […]

Quru. Buludlu. İkinci sessiyada yağış. Havanın temperaturu +32° C, trasın temperaturu +56° C

Malayziya Qran Prisinin gedişinə yenə də hava şəraiti müdaxilə edib. Dünən sərbsət yürüşlərdə asfalt örtüyünün temperaturu 60 dərəcəyə yaxınlaşsa da, bu gün səhər yürüşlərdə artıq rekord göstərici qeyd alınıb: +62 dərəcə.

Dünən və bu gün səhər protokollara yalnız Mercedes AMG komandasının sürücüləri başçılıq ediblər – Rosberq həm dünən, həm də bu gün səhər birinci olub, Həmilton isə dünən nahardan sonra lider olub. Ferrari sürücüləri liderlərə ən yaxın olub, bir qədər geridə isə Williams sürücüləri yerləşiblər.

Avstraliyada sıralanma turunda 9 komanda iştirak etmişdi, bu dəfə Manor komandası da trasa çıxıb. Düzdür, Stivens bu gün səhər yanacaq sistemindəki problem üzündən məşqlərə çıxmamışdı, amma komanda problemi sıralanma turuna qədər həll etməyə çalışırdı. Amma yekunda trasda yalnız Roberto Merhi çalışıb.

Hava proqnozu böyük ehtimalla sıralanma turunun gedişində yağış vəd edib – keçən il məhz yağışa görə sıralanma turu 1 saat təxirə salınmışdı. Trasa qara buludlar əhatə edib, tez-tez ildırım, şimşək çaxıb, amma ilk sessiya quru havada baş tutub.

Yağışın yaxınlaşmasını görən sürücülər dərhal yüksək nəticə göstərməyə çalışblar. Ona görə də 3 sürücüdən başqa hamı dərhal trasa Medium tərkibi ilə çıxıb. Həmilton da Medium-la protokollara başçılıq edib – 1:39.269. Mübarizəni isə McLarenvə Manor komandaları tam heyətlə və Felipe Nasr dayandırıblar. Stivens trasa heç çıxmayıb, Merhi isə 107%-lik səddi keçə bilməyib.

İkinci sessiya başlamamış pit-leyndin çıxışında növbə yaranıb – yağış başlamamış hamı nəticə göstərməyə tələsib. Protokollara Niko Rosberq başçılıq edib – 1:39.376, Həmilton isə yalnız 8-ci ola bilib. Kimi Rəykkönen isə Eriksonun arxasında vaxt itirərək onluğa daxil ola bilməyib. Yağış başladığı üçün faktiki olaraq sessiya başa çatıb – qırmızı bayraqlar dalğalanıb. Nəticədə Rəykkönen, Maldonado, Hülkenberq, Peres və Sayns finala çıxa bilməyiblər.

Avtodroma toplaşanlar tropik leysan yağışının nə olmasını öz üzərərində hiss ediblər, tras bol sulu axar çaylara dönüb. Tezliklə yağış dayanıb, trasa iki dəfə Təhlükəsizlik Maşını çıxıb – təftişdən sonra restarta icazə verilib.

Son sessiyada sürücülər seçim qarşısında qalıblar: keçid təkərlər yoxsa ağır yağış təkərləri? Həmilton keçid təkərlərlə ilk cəhdində protokollara başçılıq edib – 1:49.834, ona görə hamı yaşıl təkərlərə keçib. Tras quruduğu üçün sürətlər artsa da, Həmiltonun nəticəsi toxunulmaz qalıb və britaniyalı sürücü karyerasında 40-cı poulunu qazanıb.

Gözlənilmədən ikinci nəticəni Sebastyan Fettel göstərib – almaniyalı sürücü Niko Rosberqi qabaqlaya bilib. Red Bull sürücüləri ilk üçlüyü uduzublar, amma Rikkardo Kvyatı üstələyib. Maks Ferstappenin 6-c nəticəsi isə çox gözlənilməz olub.

F-1.az xatırladır ki, sabah Bakı vaxtı ilə saat 12:00-da yarışa start veriləcək. Bizi çox maraqlı yarış gözləyir!

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01L.HəmiltonMercedes AMGMercedes011:39.269081:41.5171:49.834
02S.FettelFerrariFerrari031:39.814021:39.6321:49.908+ 0.074
03N.RosberqMercedes AMGMercedes021:39.374011:39.3771:50.299+ 0.465
04D.RikkardoRed BullRenault101:40.504041:41.0851:51.541+ 1.707
05D.KvyatRed BullRenault121:40.546091:41.6651:51.951+ 2.117
06M.FerstappenToro RossoRenault131:40.793071:41.4301:51.981+ 2.147
07F.MassaWilliamsMercedes111:40.543061:41.2301:52.473+ 2.639
08R.QrojanLotusMercedes061:40.303051:41.2091:52.981+ 3.147
09V.BottasWilliamsMercedes051:40.249031:40.6501:53.179+ 3.345
10M.EriksonSauberFerrari071:40.340101:41.7481:53.261+ 3.427
11K.RəykkönenFerrariFerrari091:40.415111:42.173
12P.MaldonadoLotusMercedes081:40.361121:42.198
13N.HülkenberqForce İndiaMercedes141:40.830131:43.023
14S.PeresForce İndiaMercedes151:41.036141:43.469
15K.SaynsToro RossoRenault041:39.814151:43.701
16F.NasrSauberFerrari161:41.308
17C.BattonMcLarenHonda171:41.636
18F.AlonsoMcLarenHonda181:41.746
19R.MerhiManorFerrari191:46.677
20U.StivensManorFerrari20

Malayziya Qran Prisi: Sıralanma turu

Malayziya Qran Prisi: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:41 - 30 Mart, 2014

Yağış. Buludlu. Havanın temperaturu +26° C, trasın temperaturu +31° C Melburnda mövsümün ilk sıralanma turu yağış altında baş tutmuşdu, həm […]

Yağış. Buludlu. Havanın temperaturu +26° C, trasın temperaturu +31° C

Melburnda mövsümün ilk sıralanma turu yağış altında baş tutmuşdu, həm də Albert Parkın xarakteristikası qüvvələr nisbətini düzgün qiymətləndirməyə imkan vermir, amma iki həftə sonra komandalar Malayziyada toplaşıblar. Ümumi problemlərin çox həll olunsa da, bəzi komandalar problemlərdən yaxa qurtara bilməyiblər – cümə günü Lotus sürücüləri demək olar ki, trasda işləyə bilməyiblər, Kaumi Kobayaşi hər üç sessiyanı işləməyib, bu gün səhər McLaren sürücüləri də sessiyanı buraxmalı olublar.

Hər üç sessiyanın protokollarına Mercedes AMG komandasının sürücüləri başçılıq ediblər – Həmilton dünən səhər birinci olub, Rosberq isə dünən nahardan sonra və bu gün səhər birinci olub. Onlar sıralanma turunun da favoritləri hesab olunurdular, amma mbüarizəyə yenə də hava şəraiti müdaxilə edib – sıralanma turuna yarım saat qalmış leysan başlayıb.

Trasda çaylar əmələ gəlib. Sıralanma turunun startı 15 dəqiqə təxirə salınıb, sonra daha bir 15 dəqiqə, və bir daha 15 dəqiqə, nəhayət startdan 50 dəqiqə sonra pit-leynin sonunda yağıl işıq yanıb.

Asfalt nəm olduğundan sürücülər trasa keçid və yağış təkərlərlə çıxıblar. Pit-leyndə Markus Eriksonun maşını donub – mexaniklər maşını boksa çəkiblər və tezliklə sürücü trasa qayıdıb.

Adətən belə şəraitdə sürücülər trasa uzun dövrələr seriyasında çıxırlar ki, trasın daha yaxşı vəziyyətini qaçırmasınlar. Yağış təkərləri ilə trasa çıxan sürücülər boksa qayıdaraq keçid təkərləri alıblar, Fettelin maşınında enerji toplayıcısı sıradan çıxıb, amma mexaniklər problemi cəld həll edərək sürücünü trasa qaytarıblar.

Sessiyanın ortasında yenidən yağış başlayıb, Qutyerres və Fettel trasdan çıxıblar, amma mübarizəni davam etdiriblər. Son dəqiqələrdə isə Erikson maşını baryerlərə çırpıb, qırmızı bayraqlar sessiyanın vaxtından əvvəl bitdiyini xəbər verib. Protokollara Niko Rosberq başçılıq edib – 1:57.183, Maldonado, Sutil, Byanki, Kobayaşi, Çilton və Erikson isə mübarizəni dayandırıblar.

İkinci sessiyaya sürücülər yağış təkərləri ilə çıxıblar, amma Bottas, Rəykkönen və Alonso keçid təkərlərini seçiblər. Alonso və Kvyat 9-cu döngədə toqquşublar – sessiya qırmızı bayraqlarla dayandırılıb. İnsidentin iştirakçıları boksa qayıda biliblər – Fernandonun maşınında ön sol təkərin asılqanı sınıb, Daniilin maşınında isə burunu elementi.

Bir neçə dəqiqədən sonra sessiya davam edib və hər iki sürücü trasa qayıda bilib. Protokollara Həmilton başçılıq edib – 1:59.041, Kvyat, Qutyerres, Massa, Peres, Bottas və Qrojan mübarizəni dayandırıblar.

Son sessiyada da asfalt nəm olub. Batton və Maqnussen keçid təkərlərlə trasa çıxıblar, digər sürücülər isə yağış təkərlərini seçiblər. Sessiya sakit keçib. Lyuis Həmilton mövsümdə 2-ci, karyerasında isə 33-cü poulunu qazanıb. Onunla yanaşı sabah yarışa ilk cərgədən Fettel yollanacaq. İkinci cərgədən isə yarışa Rosberq və Alonso start verəcəklər. Yarış maraqlı olacaq!

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01L.HəmiltonMercedes AMGMercedes021:57.202011:59.0411:59.431
02S.FettelRed BullRenault031:57.654021:59.3991:59.486+ 0.055
03N.RosberqMercedes AMGMercedes011:57.183031:59.4452:00.050+ 0.619
04F.AlonsoFerrariFerrari051:58.889062:01.3562:00.175+ 0.744
05D.RikkardoRed BullRenault061:58.913042:00.1472:00.541+ 1.110
06K.RəykkönenFerrariFerrari071:59.257072:01.5322:01.218+ 1.787
07N.HülkenberqForce İndiaMercedes041:58.883052:00.8392:01.712+ 2.281
08K.MaqbussenMcLarenMercedes122:00.358092:02.0942:02.213+ 2.782
09J.E.VernToro RossoRenault162:01.689102:02.0962:03.078+ 3.647
10C.BattonMcLarenMercedes132:00.889082:01.8102:04.053+ 4.622
11D.KvyatToro RossoRenault152:01.175112:02.351
12E.QutyerresSauberFerrari142:01.134122:02.369
13F.MassaWilliamsMercedes092:00.047132:02.460
14S.PeresForce İndiaMercedes102:00.076142:02.511
15V.BottasWilliamsMercedes081:59.709152:02.756
16R.QrojanLotusRenault112:00.202162:02.885
17P.MaldonadoLotusRenault172:02.074
18A.SutilSauberFerrari182:02.131
19J.ByankiMarussiaFerrari192:02.702
20K.KobayaşiCaterhamRenault202:03.595
21M.ÇiltonMarussiaFerrari212:04.388
22M.EriksonCaterhamRenault222:04.407

Malayziya Qran Prisi: Sıralanma turu

Malayziya Qran Prisi: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

16:19 - 05 Aprel, 2013

Quru, ikinci sessiyada yağış, sonra qurumaqda olan tras. Buludlu. Havanın temperaturu +32° C, trasın temperaturu +40° C Melburnda yağış üzündən […]

Quru, ikinci sessiyada yağış, sonra qurumaqda olan tras. Buludlu. Havanın temperaturu +32° C, trasın temperaturu +40° C

Melburnda yağış üzündən iki gün ərzində baş tutan sıralanma turundan sonra ekspertlər deyirdilər ki, Albert Parkın nadir xüsusiyyətləri qüvvələr nisbətini obyektiv qiymətləndirməyə imkan vermir, amma bir həftə sonra komandalar Sepanqda balans və aerodinamikaya tələbkar olan ənənəvi trasda toplaşıblar.

Hərçənd, havanın müdaxiləsi bu dəfə də öz sözünü deyib. Dünən ikinci sərbəst yürüşlərin gedişi zamanı yağış yağıb. Bu gün sıralanma turunun birinci sessiyası quru asfaltda keçsə də, sonra yağış başlayıb.

Uik-endin gedişində sürücülər təkərlərin tez yeyilməsindən gileyləniblər, Sebastyan Fettel hətta təkər dəstlərinin finişə qədər çatmamasından narahat olduğunu söyləyib, ona görə də sıralanma turunun gedişində komandalar sabahkı yarışa təkərlərə qənaət etməyə çalışıblar.

Birinci sessiyada sürücülərin çox yumşaq tərkibi seçib, protokollara Adrian Sutil başçılıq edib – 1:36.809, mübarizəni isə Caterham və Marussia sürücüləri ilə birlikdə Jan Erik Vern və Valtteri Bottas dayandırıblar.

İkinci sessiyaya bütün sürücülər yumşaq tərkibi seçiblər, Maldonadodan başqa hamı birinci cəhdini edib və bundan sonra yağış başlayıb. Mübarizə məna kəsb etmədiyi üçün hamı boksa qayıdıb: Qrojan, Hülkenberq, Rikkardo, Qutyerres, di Resta və Maldonado mübarizəni dayandırıblar.

Yağış tezliklə kəsib, gün çıxıb və tras qurumağa başlayıb. Üçüncü sessiyaya sürücülər keçid təkərləri ilə çıxıblar. Hər dövrədə nəticələr yaxşılaşıb və yekunda Sebastyan Fettel mövsümdə 2-ci, karyerasında isə 38-ci poulunu qazanıb – 1:49.674 .

Sabah onunla yanaşı birinci cərgədən Felipe Massa yarışa başlayacaq – braziliyalı sürücü mövsümdə ikinci dəfə və dördüncü dəfə ardıcıl olaraq sıralanma turunda Fernando Alonsonu qabaqlayıb. Massa 2010-cu ilin Bəhreyn yarışından sonra birinci cərgədən start almayıb.

İkinci cərgədən Alonso və Həmilton yarışa başlayacaqlar – Lyuis ikinci dəfə ardıcıl Rosberqi sıralanma turunda qabaqlayıb, Niko və Mark Uebber isə üçüncü cərgədən start alacaqlar.

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01S.FettelRed BullRenault151:37.899091:37.2451:49.674
02F.MassaFerrariFerrari121:37.712061:36.8741:50.587+ 0.913
03F.AlonsoFerrariFerrari041:37.314071:36.8771:50.727+ 1.053
04L.HəmiltonMercedes AMGMercedes081:37.513031:36.5171:51.699+ 2.025
05M.UebberRed BullRenault091:37.619021:36.4491:52.244+ 2.570
06N.RosberqMercedes AMGMercedes031:37.239011:36.1901:52.519+ 2.845
07K.RəykkönenLotusRenault021:36.959041:36.6401:52.970+ 3.296
08C.BattonMcLarenMercedes061:37.487081:37.1171:53.175+ 3.501
09A.SutilForce İndiaMercedes011:36.809051:36.8341:53.439+ 3.765
10S.PeresMcLarenMercedes101:37.702101:37.3421:54.136+ 4.462
11R.QrojanLotusRenault051:37.363111:37.636
12N.HülkenberqSauberFerrari161:37.931121:38.125
13D.RikkardoToro RossoFerrari131:37.722131:38.822
14E.QutyerresSauberFerrari111:37.707141:39.221
15P.di RestaForce İndiaMercedes071:37.493151:44.509
16P.MaldonadoWilliamsRenault141:37.86716
17J.E.VernToro RossoFerrari171:38.157
18V.BottasWilliamsRenault181:38.207
19J.ByankiMarussiaCosworth191:38.434
20Ş.PikCaterhamRenault201:39.314
21M.ÇiltonMarussiaCosworth211:39.672
22Q.van der QardeCaterhamRenault221:39.932

Malayziya Qran Prisi: Sıralanma turu

Malayziya Qran Prisi: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:45 - 25 Mart, 2012

Quru. Buludlu. Havanın temperaturu +32° C, trasın temperaturu +45° C Mövsümün ilk yarışından sonra ekspertlər deyirdilər ki, Albert Parkın xarakteristikası […]

Quru. Buludlu. Havanın temperaturu +32° C, trasın temperaturu +45° C

Mövsümün ilk yarışından sonra ekspertlər deyirdilər ki, Albert Parkın xarakteristikası qüvvələr nisbətiniobyektiv qiymətləndirməyə imkan vermir, amma artıq bir hfətədən sonra komandalar Sepanqda toplaşıblar – balans və aerodinamikaya tələbkar olan ənənəvi avtodromda.

Sessiyadan əvvəl iki sürücü artıq bilirdi ki, sabah yarışın startında 5 yer itirəcəklər. Heykki Kovalaynen Melburnda Təhlükəsizlik Maşının arxasında qaydanı pozduğuna görə, Kimi Rəykkönen isə dünən maşınında ötürmələr qutusu dəyişdirildiyinə görə cərimə olunublar.

Sərbəst yürüşlər vəziyyəti aydınlaşdırmayıblar, cümə günü hər iki sessiyanın protokollarına Lyuis Həmilton başçılıq edib, bu gün səhər isə ilk sətri Niko Rosberq tutub. Paddokda yenə də Mercedes AMG maşınlarının sıralanma turunda məhz arxa antiqanaddakı hava kanalının hesabına sürətli olması barədə söhbətlər başlayıb.

Birinci sessiyanın protokollarına son dəqiqədə Mark Uebber başçılıq edib – 1:37.172, Caterham, Marussia, HRT komandalarının sürücüləri və Jan Erik Vern mübarizədən kənar qalıblar. Bütün sürücülər 107%-lik həddi aşdıqları üçün sabah yarışın startına çıxacaqlar.

İkinci sessiyada isə protokollara Kimi Rəykkönen başçılıq edib – 1:36.715, sonuncu sessiyaya Maldonado, Massa, Senna, di Resta, Rikkardo, Hülkenberq və Kobayaşi keçə bilməyiblər.

Sonuncu sessiyada mübarizə maraqlı alınıb. Lyuis Həmilton elə birinci cəhdindən poula namizədliyini irəli sürüb – 1:36.219, digər sürücülər ikinci yer uğrunda mübarizə aparıblar və Batton son cəhdində ikinciliyi ələ ala bilib – McLaren sürücüləri ardıcıl ikinci yarışda ilk cərgədən start alacaqlar.

Üçüncü nəticəni isə Mixael Şumaher göstərib – almaniyalı sürücünün yarışlara qayıtmasından sonra ən yaxşı nəticəsidir, onunla yanaşı sabah Mark Uebber start alacaq. Markla eyni nətcəni göstərmiş Kimi Rəykkönen isə cərimə üzündən 10-cu yerdən start alacaq.

Fettel son cəhdində Hard təkərlərdən istifadə edib və sabah bu təkərlərlə start alacaq, ilk onluğun digər sürücüləri isə Medium təkərlərlə starta çıxacaqlar.

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01L.HəmiltonMcLarenMercedes061:37.813051:37.1061:36.219
02C.BattonMcLarenMercedes031:37.575021:36.9281:36.368+ 0.149
03M.ŞumaherMercedes AMGMercedes021:37.517041:37.0171:36.391+ 0.172
04M.UebberRed BullRenault011:37.172071:37.3751:36.461+ 0.242
05K.RəykkönenLotusRenault081:37.961011:36.7151:36.461+ 0.242
06S.FettelRed BullRenault101:38.102091:37.4191:36.634+ 0.415
07R.QrojanLotusRenault091:38.058061:37.3381:36.658+ 0.439
08N.RosberqMercedes AMGMercedes041:37.696031:36.9961:36.664+ 0.445
09F.AlonsoFerrariFerrari111:38.151081:37.3791:37.566+ 1.347
10S.PeresSauberFerrari071:37.933101:37.4771:37.698+ 1.479
11P.MaldonadoWilliamsRenault051:37.789111:37.589
12F.MassaFerrariFerrari151:38.381121:37.731
13B.SennaWilliamsRenault171:38.437131:37.841
14P.di RestaForce İndiaMercedes131:38.325141:37.877
15D.RikkardoToro RossoFerrari161:38.419151:37.883
16N.HülkenberqForce İndiaMercedes121:38.303161:37.890
17K.KobayaşiSauberFerrari141:38.372171:38.069
18J.E.VernToro RossoFerrari181:39.077
19H.KovalaynenCaterhamRenault191:39.306
20V.PetrovCaterhamRenault201:39.567
21T.QlokMarussiaCosworth211:40.903
22Ş.PikMarussiaCosworth221:41.250
23P.de la RosaHRTCosworth231:42.914
24N.KartikeyanHRTCosworth241:43.655

Malayziya Qran Prisi: Sıralanma turu

Malayziya Qran Prisi: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:40 - 09 Aprel, 2011

Quru. Günəşli. Havanın temperaturu +29° C, trasın temperaturu +36° C Komandalar Sepanqda sıralanma turunu xüsusi sərbisizliklə gözləyirdilər – bu sıralanma […]

Quru. Günəşli. Havanın temperaturu +29° C, trasın temperaturu +36° C

Komandalar Sepanqda sıralanma turunu xüsusi sərbisizliklə gözləyirdilər – bu sıralanma turu gərgin mövsümöncəsi testlərə yekub vurmalı idi. Melburnda şəhər tipli trasın xüsusiyyətləri real qüvvələr nisbətini ifadə etmir, Sepanq isə ənənəvi trasdır – özü də sürətli, təkərlərə yüksək yüklənmə dərəcəsi olan bir tras.

Sıralanma turunun birinci sessiyası qırmızı bayraqlarla dayandırılıb – Sebastyan Bueminin maşınından sol panton qopub düşüb. Sürücülər boksa qayıtmalı olublar, marşalllar düşmüş elementi trasdan götürdüksən sonra sessiyaya restart verilib. Protokollara felipe Massa başçılıq edib, mübarizəni isə keçənilki yeni komandaların sürücüləri ilə birlikdə Pastor Maldonado dayandırıb. Qeyd edək ki, bu dəfə bütün sürücülər 107% səddini keçə biliblər.

İkinci sessiya insidentsiz keçib, Censon Batton protokollara başçılıq edib, Şumaher, Barrikello və Pereslə yanaşı Toro Rosso və Force İndia sürücüləri mübarizəni dayandırıblar.

Sonuncu sessiyada mübarizə çox gərgin keçib, liderlər yumşaq təkərlərlə iki cəhd ediblər, Sebastyan Fettel isə karyerasında 17-ci, mövsümdə isə ardıcıl ikinci poulunu qazanıb. Sebastyan 0.1 saniyə Həmiltondan üstün olub, Mark Uebebr və Censon Batton isə yarışa ikinci cərgədən başlayacaqlar.

YerPilotKomandaMotorI sessiyaII sessiyaIII sessiya
YerVaxtYerVaxtVaxtFərq
01S.FettelRed BullRenault101:37.468031:35.9341:34.870
02L.HəmiltonMcLarenMercedes021:36.861021:35.8521:34.974+ 0.104
03M.UebberRed BullRenault151:37.924041:36.0801:35.179+ 0.309
04C.BattonMcLarenMercedes061:37.033011:35.5691:35.200+ 0.330
05F.AlonsoFerrariFerrari031:36.897051:36.3201:35.802+ 0.932
06N.HaydfeldLotus Renault GPRenault081:37.224101:36.8111:36.124+ 1.254
07F.MassaFerrariFerrari011:36.744071:36.5571:36.251+ 1.381
08V.PetrovLotus Renault GPRenault071:37.210081:36.6421:36.324+ 1.454
09N.RosberqMercedes GPMercedes091:37.316061:36.3881:36.809+ 1.939
10K.KobayaşiSauberFerrari051:36.994091:36.6911:36.820+ 1.950
11M.ŞumaherMercedes GPMercedes041:36.904111:37.035
12S.BuemiToro RossoFerrari131:37.693121:37.160
13X.AlgersuariToro RossoFerrari111:37.677131:37.347
14P.di RestaForce İndiaMercedes161:38.045141:37.370
15R.BarrikelloWilliamsCosworth171:38.163151:37.496
16S.PeresSauberFerrari141:37.759161:37.528
17A.SutilForce İndiaMercedes121:37.693171:37.593
18P.MaldonadoWilliamsCosworth181:38.276
19H.KovalaynenTeam LotusRenault191:38.645
20Y.TrulliTeam LotusRenault201:38.791
21T.QlokMarussia VirginCosworth211:40.648
22J.D’AmbrozioMarussia VirginCosworth221:41.001
23V.LiutsiHispaniaCosworth231:41.549
24N.KartikeyanHispaniaCosworth241:42.574

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 222
Teqlər , , , , , , , ,
Paylaş

logo