Macarıstan Qran Prisi: Pirelli – Soft və SuperSoft

Mövsümün 11-ci yarışı Budapeşt yaxınlığındakı Hunqarorinq trasında keçiriləcək. Trasda asfaltla ilişmə mövsümdə ən zəifdir, amma daim döngələrdə olan təkərlər adətən […]

Mövsümün 11-ci yarışı Budapeşt yaxınlığındakı Hunqarorinq trasında keçiriləcək. Trasda asfaltla ilişmə mövsümdə ən zəifdir, amma daim döngələrdə olan təkərlər adətən çox yeyilmirlər.

Tras üçün sazlanmalar asfalta yatma qüvvəsinin maksimum səviyyəsini tələb edir, akseleratorun pedalı isə dövrə rəzində cəmi 10 saniyə tam döşəməyə basılmış vəziyyətdə olur. Asfaltla ilişməni artırmaq üçün mühədnislər arxa asılqanları yumşaldırlar, amma bu zaman təkərin yeyilməsi artır. Pirelli-nin başçısı Pol Hembri trasın xüsusiyyətlərindən danışıb…

Pol Hembri: “Biz GP3 seriyasının testlərini bu trasda keçirmişdik və elə o zaman başa düşmüşdük ki, Formula1-də istifadə olunan təkərləri də yüksək temperatur və sürüşkən asfalt örtüyü gözləyir.

Komanda və sürücülər üçün əsas çətinlik isti havada təkərlərin yeyilməsini nəzarətdə saxlamaq olacaq. Hərçənd, biz artıq isti havada Soft təkərlərini yoxlamışıq, SuperSoft təkərləri isə sıralanma turunda yaxşı nəticə göstərməyə imkan verəcək, amma aydındır ki, yeyilməsi də sürətli olacaq.

Komandalar tərkibin sürəti və yeyilməsi arasında kompromis tapmalı olacaqlar, ona görə də müxtəlif taktiki seçimlər görəcəyik. Ümid edirik ki, bizim iştirakımızla ilk Macarıstan Qran Prisi çox maraqlı olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*