18 Dekabr 2017, Bazar ertəsi - 13:00

Malayziya-2017: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Malayziya-2017: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:10 - 27 Sentyabr, 2017

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, Sepanq trasında da Formula1 sürücülərini iki DRS zonası gözləyir.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, 1-ci, 6-cı, 9-cu, 13-cü və 15-ci döngələrdə mövcud olan baryerlərin daxilində konveyer lenti ilə bərkidilmiş işlənmiş təkərlərdən ibarət əlavə baryer qatı quraşdırılıb.

Keçən il olduğu kimi, bu dəfə də Sepanqda iki DRS zonası üçün cəmi bir deteksiya nöqtəsi olacaq, yəni maşınlar arasındakı interval yalnız 12-ci döngədən 54 metr sonra yerləşən nöqtədə ölçüləcək. Arxa qanadın hərəkətli elementinin 1-ci aktivasiya nöqtəsi 14-cü döngədən 104 metr sonra, 2-ci aktivasiya nöqtəsi isə 15-ci döngədən 28 metr sonra yerləşir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 141
Teqlər , , , ,
Paylaş

logo