19 Oktyabr 2017, Cümə axşamı - 03:45

Malayziya-2017: Yarış

Malayziya-2017: Yarış

Müəllif: Elçin Zodorov, redaktor

12:56 - 01 Oktyabr, 2017

Formula1 mərhələsi 1999-cu ildən təqvimdə yer olan Malayziyada sonuncu dəfə keçirilib. Təşkilatçılar müqaviləni uzatmaqda maraqlı olmayıblar. Buna səbəb kimi isə dövlətin maliyyə dəstəyi göstərmək istəməməsi və Sinqapur Qran Prisinin tamaşaçı sayına mənfi təsir etməsi göstərilir.

Malayziyada ənənəvi amillər – əvvəldən müəyyən etmək mümkün olmayan hava şəraiti, rütubət və isti özünü bu dəfə də göstərib. Cümə günü ilk məşq sessiyası yağışlı havada baş tutmuşdu, ikinci sessiyada tras qurusa da, Qrojanın qəzasına görə sürücülər 20 dəqiqə işləyə bilməmişdilər. Nəm trasda Red Bull üstün görünsə də, ikinci və üçüncü sessiyanın qalibləri Ferrari sürücüləri olmuşdular. Sıralanma turunda isə Həmilton yenə hamıdan sürətli olmuş və 70-ci poulunu qazanmışdı. Mercedes də həftəsonu ərzində problemlərdən şikayətlənirdi. Lyuisin çempionatdakı əsas rəqibi Fettel isə sıralanma turunda nəticə göstərə bilməyərək sonuncu olmuşdu.

Sıralanma turunun nəticələrinə görə, Rəykkönen ilk cərgədən start almaq hüququ qazanıb. İkinci cərgəni Red Bull sürücüləri zəbt ediblər, Bottas və Okon isə üçüncü cərgəni bölüşüblər.

Start düzümünə yollanarkən Rəykkönen güc qurğusundan şikayət edib. Mexaniklər onun maşınına boksda xidmət ediblər, lakin problemi startda qədər operativ şəkildə aradan qaldırmaq mümkün olmayıb və finlandiyalı sürücü yarışda iştirak edə bilməyib.

Pirelli Sepanqa orta üçlüyü – Medium, Soft və SuperSoft tərkiblərini gətirib. Verlyayn, Eriksson və Fettel Soft, qalan sürücülər isə SuperSoft təkərlərlə starta çıxıblar.

Həmilton startda liderliyini qoruyub, Bottas və Vandorn əla start alaraq müvafiq olaraq, üçüncü və beşinci yerə yüksəliblər. Okon və Massa ikinci döngədə toqquşsalar da, yollarına davam ediblər. Williams sürücüləri Hülkenberqi qabaqlayıblar, Fettel isə xeyli yer qazanaraq 12-ciliyə qədər yüksəlib. 2-ci dövrədə ilk onluq: Həmilton – Ferstappen – Bottas – Rikkardo – Vandorn – Peres – Okon – Stroll – Massa – Maqnussen.

Okon üçüncü dövrədə pit-stop edib. Həmilton ERS problemindən şikayət edib. Növbəti dövrədə Ferstappen onu qabaqlayıb və liderliyə yüksəlib. Lyuis yerini qaytarmağa çalışsa da, hollandiyalı gənc sürücü bir neçə dövrə sonra ondan uzaqlaşıb. 8-ci dövrədə Peres Vandornu, 9-cu dövrədə isə üçüncü yer uğrunda mübarizədə Rikkardo Bottası üstələyib. Hülkenberq 10-cu dövrədə pit-stopa yollanıb. 10-cu dövrədə ilk onluq: Ferstappen – Həmilton – Rikkardo – Bottas – Peres – Vandorn – Stroll – Massa – Fettel – Alonso.

11-ci dövrədə Maqnussen, növbəti dövrədə isə Massa və Qrojan təkərlərini dəyişiblər. Pit-stop dalğası Qasli, Vandorn və Palmerlə davam edib. Artıq 18-ci dövrədə Ferstappenlə Həmilton arasında fərq 9 saniyəyə çatıb. Rikkardo da Bottası eyni fərqlə üstələyib. 21-ci dövrədə Fettel Peresi qabaqlayıb və beşinci yerə yüksəlib. 21-ci dövrədə ilk onluq: Ferstappen – Həmilton – Rikkardo – Bottas – Fettel – Peres – Alonso – Sayns – Okon – Vandorn.

Okon 25-ci dövrədə ilk döngədə Saynsla mübarizədə təmasdan sonra yerində fırlanıb. Fettel Bottasa çatıb. Həmilton pit-stopa yollanıb və trasa komanda yoldaşının önündə qayıdıb. 27-ci dövrədə Alonso, 28-ci dövrədə Ferstappen və Fettel, 29-cu dövrədə isə Bottas təkərlərini dəyişiblər. Finlandiyalı sürücü trasa qayıdarkən Fettelin arxasına düşüb. Red Bull Rikkardonu yalnız 30-cu dövrədə pit-stopa çağırıb. Saynsın maşınında mühərrik gücünü itirib və yarış onun üçün erkən başa çatıb. 32-ci dövrədə ilk onluq: Ferstappen – Həmilton – Rikkardo – Fettel – Bottas – Peres – Vandorn – Stroll – Massa – Okon.

Alonso gərgin mübarizədə Maqnusseni qabaqlayıb və onun davranışlarına etirazını bildirib. 38-ci dövrədə Palmer yerində fırlanıb. Bir qədər sonra isə Maqnussenlə təmasdan sonra yenə də idarəetməni itirib. SuperSoft təkərlərlə davam edən Fettel trasda hamıdan sürətli olub və Rikkardoya yaxınlaşıb. Avstraliyalı da öz növbəsində Həmiltonla fərqi azaldıb. Lakin Rikkardo tempini qoruya bilməyib. Fettel 48-ci dövrədə DRS vasitəsilə rəqibinə hücumlar etməyə başlayıb. Daniel mövqeyini qoruya bilib və son dövrələrdə bununla razılaşan Fettel tempini aşağı salıb.

Maks Ferstappen mövsümdə ilk, karyerasında isə ikinci qələbəsini qazanıb. Həmilton yarışı ikinci yerdə başa vurub və çempionatda Fettellə xal fərqini 34-ə yüksəldib. Rikkardo podiumun son pilləsini tutub. Yarışa son yerdən başlayan Fettel dördüncülüyə qədər yüksələ bilib və zərəri minimuma endirib. Alman sürücünün maşını yarış bitdikdən sonra zəfər dövrəsində Strolla təmasdan sonra zədələnib, Verlyayn “taksi xidməti göstərərək” həmyerlisini boksa çatıdırıb.

Mübarizə gələn həftə Suzukada davam edəcək.

YerNSürücüKomandaZaman/FərqPit
133Maks FerstappenRed Bull1:30:01.2901
244Lyuis HəmiltonMercedes AMG+ 0:12.7701
33Daniel RikkardoRed Bull+ 0:22.5191
45Sebastyan FettelFerrari+ 0:37.3621
577Valtteri BottasMercedes AMG+ 0:56.0211
611Serxio PeresForce İndia+ 1:18.6301
72Stoffel VandornMcLaren+ 1 dövrə1
818Ləns StrollWilliams+ 1 dövrə1
919Felipe MassaWilliams+ 1 dövrə1
1031Esteban OkonForce İndia+ 1 dövrə1
1114Fernando AlonsoMcLaren+ 1 dövrə1
1220Kevin MaqnussenHaas+ 1 dövrə1
138Roman QrojanHaas+ 1 dövrə2
1410Pyer QasliToro Rosso+ 1 dövrə1
1530Colion PalmerRenault+ 1 dövrə1
1627Niko HülkenberqRenault+ 1 dövrə2
1794Paskal VerlyaynSauber+ 1 dövrə1
189Markus ErikssonSauber+ 2 dövrə1

 

Sürətli dövrə: Sebastyan Fettel (Ferrari) – 1:34.080 (42-ci dövrə, 212.104 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Karlos SaynsToro Rosso29güc qurğusu
Kimi RəykkönenFerrari0turbin/start almayıb

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
144Lyuis HəmiltonMercedes AMG Petronas F1 Team281
25Sebastyan FettelScuderia Ferrari247
377Valtteri BottasMercedes AMG Petronas F1 Team222
43Daniel RikkardoRed Bull Racing177
57Kimi RəykkönenScuderia Ferrari138
633Maks FerstappenRed Bull Racing93
711Serxio PeresSahara Force İndia F1 Team76
831Esteban OkonSahara Force İndia F1 Team57
955Karlos SaynsScuderia Toro Rosso48
1027Niko HülkenberqRenault Sport Formula 1 Team34
1119Felipe MassaWilliams Martini Racing33
1218Ləns StrollWilliams Martini Racing32
138Roman QrojanHaas F1 Team26
142Stoffel VandornMcLaren Honda Formula 1 Team13
1520Kevin MaqnussenHaas F1 Team11
1614Fernando AlonsoMcLaren Honda Formula 1 Team10
1730Colion PalmerRenault Sport Formula 1 Team8
1894Paskal VerlyaynSauber F1 Team5
1927Daniil KvyatScuderia Toro Rosso4

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG Petronas F1 TeamMercedes503
2Scuderia FerrariFerrari385
3Red Bull RacingTAG Heuer270
4Sahara Force İndia F1 TeamMercedes133
5Williams Martini RacingMercedes65
6Scuderia Toro RossoRenault52
7Renault Sport Formula 1 TeamRenault42
8Haas F1 TeamFerrari37
9McLaren Honda Formula 1 TeamHonda23
10Sauber F1 TeamFerrari5

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 20. 943
Teqlər , , , ,
Paylaş

logo