24 Sentyabr 2017, Bazar - 09:06

Malayziya Qran Prisi: Həftəsonuna hava proqnozu

Malayziya Qran Prisi: Həftəsonuna hava proqnozu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:24 - 26 Mart, 2015

Həftəsonuna hava proqnozu Malayziya Qran Prisinə ənənəvi havanı vəd edir – hava isti və rütubətli olacaq, yağışın yağma ehtimalı çox […]

Həftəsonuna hava proqnozu Malayziya Qran Prisinə ənənəvi havanı vəd edir – hava isti və rütubətli olacaq, yağışın yağma ehtimalı çox yüksəkdir.

F-1.az meteoroloqlara istinadən xəbər verir ki, həftəsonu havanın temperaturu +32-34 dərəcə arasında dəyişəcək, cümə günü nahardan sonra yağışın yağma ehtimalı 100%, şənbə günü 90% və bazar günü 80% təşkil edir.

Hər üç gün yağış yerli vaxtla saat 15:00-dan sonra gözlənilir. Xatırladaq ki, sıralanma turu 17:00-da, yarış isə elə 15:00-da başlamalıdır. Ona görə də hava şəraiti həftəsonunun həlledici faktoru ola bilər…


Malayziya Qran Prisi: Həftəsonuna hava proqnozu

Malayziya Qran Prisi: Həftəsonuna hava proqnozu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:08 - 26 Mart, 2014

Malayziya Qran Prisi hava şəraiti baxımından təqvimdə ən çətin yarışlardan biridir. Yüksək temperatur və rütubətlik işi çətinləşdirir, həm də tropik […]

Malayziya Qran Prisi hava şəraiti baxımından təqvimdə ən çətin yarışlardan biridir. Yüksək temperatur və rütubətlik işi çətinləşdirir, həm də tropik leysan yağışının yağma ehtimalı yüksəkdir – 2009-cu ildə yarış yarımçıq dayandırılmışdı və sürücülər tutduqları mövqelərə uyğun yarı xallar qazanmışdılar, 2012-ci ildə leysan üzündən birsaatlıq fasilə elan olunmuşdu, keçən il isə startdan əvvəl leysan yağmışdı.

Qarşıdakı həftəsonu havanın tempraturu +32 dərəcəni aşmayacaq, zəif cənub-qərb küləyi əsəcək. Cümə günü yağışın yağma ehtimalı 60% təşkil edir, növbəti iki gündə bu ehtimal 30%-ə düşəcək.

Keçən il beş sessiyadan üçündə sürücülər nəm və ya qurumaqda olan trasda işləmişdilər.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 169
Teqlər ,
Paylaş

logo