20 Noyabr 2017, Bazar ertəsi - 07:47

Malayziya Qran Prisi: Pirelli – Hard və Medium

Malayziya Qran Prisi: Pirelli – Hard və Medium

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:56 - 25 Mart, 2015

Sepanqda təkərlərin yeyilmə dərəcəsi olduqca yüksəkdir, ona görə də yarışda təkərlərlə effektiv işləmə və düşünülmüş strategiya həlledici rol oynayacaq. Bundan […]

Sepanqda təkərlərin yeyilmə dərəcəsi olduqca yüksəkdir, ona görə də yarışda təkərlərlə effektiv işləmə və düşünülmüş strategiya həlledici rol oynayacaq. Bundan başqa, f-1.az xatırladır ki, komandalar yağışın istənilən vaxt yağmasına hazır olmalıdırlar…

Pol Hembri (Pirelli Motorsport): “İki həftə əvvəl Avstraliyada bizim testlərdə gəldiyimiz qənaət təsdiq olundu – keçən illə müqayisədə dövrənin nəticəsi iki saniyə yaxşılaşıb. Təkərlərə düşən yüklənmə həndəsi silsilə ilə artıb və asfaltın codluluğu təsvimdən ən çox olan, sürətli döngələrlər zəngin olan və ən isti hava olan Sepanqda təkərlərə çox çətin olacaq. Biz ən bərk təkər cütlüyünü seçmişik – Hard və Medium, 2011-ci ildə çempionata qayıtdıqdan sonra bu trasda ancaq eyni tərkiblərlə işləmişik.

Çox güman ki, komandalar yenə də ən azı iki pit-stop etməli olacaqlar, amma hava faktoru yarışın gedişinə müdaxilə edə bilər. Avstraliyada Təhlükəsizlik Maşını yarışın startında trasa çıxmışdı, ona görə də sürücülərin çoxu cəmi bir dəfə pit-stop etdi. Sepanqda isə təkərin yeyilməsi çox olacaq, ona görə də təkərlərin effektivliyi ön plana keçəcək”.


Malayziya Qran Prisi: Pirelli – Hard və Medium

Malayziya Qran Prisi: Pirelli – Hard və Medium

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

07:44 - 26 Mart, 2014

Mövsümün ikinci yarışı Malayziya Qran Prisinə Pirelli şirkəti ən bərk təkər cütlüyünü gətirəcək – Hard və Medium. Pirelli Motorsport-un başçısı […]

Mövsümün ikinci yarışı Malayziya Qran Prisinə Pirelli şirkəti ən bərk təkər cütlüyünü gətirəcək – Hard və Medium. Pirelli Motorsport-un başçısı Pol Hembri bu seçimin səbəblərini izah etməyə çalışıb…

Pol Hembri: “Malayziya yarışı Formula1-in sonuncu nəsil maşınları üçün hazırlanmış yeni təkərlər üçün ikinci yarış olacaq. Bundan başqa qarşıdakı yarışda yeni Hard tərkibi debüt edəcək.

Medium tərkibi Melburnda özünü əla göstərdi, amma Malayziya trası əvvəlki trasdan kəskin fərqlənir. Albert Parkın hamar asfaltından sonra bizi olduqca cod tras örtüyü gözləyir. Bundan başqa Melburnun soyuq havasından sonra bizi Sepanqın isti havası gözləyir. Əlbəttə, bütün bunlar yeni təkərlər və sürücülər qarşısında çətin vəzifələr qoyur, həm də biz unutmamalıyıq ki, hələlik hamı öyrənmə mərhələsindədirlər.

Avstraliyada sıralanma turunda hamı yağış və keçid təkərlərlə işləyə bildi – toplanmış təcrübə Sepanqda gərək ola bilər”.


Malayziya Qran Prisi: Pirelli – Hard və Medium

Malayziya Qran Prisi: Pirelli – Hard və Medium

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:45 - 03 Aprel, 2013

Pirelli şirkəti Sepanqa ən bərk təkər cütlüyünü gətirəcək – Hard və Medium. Hard tərkibi bu il təkərlərin yan hissəsində narıncı […]

Pirelli şirkəti Sepanqa ən bərk təkər cütlüyünü gətirəcək – Hard və Medium. Hard tərkibi bu il təkərlərin yan hissəsində narıncı rənglə markalanır – 2013-cü ildə bu tərkib Malayziyada debüt edəcək, Medium tərkibi isə bir həftə əvvəl Melburnda istifadə olunmuşdu. Bundan başqa şirkət həmişəki kimi yağış və keçid təkərlərini də gətirəcək…

Pol Hembri, Pirelli Motorsport: “Sepanqı hava və asfaltın xarakteristikası baxımından tam mənada ekstremal tras saymaq olar. Qarşıda bizi təkərlərə yüklənmə üzrə ən tələbkar uik-end gözləyir, ona görə də bu il ilk dəfə komandalara yeni narıncı markalı Hard tərkibini təqdim edəcəyik.

Biz seçimimizi keçənilki seçim üzərində saxladıq, amma bu dəfə tərkiblərdə dəyişiklik var – təkərlər daha effektiv olublar, amma daha tez yeyilirlər. Keçən il dəyişkən havada keçən yarışda 3 pit-stoplu strategiya daha effektiv olmuşdu – yarışın son hissəsində Fernando Alonso və Serxio Peresin mübarizəsində təkərlərdən çox şey asılı idi.

Bu il biz yenə də 3 pit-stop gözləyirik, amma əsas həlledici faktor hava olacaq. Əgər yağış yağmasa, sürücülər 80%-lik rütubətdə və 30 dərəcə istidə işləməli olacaqlar.”


Malayziya Qran Prisi: Pirelli – Hard və Medium

Malayziya Qran Prisi: Pirelli – Hard və Medium

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:54 - 23 Mart, 2012

Malayziyada Pirelli şirkəti mövsümdə ilk dəfə komandalara ən bərk təkərini – Hard tərkibini təqdim edəcək, opsion tərkib isə bu dəfə […]

Malayziyada Pirelli şirkəti mövsümdə ilk dəfə komandalara ən bərk təkərini – Hard tərkibini təqdim edəcək, opsion tərkib isə bu dəfə Medium olacaq. Şirkət bu qərarı bir neçə ay əvvəl qəbul etmişdi ki, Sepanqın cod asfaltında pit-stopların sayını azaltsın, axı keçən il sürücülərin çoxu yarışın gedişində 3 dəfə təkər dəyişməli olmuşdu.

Keçən illə müqayisədə təkərlər bir qədər yumşalıb və stabilləşib, təkər ustaları ümid edirlər ki, Hard və Medium tərkiblərinin bir dövrədə sürət fərqi bir saniyədən az olacaq və komandalar müxtəlif taktiki seçimlər edəcəklər.

Pol Hembri, Pirelli Motorsport: “Trasın xarakteristikası və iqlimin xüsusiyyətləri üzündən Malayziya yarışı təqvimdə ən çətin yarışlardan biridir. Biz asfaltın 50 dərəcəyədək qızmasını gözləyirik. Bizim məqsədimiz tərkiblərin sürət fərqini bir dövrədə bir saniyənin altına salmaqdır.

Malayziyada ötmələr mümkündür, bizim təkərlərin yeyilməsinə nəzarət bu ötmələri daha real edir. Tərkiblərin seçilməsi strategiyası böyük əhəmiyyət kəsb edəcək, xüsusən də hər hissənin sonunda. Keçən il podiumun taleyi son dövrələrdə həll olundu və biz ümid edirik ki, bu dəfə mübarizə daha sıx və gərgin olacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 201
Teqlər , , , ,
Paylaş

logo