23 Oktyabr 2017, Bazar ertəsi - 15:19

Malayziya-2016: Yarış

Malayziya-2016: Yarış

Müəllif: Elçin Zodorov, redaktor

13:59 - 02 Oktyabr, 2016

Son 4 ildə Malayziya Qran Prisinin sessiyalarından ən azı biri yağışlı havada keçib. Bu dəfə payızda keçirilən yarışda ənənə pozulub – sürücülər bütün sessiyaları quru havada keçiriblər. Bazar günü hava çox isti olub. Asfalt 50 dərəcəyə qədər qızıb.

F-1.az xəbər verir ki, hər mövsüm maraqlı hadisələrlə zəngin olan Malayziya Qran Prisinin startındaca yarışın taleyinə təsir edəcək hadisələr baş verib. İlk döngədə Maks Ferstappenlə toqquşmamaq üçün əyləcə gec basan Sebastyan Fettel Niko Rosberqlə toqquşub və onun yerində fırlanaraq 21-ci yerə qədər geriləməsinə səbəb olub. Özü isə ön asılqanın qırılmasına görə yarışı dayandırmalı olub. Bütün həftəsonu boyunca olduqca güclü təsir bağışlayan Lyuis Həmilton yaxşı çıxışını yarışda da davam etdirib. Arxasındakı Red Bull sürücülərinə yaxınlaşmağa imkan verməyən Lyuis yarışın sonuna yaxın pis sürprizlə qarşılaşıb – motoru partlayan birtaniyalı sürücü yarışı dayandırmalı olub və çempionluq uğrunda olduqca əhəmiyyətli xallar itirib.

Dördüncü yerdən start alan Daniel Rikkardo startdakı insidentdən sonra komanda yoldaşı Ferstappeni də keçərək 2-ci yerə yüksəlib. Lyuisin yarışı dayandırmasına az qalmış Ferstappenə keçilən avstraliyalı əks hücumla yerini qaytarıb və başqa hücum şansı verməyib. Lyuisin problemlə üzləşməsindən sonra liderliyə yüksələn Daniel finiş xəttini birinci keçərək bu il çox gözlədiyi qələbəni, nəhayət ki, qazanıb.

Startda yer itirməsinə baxmayaraq, tez pit-stop edərək üstünlük əldə edən Ferstappen yarışın sonua qədər qələbə qazanmaq üçün çalışsa da, Rikkardoya çata bilməyəcəyini başa düşüb və ikinciliyə razı olub. O, bu il 5-ci dəfə podiuma yüksəlib.

Çempionatın lideri Rosberq üçün yarış heç də yaxşı başlamasa da, nəticə onun xeyrinə olub. Startdakı insidentdən sonra 21-ci yerə qədər geriləyən Niko əla yarışıb və rəqiblərini keçərək 5-ci yerə qədər yüksəlib. Kimi Rəykkönenə etdiyi hücumdakı təmasa görə stüardlar tərəfindən onun vaxtına 10 saniyə əlavə edilib. Buna baxmayaraq, Niko yerini qoruya bilib. Yarışın sonunda Kimi ilə arasındakı fərqi 13 saniyəyə yüksəldən alman sürücü podiuma yüksəlib və çempionatdakı xal fərqini 23-ə yüksəldərək lideriyini daha da möhkəmləndirib.

Fərqli strategiya seçərək cəmi bir dəfə təkərlərini dəyişən Valtteri Bottas 5-ci olaraq komandasına vacib xallar qazandırıb. Force İndia-nın sürücülərindən Serxio Peres 6-cı, Niko Hülkenberq isə 8-ci olublar və komanda Mühəndislər Kubokunda 4-cü yerini qoruya bilib.

Yarışa son sıradan başlayan Fernando Alonso isə yenilənmiş Honda motoru ilə möhtəşəm çıxış edib. Çoxsaylı ötmələr edən ispan sürücü 7-ci yeri tutub. Onun bu nəticəsi komandanın növbəti yarışlarda və gələn mövsümdə daha güclü olacağına ümid bəslməyə əsas verir. McLaren-in digər sürücüsü Censon Batton isə 9-cu olub və karyerasının 300-cü yarışında xal qazanmağı bacarıb. Renault-nun sürücüsü Colion Palmer isə, nəhayət ki, karyerasında ilk dəfə xal qazanmağa nail olub. Yarışda 10-cu olan britaniyalı sürücü aktivinə 1 xal yazıb.

Malayziya Qran Prisinə Mühəndislər Kubokunu ardıcıl 3-cü dəfə qazanmaq ümidi ilə gələn Mercedes AMG komandası bu istəyini ən azı bir yarışlıq təxirə salmalı olub. 2013-cü ildən bəri ilk dəfə podiumun ən yüksək iki yerini tutan Red Bull isə bu maksimum nəticə ilə Ferrari-dən bir qədər də uzaqlaşıb.

Niko Rosberq az qala 2-ci yerə düşəcəyi çempionatda Lyuisin yarışı tamamlaya bilməməsinə görə xal fərqini daha da artırıb. Aktivində 288 xal olan Nikonu Lyuisdən 23 xal ayırır. Rikkardo isə xal ehtiyatını 204-ə yüksəldib və Ferrari sürücüləri ilə arasındakı böyük xal fərqi onun mövsümü 3-cü yerdə tamamlamaq şansını artırır. Rəykkönen Fetteli keçərək 4-cü olub. Fernando Alonso isə Felipe Massanı 1 xal fərqi ilə üstələyir və artıq çempionatda 10-cu yerdədir. Bir həftə sonra bizi Yaponiyada daha gərgin mübarizə gözləyir…

YerNSürücüKomandaZamanPit
13Daniel RikkardoRed Bull1:37.12.7762
233Maks FerstappenRed Bull+ 0:02.4433
36Niko Rosberq (*)Mercedes AMG+ 0:25.5163
47Kimi RəykkönenFerrari+ 0:28.7853
577Valtteri BottasWilliams+ 1:01.5821
611Serxio PeresForce İndia+ 1:03.7942
714Fernando AlonsoMcLaren+ 1:05.2053
827Niko HülkenberqForce İndia+ 1:14.0623
922Censon BattonMcLaren+ 1:21.8162
1030Colion PalmerRenault+ 1:35.4661
1155Karlos SaynsToro Rosso+ 1:38.8782
129Markus ErikssonSauber+ 1 dövrə2
1319Felipe MassaWilliams+ 1 dövrə3
1426Daniil KvyatToro Rosso+ 1 dövrə3
1594Paskal VerlyaynManor+ 1 dövrə3
1631Esteban Okon (**)Manor+ 1 dövrə2

(*)  Niko Rosberq Kimi Rəykkönenlə insident yaşadığı üçün yekun nəticəsinin üzərinə 10 saniyə əlavə olunub

(**)  Esteban Okon pit yolunda sürət limitini aşdığı üçün yekun nəticəsinin üzərinə 10 saniyə əlavə olunub

Sürətli dövrə: Niko Rosberq (Mercedes AMG) – 1:36.424 (44-cü dövrə, 206.948 km/saat)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Felipe NasrSauber46Əyləc sistemi
Lyuis HəmiltonMercedes AMG40Motor
Esteban QutyerresHaas39Təkərin bağlanmaması
Kevin MaqnussenRenault17Əyləc problemi
Roman QrojanHaas7Əyləc Problemi
Sebastyan FettelFerrari0Qəza

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
16Niko RosberqMercedes AMG F1 Team288
244Lyuis HəmiltonMercedes AMG F1 Team265
33Daniel RikkardoRed Bull Racing204
47Kimi RəykkönenScuderia Ferrari160
55Sebastyan FettelScuderia Ferrari153
633Maks FerstappenRed Bull Racing147
777Valtteri BottasWilliams Martini Racing80
811Serxio PeresSahara Force İndia F1 Team74
927Niko HülkenberqSahara Force İndia F1 Team50
1014Fernando AlonsoMcLaren Honda Formula 1 Team42
1119Felipe MassaWilliams Martini Racing41
1255Karlos SaynsScuderia Toro Rosso30
138Roman QrojanHaas F1 Team28
1426Daniil KvyatScuderia Toro Rosso25
1522Censon BattonMcLaren Honda Formula 1 Team19
1620Kevin MaqnussenRenault Sport Formula 1 Team7
1730Colion PalmerRenault Sport Formula 1 Team1
1894Paskal VerlyaynManor Racing MRT1
1947Stoffel VandornMcLaren Honda Formula 1 Team1

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG F1 TeamMercedes553
2Red Bull RacingTAG Heuer359
3Scuderia FerrariFerrari313
4Sahara Force India F1 TeamMercedes124
5Williams Martini RacingMercedes121
6McLaren Honda Formula 1 TeamHonda62
7Scuderia Toro RossoFerrari47
8Haas F1 TeamFerrari28
9Renault Sport Formula 1 TeamRenault8
10Manor Racing MRTMercedes1

Son Xəbərlər

İnformasiya

Bölüm Manşet
Mənbə
Baxış Sayı 223
Teqlər , , , , , ,
Paylaş

logo