15 Dekabr 2017, Cümə - 23:27

Malayziya-2017: Mətbuat konfranslarının cədvəli

Malayziya-2017: Mətbuat konfranslarının cədvəli

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:07 - 27 Sentyabr, 2017

Malayziya Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı hər birinin muddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. İlk 25 dəqiqədə Sinqapur Qran Prisinin ilk döngəsində baş verən insidentin iştirakçıları: Ferrari-dən Kimi Rəykkönen və Sebastyan Fettel, Red Bull-dan isə Maks Ferstappen jurnalistlərin suallarına cavab verməli olacaqlar. İkinci 25 dəqiqədə isə Toro Rosso-nun sürücüləri Karlos Sayns və Pyer Qasli ilə yanaşı Sauber-dən Markus Eriksson mətbuat işçilərinin qarşısında oturacaqlar.

Cümə günü üçün də hər birinin müddəti 25 dəqiqə olan iki mətbuat konfransı baş tutacaq. Sürücüləri komandaların məsul işçiləri – əvvəlcə Kristian Horner (Red Bull), Frederik Vassyör (Sauber) və Otmar Safnauer (Force İndia), sonra isə Toto Volff (Mercedes), Mario İzola (Pirelli) və Günter Ştayner (Haas) əvəz edəcəklər.

F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 136
Teqlər , ,
Paylaş

logo