16 Dekabr 2017, Şənbə - 15:14

Malayziya-2016: Sıralanma turu

Malayziya-2016: Sıralanma turu

Müəllif: Elçin Zodorov, redaktor

14:18 - 01 Oktyabr, 2016

Yay fasiləsindən sonra qələbə qazana bilməyən Lyuis Həmilton Sepanqda keçirilən sıralanma turunda əlçatmaz olub.

F-1.az bildirir ki, Sepanqın yenilənmiş asfalt örtüyünün təkərlərin tez yeyilməsinə səbəb olacağı hamını narahat edib. Üstəlik, burada havanın həddən artıq isti olması da buna təsir edib. Pirelli bura Hard, Medium və Soft təkərləri gətirib.

Birinci sessiyaya Felipe Massa Hard təkərlərlə çıxsa da, 1 dövrə vurduqdan sonra boksa qayıdıb.  Fernando Alonso, Ferrari və Red Bull sürücüləri Medium təkərlərlə, yerdə qalan sürücülər isə Soft təkərlərlə trasa çıxıblar. Güc qurğusunu dəyişdirdiyinə görə ümumilikdə 45 yer itirmək cəzası alan Fernando Alonso sıralanmadan əvvəl bildirmişdi ki, formal olaraq bir dövrə vuracaq və turu televizordan izləyəcək. O, belə də edib. Yarışa son yerdən başlamağa məcbur olan Fernandonun sürətli dövrələr vurmasının heç bir əhəmiyyəti yox idi və təkərlərə qənaət etmək vacibdir.

Lyuis Həmilton 1:34.444-lük nəticə göstərərək ilk sessiyada protokollara başçılıq edib. O, Niko Rosberqi cəmi 0,016 saniyə qabaqlayıb. Kimi Rəykkönen komanda yoldaşını 0.001 saniyə qabaqlayaraq 3-cü olub. Alonso və Mercedes AMG sürücülərindən başqa, Daniel Rikkardo da ilk sessiyada ikinci cəhddən imtina ediblər. Alonso ilə birlikdə mübarizəni Eriksson, Nasr, Palmer, Okon və Verlyayn dayandırıblar.

İkinci sessiyaya bütün sürücülər Soft təkərlərlə çıxıblar. Həmilton elə ilk cəhddəcə sessiyanın ən sürətli dövrəsini vurub – 1:33.046. O, Rosberqi yarım saniyə üstələyib. Mercedes AMG, Red Bull, Ferrari komandalarının sürücüləri və Massa ikinci cəhdlərinə çıxmayıblar. Bu sürücülər ilk 7 yerdə qərarlaşıblar. Üçüncü sessiyaya keçməyə imkan verən son 3 yer uğrunda gərgin mübarizə gedib. Censon Batton möhtəşəm dövrə vuraraq 8-ci olarkən, Force İndia sürücüləri 9-cu və 10-cu yerləri tutaraq həlledici sessiyaya yüksələ biliblər. İlk onluğa düşə bilməyən Bottas, Qrojan, Qutyerres, Maqnussen, Kvyat və Sayns mübarizəni dayandırıblar.

Son sessiyada Həmilton bu həftəsonu möhtəşəm olduğunu bir daha sübut edib – onun ilk cəhddə nəticəsi 1:32.850 olub və bu, Lyuisə poulu qazanmaq üçün kifayət edib. Rosberq ilk cəhddə heç də yaxşı çıxış etməyib və yalnız 5-ci ola bilib. Lakin ikinci cəhdində yol verdiyi 2 səhvə baxmayaraq, yarışa komanda yoldaşının yanından başlamağa haqq qazanıb. İkinci sıranı Red Bull, 3-cü sıranı Ferrari, 4-cü sıranı isə Force İndia sürücüləri zəbt ediblər – Ferstappen, Fettel və Peres komanda yoldaşlarını qabaqlaya biliblər. Censon Batton 9-cu, Felipe Massa isə 10-cu yerdən yerdən start alacaq.

Bununla da, Lyuis Həmilton karyerasındakı 57-ci poulunu qazanıb. Sabah bizi olduqca maraqlı start və yarış yarış gözləyir!

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
144Lyuis HəmiltonMercedes AMG11:34.444311:33.04631:32.8505
26Niko RosberqMercedes AMG21:34.460321:33.60931:33.2646
333Maks FerstappenRed Bull121:35.443631:33.77531:33.4206
43Daniel RikkardoRed Bull71:35.079341:33.88831:33.4676
55Sebastyan FettelFerrari41:34.557861:33.97231:33.5846
67Kimi RəykkönenFerrari31:34.556851:33.90331:33.6325
711Serxio PeresForce İndia61:35.0685101:34.53861:34.3196
827Niko HülkenberqForce İndia51:34.827391:34.44161:34.4896
922Censon BattonMcLaren101:35.267881:34.43161:34.5183
1019Felipe MassaWilliams91:35.267471:34.44231:34.6716
1177Valtteri BottasWilliams81:35.1663111:34.5776
128Roman QrojanHaas111:35.4008121:35.0016
1321Esteban QutyerresHaas151:35.6588131:35.0976
1420Kevin MaqnussenRenault131:35.5937141:35.2776
1526Daniil KvyatToro Rosso161:35.6956151:35.3696
1655Karlos SaynsToro Rosso141:35.6056161:35.3746
179Markus ErikssonSauber171:35.8168
1812Felipe NasrSauber181:35.9498
1930Colion PalmerRenault191:35.9998
2031Esteban OkonManor201:36.4519
2194Paskal VerlyaynManor211:36.5879
2214Fernando AlonsoMcLaren221:37.1555

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 393
Teqlər , , , , ,
Paylaş

logo