22 Noyabr 2017, Çərşənbə - 16:42

Malayziya Qran Prisi: Birinci sərbəst yürüşlər

Malayziya Qran Prisi: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:27 - 27 Mart, 2015

Quru. Günəşli. Havanın temperaturu +29°-32° C, trasın temperaturu +39°-49° C İlk sessiya kifayət qədər aktiv alınıb. İlk yarım saat ərzində […]

Quru. Günəşli. Havanın temperaturu +29°-32° C, trasın temperaturu +39°-49° C

İlk sessiya kifayət qədər aktiv alınıb. İlk yarım saat ərzində Pirelli-nin təqdim etdiyi əlavə təkərləri bütün sürücülər istifadə ediblər. Hətta, Manor komandasının sürücüsü Uill Stivens də protokollara düşə bilib. Onun komanda yoldaşı Roberto Merhi isə daha sonra trasa çıxa bilib.

Ferrari və Mercedes AMG komandalarında da sürücülərdən birinin maşınında problemlər yaşanıb. Ferrari dördqat dünya çempionu Fettelin problemini tezliklə həll edə bilib və almaniyalı sürücü trasda işləyib. Amma sonuncu dünya çempionu Lyuis Həmilton heç bir nəticə göstərə bilməyib – britaniyalı sürücünün maşınında motor problemi üzə çıxıb və hazırda mexaniklər sürücünü nahardan sonra trasa buraxmağa çalışırlar.

Sessiyanın startında Niko Rosberq ən yaxşı nəticəyə imza atıb, ilk yarım saat ərzində onun təqibçiləri Toro Rosso və Red Bull sürücüləri olublar. Amma sessiyanın sonunda Ferrari sürücüləri sürətləniblər, xüsusən də Kimi Rəykkönen Rosberqə cəmi 0.373 saniyə uduzub.

Lotus komandasının sürücüləri də yaxşı təsir bağışlayıblar. Sessiyanın sonunda isə Daniel Rikkardonun maşınında problemlər meydana gəlib. F-1.az xatırladır ki, nahardan sonra sürücülər işlərini davam etdirəcəklər…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01N.RosberqMercedes AMGMercedes1:40.12420
02K.RəykkönenFerrariFerrari1:40.497+ 0.37317
03S.FettelFerrariFerrari1:40.985+ 0.86113
04R.QrojanLotusMercedes1:41.543+ 1.41914
05K.SaynsToro RossoRenault1:41.596+ 1.47226
06D.RikkardoRed BullRenault1:41.787+ 1.66315
07M.FerstappenToro RossoRenault1:41.803+ 1.67923
08V.BottasWilliamsMercedes1:41.882+ 1.75823
09D.KvyatRed BullRenault1:42.055+ 1.93118
10M.EriksonSauberFerrari1:42.064+ 1.94016
11F.MassaWilliamsMercedes1:42.103+ 1.97923
12P.MaldonadoLotusMercedes1:42.567+ 2.44319
13R.MarçyelloSauberFerrari1:42.621+ 2.49713
14F.AlonsoMcLarenHonda1:42.885+ 2.76120
15N.HülkenberqForce İndiaMercedes1:42.893+ 2.76913
16S.PeresForce İndiaMercedes1:43.054+ 2.93015
17C.BattonMcLarenHonda1:43.100+ 2.97619
18U.StivensManorFerrari1:46.686+ 6.5628
19R.MerhiManorFerrari1:47.683+ 7.5598
20L.HəmiltonMercedes AMGMercedes4

Malayziya Qran Prisi: Birinci sərbəst yürüşlər

Malayziya Qran Prisi: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:56 - 28 Mart, 2014

Quru. Günəşli. Havanın temperaturu +25°-29° C, trasın temperaturu +31°-37° C Yürüşlərin Sepanqda səhər sessiyası kifayət qədər aktiv keçib. Artıq ilk […]

Quru. Günəşli. Havanın temperaturu +25°-29° C, trasın temperaturu +31°-37° C

Yürüşlərin Sepanqda səhər sessiyası kifayət qədər aktiv keçib. Artıq ilk dəqiqələrdən bütün sürücülər trasa çıxıblar, kiçik fasilədən sonra sürətli dövrələr də başlayıb. Amma Roman Qrojan ikinci dövrəsində 9-cu döngədə dayanmalı olub – Lotus-un problemləri davam edir. Sessiyanın sonunda fransalı sürücü trasa qayıtsa da, əlavə cəmi 2 dövrə vura bilib.

Pastor Maldonado da ilk dövrəsindən sonra maşınını mexaniklərə təhvil verib. Sessiyanın ortalarında venesuelalı sürücü trasa qayıtsa da, bir neçə döngədən sonra motor tüstülənməyə başlayıb və sürücü boksa qayıtmalı olub.

Serxio Peres də sürətli dövrə göstərə bilməyib – Force İndia mexanikləri yanacaq sistemindəki problemləri həll etməli olublar. Kamui Kobayaşi də sessiyanın əvvəlində yavaş sürətli bir neçə dövrə vurub və trasa qayıtmayıb.

Sessiyanın ən yaxşı nəticəsini isə Lyuis Həmilton göstərib, Kimi Rəykkönen ona azca uduzub. McLaren sürücüləri də sürətli olublar, hərçənd, Kevin Maqnussenin maşınında problemlər yaşanıb. Səhvlərsiz də ötüşməyib – Lyuis Həmilton, Fernando Alonso, Felipe Massa, Adrian Sutil trasdan çıxsalar da, ciddi hadisə baş verməyib…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01L.HəmiltonMercedes AMGMercedes1:40.69119
02K.RəykkönenFerrariFerrari1:40.843+ 0.15220
03N.RosberqMercedes AMGMercedes1:41.028+ 0.33719
04C.BattonMcLarenMercedes1:41.111+ 0.42020
05K.MaqnussenMcLarenMercedes1:41.274+ 0.58318
06J.E.VernToro RossoRenault1:41.402+ 0.71115
07S.FettelRed BullRenault1:41.523+ 0.8329
08N.HülkenberqForce İndiaMercedes1:41.642+ 0.95119
09F.MassaWilliamsMercedes1:41.686+ 0.99523
10V.BottasWilliamsMercedes1:41.830+ 1.13922
11F.AlonsoFerrariFerrari1:41.923+ 1.23214
12D.RikkardoRed BullRenault1:42.117+ 1.42620
13A.SutilSauberFerrari1:42.365+ 1.67421
14D.KvyatToro RossoRenault1:42.869+ 2.17821
15E.QutyerresSauberFerrari1:42.904+ 2.21323
16J.ByankiMarussiaFerrari1:43.825+ 3.13418
17M.EriksonCaterhamRenault1:45.775+ 5.08424
18M.ÇiltonMarussiaFerrari1:46.911+ 6.22010
19K.KobayaşiCaterhamRenault1:51.180+ 10.4895
20S.PeresForce İndiaMercedes2
21P.MaldonadoLotusRenault2
22R.QrojanLotusRenault4

Malayziya Qran Prisi: Birinci sərbəst yürüşlər

Malayziya Qran Prisi: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

09:51 - 04 Aprel, 2013

Quru. Günəşli. Havanın temperaturu +25°-27° C, trasın temperaturu +26°-30° C Bu gün səhər sürücülər trasda əla hava ilə qarşılaşıblar. Proqnozların […]

Quru. Günəşli. Havanın temperaturu +25°-27° C, trasın temperaturu +26°-30° C

Bu gün səhər sürücülər trasda əla hava ilə qarşılaşıblar. Proqnozların əksinə olaraq, Kuala Lumpurda gün çıxıb, amma tras hələ çox qızmayıb.

İlk yarım saat ərzində sürücülər yalnız bir dövrə vuraraq boksa qayıdıblar. İlk nəticə Maks Çiltondan sessiyanın sonuna bir saat qalmış gəlib. Tədricən digər sürücülər də trasa axışıblar.

Keçənilki birinci sessiyanın nəticəsi tezliklə yaxşılaşdırılıb – keçən il birinci olmuş Lyuis Həmilton öz nəticəsini üstələyib, amma tezliklə sürücülər onu da üstələyiblər. Sessiyanın sonuna yarım saat qalmış ən yaxşı nəticəyə Mark Uebber imza atıb – 1:36.935.

Kimi Rəykkönen problemlərlə üzləşib – əvvəlcə onun maşınında KERS-in batareyasını dəyişiblər, sonra finlandiyalı sürücünün maşının ötürmələr qutusu ilə problemlər yaşanıb. Amma mexaniklər hər iki halda nasazlıqları operativ aradan qaldıra biliblər.

Adrian Sutil porebriklərə aqresiv hücum zamanı ön antiqanadını zədələyib. Çilton və Alonso da səhvlərə yol veriblər, ispaniyalı sürücünün səhvindən Qutyerres zərər görüb – meksikalı sürücü yavaş Ferrari-dən qaçmağa çalışaraq təhlükəsizlik zolağına çıxmalı olub…

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01M.UebberRed BullRenault1:36.93515
02K.RəykkönenLotusRenault1:37.003+ 0.06815
03S.FettelRed BullRenault1:37.104+ 0.16921
04F.AlonsoFerrariFerrari1:37.319+ 0.38413
05N.RosberqMercedes AMGMercedes1:37.588+ 0.65319
06A.SutilForce İndiaMercedes1:37.769+ 0.83417
07F.MassaFerrariFerrari1:37.771+ 0.83615
08P.di RestaForce İndiaMercedes1:37.773+ 0.83815
09L.HəmiltonMercedes AMGMercedes1:37.840+ 0.90518
10R.QrojanLotusRenault1:37.915+ 0.98017
11C.BattonMcLarenMercedes1:38.173+ 1.23816
12P.MaldonadoWilliamsRenault1:38.673+ 1.73816
13S.PeresMcLarenMercedes1:38.830+ 1.89517
14N.HülkenberqSauberFerrari1:39.054+ 2.11917
15E.QutyerresSauberFerrari1:39.204+ 2.26916
16V.BottasWilliamsRenault1:39.208+ 2.27319
17J.E.VernToro RossoFerrari1:39.284+ 2.34917
18D.RikkardoToro RossoFerrari1:39.567+ 2.63216
19Q.van der QardeCaterhamRenault1:40.728+ 3.79317
20J.ByankiMarussiaCosworth1:40.996+ 4.06114
21Ş.PikCaterhamRenault1:41.163+ 4.22818
22M.ÇiltonMarussiaCosworth1:41.513+ 4.57814

Malayziya Qran Prisi: Birinci sərbəst yürüşlər

Malayziya Qran Prisi: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:50 - 24 Mart, 2012

Quru. Günəşli. Havanın temperaturu +31° C, trasın temperaturu +43° C Lyuis Həmilton səhər məşqlərində ən yaxşı nəticəyə imaz atıb. Britaniyalı […]

Quru. Günəşli. Havanın temperaturu +31° C, trasın temperaturu +43° C

Lyuis Həmilton səhər məşqlərində ən yaxşı nəticəyə imaz atıb. Britaniyalı sürücü Sepanqın bir dövrəsinə 1.38,021 vaxt sərf edib. İlk üçlüyü Sebastyan Fettel və Niko Rosberq tamamlayıblar.

Hava proqnozu günün ikinci yarısında yağış vəd etdiyi üçün komandalar ləngimədən işə başlayıblar. McLaren, Red Bull və Mercedes AMG sürücüləri dərhal yaxşı sürət nümayiş etdiriblər, Lotus sürücüləri onlardan geri qalmayıblar.

Düzdür, Roman Qrojanın maşınında problemlər üzə çıxıb, amma mexaniklər nasazlığı tez aradan qaldırıblar. Narain Kartikeyanın maşınında isə ötürmələr qutusu imtina edib. Sessiyanın sonunda Mark Uebberin maşınında əyləc mayesi, Censon Battonun maşınında isə yağ axmağa başlayıb.

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01L.HəmiltonMcLarenMercedes1:38.02119
02S.FettelRed BullRenault1:38.535+ 0.51421
03N.RosberqMercedes AMGMercedes1:38.813+ 0.79221
04M.ŞumaherMercedes AMGMercedes1:38.826+ 0.80519
05R.QrojanLotusRenault1:38.919+ 0.89817
06M.UebberRed BullRenault1:39.092+ 1.07120
07K.RəykkönenLotusRenault1:39.128+ 1.10722
08P.di RestaForce İndiaMercedes1:39.298+ 1.27723
09C.BattonMcLarenMercedes1:39.323+ 1.30215
10N.HülkenberqForce İndiaMercedes1:39.440+ 1.41919
11V.BottasWilliamsRenault1:39.724+ 1.70323
12P.MaldonadoWilliamsRenault1:39.783+ 1.76223
13F.MassaFerrariFerrari1:39.896+ 1.87516
14K.KobayaşiSauberFerrari1:39.910+ 1.88921
15F.AlonsoFerrariFerrari1:39.980+ 1.95923
16J.E.VernToro RossoFerrari1:40.099+ 2.07823
17H.KovalaynenCaterhamRenault1:40.247+ 2.22619
18D.RikkardoToro RossoFerrari1:40.469+ 2.44823
19V.PetrovCaterhamRenault1:40.857+ 2.83625
20S.PeresSauberFerrari1:41.085+ 3.06423
21T.QlokMarussiaCosworth1:43.170+ 5.14918
22Ş.PikMarussiaCosworth1:44.580+ 6.55914
23N.KartikeyanHRTCosworth1:45.360+ 7.3398
24P.de la RosaHRTCosworth1:45.528+ 7.50718

Malayziya Qran Prisi: Birinci sərbəst yürüşlər

Malayziya Qran Prisi: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:38 - 08 Aprel, 2011

Quru. Buludlu. Havanın temperaturu +29° C, trasın temperaturu +35° C Mark Uebber birinci sərbəst yürüşlərin protokollarına başçılıq edib, avstraliyalı sürücü […]

Quru. Buludlu. Havanın temperaturu +29° C, trasın temperaturu +35° C

Mark Uebber birinci sərbəst yürüşlərin protokollarına başçılıq edib, avstraliyalı sürücü ikinci olmuş Lyuis Həmiltonu saniyə yarımdan çox qabaqlayıb. Digər sürücülər isə Marka iki saniyədən çox uduzublar.

Sessiya ciddi insidentlərlə müşaiyət olunub. İlk dəqiqələrdə boksu tərk edən Narain Kartikeyanın maşınında motor imtina edib. Bundan bir az sonra Nik Haydfeldin maşınında ön sağ təkər ilişib, boksa qayıdan alman sürücü trasa bir daha çıxmayıb. Lotus Renault GP komandasının sürücüsü Vitaliy Petrov boksda bir saat gözlədikdən sonra trasa çıxıb, amma ikinci sürətli dövrəsində ön sol təkərin asılqanı dağılıb. Son dəqiqələrdə isə oxşar problemlər Jerom D’Ambrozionun maşınında yaşanıb.

Sessiyanın çox hissəsini sürücülər yeni elementləri yoxlayıblar, sonra isə sürətlər artıb – Mixael Şumaher üçüncü olub, Niko Hülkenberq isə dördüncü, amma 15-ci olmuş Cencon Batton Nikoya cəmi yarım saniyə uduzub.

Nəticələr belə olub:

YerPilotKomandaMotorVaxtFərqDövrə
01M.UebberRed BullRenault1:37.65122
02L.HəmiltonMcLarenMercedes1:39.316+ 1.66516
03M.ŞumaherMercedes GPMercedes1:39.791+ 2.14029
04N.HülkenberqForce İndiaMercedes1:40.377+ 2.72623
05P.MaldonadoWilliamsCosworth1:40.443+ 2.79231
06F.MassaFerrariFerrari1:40.453+ 2.80222
07N.HaydfeldLotus Renault GPRenault1:40.525+ 2.8746
08R.BarrikelloWilliamsCosworth1:40.581+ 2.93021
09F.AlonsoFerrariFerrari1:40.601+ 2.95023
10N.RosberqMercedes GPMercedes1:40.646+ 2.99529
11A.SutilForce İndiaMercedes1:40.734+ 3.08321
12D.RikkardoToro RossoFerrari1:40.748+ 3.09723
13X.AlgersuariToro RossoFerrari1:40.770+ 3.11924
14K.KobayaşiSauberFerrari1:40.872+ 3.22127
15C.BattonMcLarenMercedes1:40.927+ 3.27616
16Y.TrulliTeam LotusRenault1:41.620+ 3.96921
17S.FettelRed BullRenault1:41.627+ 3.97618
18S.PeresSauberFerrari1:41.642+ 3.99124
19T.QlokMarussia VirginCosworth1:42.154+ 4.50318
20J.D’AmbrozioMarussia VirginCosworth1:42.540+ 4.88920
21D.ValsekkiTeam LotusRenault1:44.054+ 6.40318
22V.LiutsiHispaniaCosworth1:45.228+ 7.57720
23N.KartikeyanHispaniaCosworth1:46.267+ 8.61610
24V.PetrovLotus Renault GPRenault1:47.932+ 10.2814

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 219
Teqlər , , , , ,
Paylaş

logo