14 Dekabr 2018, Cümə - 14:04

Macarıstan Qran Prisi: Pirelli – Soft və Medium

Macarıstan Qran Prisi: Pirelli – Soft və Medium

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:11 - 24 İyul, 2015

Pirelli şirkəti Macarıstanda komandalara “orta təkər cütlüyünü” – Medium və Soft tərkiblərini təqdim edəcək. F-1.az xatırladır ki, bu tərkiblər mövsümün […]

Pirelli şirkəti Macarıstanda komandalara “orta təkər cütlüyünü” – Medium və Soft tərkiblərini təqdim edəcək. F-1.az xatırladır ki, bu tərkiblər mövsümün 3 yarışında (Avstraliya, Çin və Bəhreyn) artıq istifadə olunub, amma Hunqarorinqdə hava çox isti olacaq…

Pol Hembri, Pirelli Motorsport: “Hamar konfiqurasiyalı sürətli Silverstoundan sonra bizi Hunqarorinq gözləyir – texniki döngələrlə zəngin olan Formula1 təqvimində ən yavaş traslardan biri. Bu tras sürücülər üçün, maşınlar üçün və təkərlər üçün ciddi çağırışdır – trasda yalnız start-finiş düzlüyündən nəfəs dərmək mümkündür.

Əlbəttə, əsas aspektlərdən biri də havadır, iyulda Budapeştdə həmişə isti olur və isti təkərlərin dağılmasına ciddi təsir edir. Təkərlərin effektliyi və resursu arasında optimal balansı təmin etmək üçün biz Medium və Soft tərkiblərini seçmişik. Döngələrdə bu yumşaq tərkiblər yaxşı ilişmə təmin etməlidirlər, uzun məsafədə isə gec yeyilməlidirlər. Bu trasda ötmək həmişə çətin olub, ona görə də yarış zamanı təkərlərdən istifadə strategiyası çox şeyi həll edəcək”.

Pirelli-nin mütəxəssisləri hesab edirlər ki, tərkiblərin bir dövrədə sürət fərqi 1.2-1.5 saniyə olacaq…


Macarıstan Qran Prisi: Pirelli – Soft və Medium

Macarıstan Qran Prisi: Pirelli – Soft və Medium

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:03 - 24 İyul, 2013

Macarıstan Qran Prisi ərəfəsində Pirelli Motorsport-un başçısı Pol Hembri təkər baxımından trasın xüsusiyyətlərindən və qarşıdakı yarışa strategiya seçimində üstünlüklərdən danışıb… […]

Macarıstan Qran Prisi ərəfəsində Pirelli Motorsport-un başçısı Pol Hembri təkər baxımından trasın xüsusiyyətlərindən və qarşıdakı yarışa strategiya seçimində üstünlüklərdən danışıb…

Pol Hembri: “Macarıstan yarışı 2012-ci ilin konstruksiyası üzərində 2013-cü ilin tərkibində hazırlanmış yeni təkərlər üçün ilk sınaq olacaq. Bu təkərləri biz keçən həftə Silverstounda yoxladıq və komandalar öz maşınları üçün sazlanmalar tapa bildilər. İndi hamı birinci dəfə bu təkərlərlə real yarış şəraitində üzləşəcək, ona görə də sərbəst yürüşlərdə məhsuldar iş vacib olacaq, xüsusən də nəzərə almaq lazımdır ki, Hunqarorinqdə sıralanma turu böyük əhəmiyyət kəsb edir.

Bu trasda ötmək həmişə çətin olub, ona görə də komandalar optimal taktika axtarmalı olacaqlar. Medium və Soft təkərlərinin yarışa gətirilməsi onlara kömək edəcək və komandalar sərbəst yürüşlərdə müxtəlif yanacaq miqdarı ilə işlədikdən sonra seçim edə biləcəklər. Həftəsonuna temperatur yüksək olacaq, bu faktoru da nəzərə almaq lazımdır, məhz temperaturdan təkərlərin yeyilməsi asılı olacaq.

Asfaltla ilişmə və əylənmə – macar trasında təkərlər üçün iki vacib faktordur. Yan yüklənmələrin səviyyəsi yüksək deyil, həlledici faktor təkərlərin sürət xarakteristikası olacaq. Strategiya da bu faktor üzərində qurulacaq.”


Macarıstan Qran Prisi: Pirelli – Soft və Medium

Macarıstan Qran Prisi: Pirelli – Soft və Medium

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:33 - 26 İyul, 2012

Əgər əvvəllər Pirelli şirkəti qarşıdakı bir neçə Qran Priyə gətirəcəyi tərkibləri öncədən elan edirdisə, son yarışlara şirkət yalnız yarış ərəfəsində […]

Əgər əvvəllər Pirelli şirkəti qarşıdakı bir neçə Qran Priyə gətirəcəyi tərkibləri öncədən elan edirdisə, son yarışlara şirkət yalnız yarış ərəfəsində bəyanat verməklə kifayətlənir – bu gün italiyalılar xəbər veriblər ki, Hunqarorinqə bir həftə əvvəl Hokkenhaymda istifadə olunan orta cütlük – Medium və Soft tərkibləri gətiriləcək.

Pol Hembri, Pirelli Motorsport: “Macarıstan trası təqvimin digər avtodromlarından kəskin fərqlənir – təqvimdə ən yavaş trasdır, amma bu o demək deyil ki, təkərlərə yüklənmələr elə də çox olmayacaq.

Konfiqurasiyanın əyri, asfaltın sürüşkən olması təkərləri çox qızdırır, hava da adətən bu vaxt çox isti olur. Hərçənd, keçən il biz burda yağış da görmüşdük, ona görə də proqnoz söyləməkdən çəkinəcəyik. Bu trasda sliklərin işi barədə əlimizdə kifayət qədər məlumat yoxdur, ona görə də sürət və yeyilmə arasında balans yenə də təkərlərin potensialından effektiv istifadə zamanı həlledici faktor olacaq.

Bu trasda ötmək çox çətindir, amma sürücülərin müxtəlif strategiya variantları seçmək azadlığı var.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 400
Teqlər , , , , , , ,
Paylaş

logo