Malayziya-2016: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, Sepanq trasında da Formula1 sürücülərini iki DRS zonası gözləyir.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, trasın bütün uzunluğunda, hətta pit-leyndə də asfalt örtüyü yenilənib. 2-ci, 5-ci, 9-cu və 15-ci döngələrin maililik bucağı dəyişdirilib ki, su drenaj sisteminə doğru yönəlsin. 2-ci, 4-cü və 9-cu döngələrdə porebriklərin arxasında apeks rayonunda qrasskrit döşənib.

15-ci döngənin çıxışında təhlükəsizlik relsləri trasdan uzaqlaşdırılıb, onun üzərində uzunluğu 70 metr olan qoruyucu tor quraşdırılıb. Elə bu döngədə konveyer lenti ilə bağlanmış təkərlərdən olan qoruyucu baryer yenisi ilə əvəzlənib. Nəhayət, 15-ci və 1-ci döngə arasındakı sürücüdən solda qalan təhlükəsizlik relsinin aralığı müasir təhlükəsizlik standartlarına uyğun yenidən qurulub.

Əvvəlki illərdən fərqli olaraq bu dəfə Sepanqda iki DRS zonası üçün cəmi bir deteksiya nöqtəsi olacaq, yəni maşınlar arasındakı interval yalnız 12-ci döngədən 54 metr sonra yerləşən nöqtədə ölçüləcək. Arxa qanadın hərəkətli elementinin 1-ci aktivasiya nöqtəsi 14-cü döngədən 104 metr sonra, 2-ci aktivasiya nöqtəsi isə 15-ci döngədən 28 metr sonra yerləşir.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*