16 Dekabr 2017, Şənbə - 03:31

Malayziya-2017: Həftəsonuna hava proqnozu

Malayziya-2017: Həftəsonuna hava proqnozu

Müəllif: Elçin Zodorov, redaktor

09:10 - 28 Sentyabr, 2017

Tropik leysanlar və tufanlar Malayziyadakı yarışlara tez-tez təsir edir. Bu həftəsonu da yağıntı ehtimalı olduqca böyükdür.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü havanın temperaturu +31 dərəcəyə qədər yüksələcək. Mülayim şimal-qərb küləyi əsəcək və hazırda yağıntı ehtimalı 60%-dir. Şənbə və bazar günləri isə yağışın yağma ehtimalı 90%-ə yüksələcək. Hər iki gündə tufan gözlənilir.

Xatırladaq ki, keçən il Malayziyada bütün sessiyalar quru havada baş tutmuşdular…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 985
Teqlər , ,
Paylaş

logo