Macarıstan Qran Prisi – maşınların çəkisi

FİA Macarıstan Qran Prisinin sıralanma turundan sonra maşınların start yanacağı ilə tərəzidə çəkilmələrinin nəticələrini dərc edib. Sıralanma turunun son sessiyasına […]

FİA Macarıstan Qran Prisinin sıralanma turundan sonra maşınların start yanacağı ilə tərəzidə çəkilmələrinin nəticələrini dərc edib. Sıralanma turunun son sessiyasına ən az yanacaqla poul qazanmış Fernando Alonso (Renault) çıxıbmış – ispan sürücü aqresiv strategiya seçib və trasda qısa birinci hissə keçirəcək, peletondan pit-stopa ilk müraciət edən o olacaq. Çempionatın lideri Censon Batton ilk onluqda ən ağır maşınla olub və yanacaq doldurmağa sonuncu yollanacaq – əlbəttə, komandaların taktikasına hava şəraiti və Təhlükəsizlik Maşını müdaxilə edə bilər.

Startda ən ağır maşın isə Censonun komanda yoldaşı Rubens Barrikelloda olacaq, braziliyalı sürücüyə tərkərlər imkan versə, o yarışı bir pit-stopla başa vura bilər…

Maşınların yanacaqla dolu çəkiləri, kq-la (ehtimal olunan ilk pit-stop dövrəsi):
1. F.Alonso (Renault) – 637.5 (11)
2. S.Fettel (Red Bull) – 655.0 (18)
3. M.Uebber (Red Bull) – 652.0 (17)
4. L.Həmilton (McLaren) – 650.5 (16)
5. N.Rosberq (Williams) – 654.0 (18)
6. H.Kovalaynen (McLaren) – 655.5 (19)
7. K.Rəykkönen (Ferrari) – 651.5 (17)
8. C.Batton (Brawn GP) – 664.5 (22)
9. K.Nakacima (Williams) – 658.0 (21)
10. F.Massa (Ferrari) – – (-)
11. S.Buemi (Toro Rosso) – 671.5 (25)
12. Y.Trulli (Toyota) – 671.3 (25)
13. R.Barrikello (Brawn GP) – 689.0 (31)
14. T.Qlok (Toyota) – 679.2 (27)
15. N.Pike (Renault) – 667.7 (24)
16. N.Haydfeld (BMW Sauber) – 658.0 21()
17. C.Fizikella (Force İndia) – 680.5 (28)
18. A.Sutil (Force İndia) – 683.5 (29)
19. R.Kubitsa (BMW Sauber) – 666.0 (22)
20. X.Algersuari (Toro Rosso) – 675.5 (26)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*