22 Oktyabr 2017, Bazar - 01:20

Malayziya-2017: Üçüncü sərbəst yürüşlər

Malayziya-2017: Üçüncü sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

11:09 - 30 Sentyabr, 2017

Cümə günü ilk sərbəst yürüşlərdə yağış yağmışdı. İkinci sessiyanın sonunda Qrojanın qəzasına görə sürücülər 20 dəqiqə işləyə bilməmişdilər. Fransız sürücünün maşını gecə bərpa edilib. Hər ehtimala qarşı onlara komendant saatını pozmalarına da icazə verilib. Drenaj sisteminin qapaqları isə iki dəfə yoxlanılıb.

F-1.az bildirir ki, cümə günü işləmək mümkün olmadığından, bugünkü məşq proqramı daha zəngin olub. Sürət çatışmamazlığı və balansın olmamasından narahat qalan Mercedes komandası bu sahələrə üstünlük verib. Bottasın maşınına aerodinamik yeniliklər quraşdırılıb və Həmiltonun nəticələri ilə müqayisə edilib. McLaren-də də aerodinamik yeniliklər ancaq Alonsonun maşınına quraşdırılıb.

İlk dəqiqələrdə sürücülər təkərlərin aşınmasını qiymətləndirmək üçün uzun dövrələr seriyasına çıxıblar. Massa startdan 15 dəqiqə keçdikdən sonra boksu tərk edə bilib. Sessiya insidentsiz keçib. Alonso və Qrojan yerində fırlanıblar, lakin yollarına davam edə biliblər. Elektron sistemdəki problemlərə görə yarım saat itirən Maqnussen trasa çıxsa da, cəmi 10 dövrə vura bilib. Sessiyanın sonunda Fettel boksa çox aşağı sürətlə qayıdıb. Onun güc qurğusunda nasazlıq olduğu ehtimal edilir.

Protokollara Kimi Rəykkönen başçılıq edib – 1:31.880. Bakı vaxtı ilə 13:00-da bizi poul uğrunda gərgin mübarizə gözləyir.

YerNSürücüKomandaZamanFərqDövrə
17Kimi RəykkönenFerrari1:31.88019
25Sebastyan FettelFerrari1:32.042+ 0:00.16214
33Daniel RikkardoRed Bull1:32.091+ 0:00.21116
477Valtteri BottasMercedes AMG1:32.329+ 0:00.44924
544Lyuis HəmiltonMercedes AMG1:32.539+ 0:00.65920
633Maks FerstappenRed Bull1:32.579+ 0:00.69917
711Serxio PeresForce İndia1:33.209+ 0:01.32920
819Felipe MassaWilliams1:33.240+ 0:01.36020
931Esteban OkonForce İndia1:33.290+ 0:01.41021
102Stoffel VandornMcLaren1:33.321+ 0:01.44116
1114Fernando AlonsoMcLaren1:33.530+ 0:01.65017
1218Ləns StrollWilliams1:33.538+ 0:01.65821
1322Kevin MaqnussenHaas1:33.787+ 0:01.90710
1427Niko HülkenberqRenault1:33.871+ 0:01.99114
1555Karlos SaynsToro Rosso1:33.924+ 0:02.04422
1610Pyer QasliToro Rosso1:34.206+ 0:02.32624
1730Colion PalmerRenault1:34.475+ 0:02.59512
188Roman QrojanHaas1:34.914+ 0:03.03419
199Markus ErikssonSauber1:34.936+ 0:03.05619
2094Paskal VerlyaynSauber1:35.045+ 0:03.16519

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 842
Teqlər , , , , , ,
Paylaş

logo