11 Dekabr 2017, Bazar ertəsi - 08:04

Malayziya-2017: Sıralanma turu

Malayziya-2017: Sıralanma turu

Müəllif: Elçin Zodorov, redaktor

14:16 - 30 Sentyabr, 2017

Sıralanma turunun nəticəsi Sepanqda nəticəyə təsir edən faktorlardan biridir. İndiyə qədər burada baş tutan 18 yarışın 9-da pouldan start alan sürücü qalib olub. İsti və rütubətli hava, yağıntılar yarışın nəticəsinə dəfələrlə təsir göstərib.

F-1.az xatırladır ki, dünən yağışlı havada baş tutan ilk sərbəst yürüşlərdə Maks Ferstappen protokollara başçılıq etmişdi. Qrojanın qəzasına görə 20 dəqiqəsi təxirə salınan ikinci sessiyada isə Fettel hamıdan sürətli olmuşdu. Bu gün səhər komandalar nəhayət ki, məşq proqramlarını tam yerinə yetirə bilmişdilər və Rəykkönen birinci nəticəni göstərmişdi.

Pirelli Sepanqa orta üçlüyü – Medium, Soft və SuperSoft tərkiblərini gətirib.

İlk sessiyada Mercedes və Ferrari-nin sürücüləri, o cümlədən Ferstappen Soft, digər sürücülər isə SuperSoft təkərlərlə mübarizəyə başlayıblar. Səhər sərbəst yürüşlərdə motor problemi ilə üzləşən Fettel sürətli dövrəsini başa vura bilməyib və boksa qayıtmalı olub. Dördqat dünya çempionu sıralanma turunu heç bir nəticə göstərmədən başa vurub.

Mercedes, Red Bull, Force İndia komandalarının sürücüləri və Rəykkönen ikinci cəhdlərindən imtina ediblər. Həmilton ən sürətli olub – 1:31.605. Fettellə yanaşı Haas və Sauber sürücüləri mübarizəni dayandırıblar.

İkinci sessiyada bütün sürücülər SuperSoft təkərlərdən istifadə ediblər. İlk cəhddə Rəykkönen Ferstappeni çox cüzi fərqlə üstələyərək, protokollara başçılıq edib. Hər iki sürücü ikinci cəhddən imtina edib. Bu dəfə Bottas hamını üstələyib – 1:30.803. Massa, Palmer, Sayns və debütant Qasli mübarizəni dayandırıblar. Red Bull-un gənc yetirməsi komanda yoldaşı Saynsa minimal fərqlə uduzub.

Son sessiyada Hülkenberq ilk cəhdindən imtina edib. Həmilton 1:30.076-lıq nəticə göstərib. Britaniyalı sürücü ikinci cəhddə nəticəsini yaxşılaşdırmasa da, poul qazana bilib. Rəykkönen son döngədə səhvə yol verib və Lyuisə cəmi 0.045 saniyə uduzub. Onlardan 0.4 saniyə geri qalan Ferstappen isə üçüncü olub. Lyuisin karyerasında 70-ci poulu mövsümdə 9-cu, Malayziyada isə 5-ci (ardıcıl 4-cü) olub.

Yarışa hazırkı vəziyyətə görə ilk yerdən Həmilton, son yerdən isə çempionatda onun ən yaxın izləyicisi olan Fettel başlayacaq. Alman sürücüyə Ferrari-nin tempi yaxşı yer tutaraq zərəri minimuma endirməyə imkan verəcək? Bu suala sabah Bakı vaxtı ilə 11:00-da start götürəcək Malayziya Qran Prisində cavab tapacağıq.

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
144Lyus HəmiltonMercedes AMG11:31.605641:30.97761:30.0766
27Kimi RəykkönenFerrari41:32.259521:30.92631:30.1216
333Maks FerstappenRed Bull21:31.920331:30.93131:30.5416
43Daniel RikkardoRed Bull61:32.416451:31.06161:30.5956
577Valtteri BottasMercedes AMG31:32.254511:30.80361:30.7586
631Esteban OkonForce İndia71:32.527571:31.65161:31.4786
72Stoffel VandornMcLaren131:32.838691:31.84861:31.5826
827Niko HülkenberqRenault101:32.586881:31.77861:31.6073
911Serxio PeresForce İndia121:32.768561:31.48471:31.6586
1014Fernando AlonsoMcLaren151:33.0495101:32.01061:31.7046
1119Felipe MassaWilliams51:32.2676111:32.0346
1230Colion PalmerRenault91:32.5768121:32.1006
1318Ləns StrollWilliams141:33.0008131:32.3076
1455Karlos SaynsToro Rosso111:32.6508141:32.4026
1510Pyer QasliToro Rosso81:32.5478151:32.5586
168Roman QrojanHaas161:33.3088
1720Kevin MaqnussenHaas171:33.4346
1894Paskal VerlyaynSauber181:33.4839
199Markus ErikssonSauber191:33.9709
205Sebastyan FettelFerrari202

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 255
Teqlər , , , , , ,
Paylaş

logo