24 Sentyabr 2017, Bazar - 09:02

Malayziya Formula1-dən ayrılmağa hazırlaşır?

Malayziya Formula1-dən ayrılmağa hazırlaşır?

Müəllif: Elçin Zodorov, redaktor

20:52 - 24 Oktyabr, 2016

Yarışın təşkilatçıları yaydıqları bəyanatda çempionatda iştiraklarına fasilə verə biləcəklərini söyləyiblər.

F-1.az bildirir ki, 1999-cu ildən keçirilən Malayziya Qran Prisinə bilet satışı hər il azalır. Bu azmış kimi, yarışın TV-dən izlənməsində də ciddi azalmalar var. Sepanq rəhbərliyinin FOM ilə 2018-ci ilə qədər müqaviləsi var, amma trasın səhmdarları ilə ölkənin Maliyyə Nazirliyi bu həftə ərzində müzakirələr apararaq yarışın gələcəyi barədə qərar verəcəklər.

Trasın rəhbəri Əhməd Razlan Əhməd Razali Formula1-in ölkədəki gələcəyi barədə yenidən düşünməli olduqlarını bildirib: “Bəlkə də bir qədər fasilə vermək Malayziya üçün yaxşı olar. Formula1 insanları artıq çox da həyəcanlandırmır, hər il bir komanda hegemonluq edir”.

Malayziyanın Gənclər və İdman Naziri Xairi Camaluddin isə Sepanq rəhbərliyini Formula1-dən daha çox MotoGP-yə diqqət ayırmağa çağırıb: “Formula1-ə ev sahibliyi etməkdən ən azından bir müddətlik əl çəkməliyik. Xərcləri çoxdur. İlk illər bizim üçün böyük hadisə idi. Asiyada Yaponiyadan sonra ilk yarış bizdə idi. Amma indi Asiyada çox yarış var. MotoGP daha cəlbedicidir. Həm daha ucuzdur, həm də daha çox azarkeş gəlir. Üstəlik, Moto2 və Moto3 kimi seriyaları da var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 183
Teqlər , , , ,
Paylaş

logo