21 Avqust 2018, Çərşənbə axşamı - 17:40

Macarıstan-2018: Yarış

Macarıstan-2018: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:57 - 29 İyul, 2018

Yay tətilindən əvvəlki son yarışda ekspertlər Ferrari və Red Bull sürücülərinə üstünlük verirdilər. Bu trasda son yarışlar Mercedes üçün uğurlu alınmırdı, mövsümün son yarışlarında isə Skuderiyanın maşınları çox güclənmişdilər – cümə günü macar trasının ilk sektorunda qırmızı maşınlar gümüşü maşınları 0.4 saniyə üstələyiblər…

F-1.az xatırladır ki, cümə məşqlərində Rikkardo və Fettel liderlik ediblər, şənbə məşqlərində isə Fettel yenə də hamıdan sürətli olub. Sıralanma turu yağışlı havada baş tutduğu üçün sürət üstünlyü həlledici faktor olmayıb. Son sessiyada güclü yağış təkərləri ilə Həmilton hamını üstələyib.

Mercedes sürücüləri start düzlüyündə ilk cərgəni tam zəbt ediblər. Ferrari sürücülri ikinci cərgəyə sahib çıxıblar – mövsümdə ikinci dəfə Kimi Sebastyanı qabaqlayıb. Üçüncü cərgə isə tam sürpriz olub – Sayns və Qasli. Ləns Strol sıralanmadan sonra bağlı park rejimini pozduğu üçün cərimələnib və pit-leyndən start almalı olub.

Bir həftə əvvəl Almaniyada olduğu kimi Pirelli şirkəti Hunqarorinqə də Medim, Soft və (SuperSoftu buraxaraq) UltraSoft tərkiblərini gətirib.

Yağışlı sıralanmadan sonra bütün sürücülər təkər seçimində azad olublar – Fettel, Sayns, Alonso, Rikkardo, Hülkenberq, Vandorn, Lekler, Okon və Sirotkin start üçün Soft, Strol isə Medium tərkibini seçiblər, qalan sürücülər UltraSoft tərkibinə üstünlük veriblər..

Startdan əvvəl avtodromda bir neçə gün əvvəl dünyasını dəyişmiş Ferrari-nin prezidenti Sercio Markionnenin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Startda Həmilton liderliyini qoruya bilib, Rəykkönen komanda yoldaşını irəli buraxıb, Ferstappen isə Sayns və Qaslini qabaqlayıb. Arxada Eriksson və Rikkardo təmas yaşasalar da, hər ikisi mübarizəni davam etdirib. Leklerin Pereslə təması monakolu sürücünün mübarizəni dayandırması ilə nəticələnib. 2-ci dövrədə ilk onluq: Həmilton – Bottas – Fettel – Rəykkönen – Ferstappen – Qasli – Maqnussen – Sayns – Hartli – Hülkenberq.

6-cı dövrədə Maks Ferstappen trasda dayanıb – MGU-K generatorundakı problem üzündən motor gücünü itirib. Qrojan Alonsonu üstələyərək ilk onluğa qayıdıb – bir neçə döngədən sonra ispaniyalı sürücünü Rikkardo da qabaqlayıb.

10-cu dövrədə Mercedes sürücülərini 5 saniyə ayırıb. 13-cü dövrədə Rikkardo Hülkenberqi, növbəti dövrədə Hartlini ötərək ilk səkkizliyə daxil olub.

15-ci dövrədə Rəykkönen pit-stoplar dalğasına start verib – finlandiyalı sürücünün mexanikləri zaman itiriblər. Növbəti dövrədə Bottas həmyerlisinə cavab verib və pitdən trasa Kiminin önündə qayıdıb.

21-ci dövrədə uzun sürən dueldən sonra Rikkardo Maqnusseni qabaqlayıb. 23-cü dövrədə Peres, 24-cü dövrədə Hülkenberq, 25-ci dövrədə Hartli və Həmilton, 26-cı dövrədə isə Sayns mexaniklərinə baş çəkərək yeni təkər dəstlərinə keçiblər.

27-ci dövrədə Rikkardo Qaslini də arxada qoyaraq 5-ci yerə yüksəlib.

Hələ pit-stop etməmiş Fettelin arxasında trasa qayıdan Həmilton dərhal sürətini artırmaq istəsə də, komanda onu tələsməməyə çağırıb.

30-cu dövrədə Qrojan, 32-ci dövrədə Maqnussen, 33-cü dövrədə isə Sirotkin və Qasli də planlı pit-stoplarını reallaşdırıblar.

39-cu dövrədə cüzi sürət üstünlüyünə baxmayaraq həmyerlisini keçə bilməyən Rəykkönen ikinci dəfə pit-stopa yollanıb. Dövrəvi sürücülərin arxasında vaxt itirən Fettel növbəti dövrədə pit-yoluna yönəlib – almaniyalı sürcüü trasa Bottasın düz arxasında qayıdıb. Rikkardo start təkərlərini 45-ci dövrədə yeniləyib. 46-cı dövrədə ilk onluq: Həmilton – Bottas – Fettel – Rəykkönen – Rikkardo – Qasli – Maqnussen – Alonso – Vandorn – Sayns.

51-ci dövrədə Vandornun maşını yavaşlayıb – Stoffel ötürmələr qutusunun problemi üzündn maşını təhlükəsizlik zonasnda saxlayb. Virtual Təhlükəsizlik rejimi elan olunub, amma cəmi bir dəqiqədən sonra rejim ləğv olunub. Bu arada Hülkenberq də təkərlərini yeniləyib.

Yeni təkərlərlə daha sürətli olan Niko 54-cü dövrədə Peresi üstələyərək 13-cü yerə yüksəlib.

60-cı dövrədə təkərləri tam yeyilmiş Bottasa iki Ferrari sürücüsünün hücumları başlayıb. Təkərləri trası tutmayan Valtterini hətta DRS-lə hunqarorinqdə keçmək çox çətin olub.

64-cü dövrədə Fettelin növbəti hücumu uğurlu alınıb və alman sürücü 1-ci döngədən sonra irəli çıxıb, amma 2-ci döngədə Bottas arxadan rəqibinə çırpılaraq ön qanadını sıradan çıxarıb. Fürsətdən istifadə edən Kimi də həmyerlisini qabaqlayıb. 65-ci dövrədə ilk onuq: Həmilton – Fettel – Rəykkönen – Bottas – Rikkardo – Qasli – Maqnussen – Alonso – Sayns – Qrojan.

68-ci dövrədə Rikkardonun Bottasa hücumları başlayıb – 1-ci döngədə sürücülərə təmas yaşasalar da, hər ikisi də trasa qayıdaraq mübarizənid avam etdiriblər. Amma növbəti dövrədə Bottas avstraliyalı sürücünün hücumunu dəf edə bilməyib.

Lyuis Həmilton Macarıstanda 6-cı, mövsümdə 5-ci, karyerasında isə 67-ci qələbəsinə sevinib. Sebastyan Fettel finişdə 2-ci, Kimi Rəykkönen isə 3-cü olub.

İki gün sonra komandalar trasda mövsümiçi testlər üçün toplaşacaqlar, sonra isə yay tətili başlayacaq. Mübarizə isə avqustun sonunda davam edəcək…

YerNSürücüKomandaZaman/FərqPit
144Lyuis HəmiltonMercedes AMG1:37:16.4271
25Sebastyan FettelFerrari+ 0:17.1231
37Kimi RəykkönenFerrari+ 0:20.1011
43Daniel RikkardoRed Bull+ 0:46.4191
577Valtteri Bottas (*)Mercedes AMG+ 1:00.0001
610Pyer QasliToro Rosso+ 1:13.2731
720Kevin MaqnussenHaas+ 1 dövrə1
814Fernando AlonsoMcLaren+ 1 dövrə1
955Karlos SaynsRenault+ 1 dövrə1
108Roman QrojanHaas+ 1 dövrə1
1128Brendon HartliToro Rosso+ 1 dövrə1
1227Niko HülkenberqRenault+ 1 dövrə2
1331Esteban OkonForce İndia+ 1 dövrə1
1411Serxio PeresForce İndia+ 1 dövrə1
159Markus ErikssonSauber+ 2 dövrə1
1635Sergey SirotkinWilliams+ 2 dövrə1
1718Ləns StrollWilliams+ 2 dövrə1

* Valtteri Bottasın yekun nəticəsinə 10 saniyə əlavə olunub.

Sürətli dövrə: Daniel Rikkardo (Red Bull) – 1:20.012 (46-cı dövrə, 197.115 km/saat).

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Stoffel VandornMcLaren50ötürmələr qutusu
Maks FerstappenRed Bull6güc qurğusu
Şarl LeklerSauber1mexaniki problemlər

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
144Lyuis HəmiltonMercedes AMG Petronas Motorsport213
25Sebastyan FettelScuderia Ferrari189
37Kimi RəykkönenScuderia Ferrari146
477Valtteri BottasMercedes AMG Petronas Motorsport132
53Daniel RikkardoAston Martin Red Bull Racing118
633Maks FerstappenAston Martin Red Bull Racing105
727Niko HülkenberqRenault Sport Formula 1 Team52
820Kevin MaqnussenHaas F1 Team45
914Fernando AlonsoMcLaren F1 Team44
1011Serxio PeresSahara Force İndia F1 Team30
1155Karlos SaynsRenault Sport Formula 1 Team30
1231Esteban OkonSahara Force İndia F1 Team29
1310Pyer QasliRed Bull Toro Rosso Honda26
148Roman QrojanHaas F1 Team21
1516Şarl LeklerAlfa Romeo Sauber F1 Team13
162Stoffel VandornMcLaren F1 Team8
179Markus ErikssonAlfa Romeo Sauber F1 Team5
1818Ləns StrollWilliams Martini Racing4
1928Brendon HartliRed Bull Toro Rosso Honda2

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG Petronas MotorsportMercedes345
2Scuderia FerrariFerrari335
3Aston Martin Red Bull RacingRenault223
4Renault Sport Formula 1 TeamRenault82
5Haas F1 TeamFerrari66
6Sahara Force İndia F1 TeamMercedes59
7McLaren F1 TeamRenault52
8Red Bull Toro Rosso HondaHonda28
9Alfa Romeo Sauber F1 TeamFerrari18
10Williams Martini RacingMercedes4

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 209
Teqlər , , , , ,
Paylaş

escort bayan maltepe escort kadıköy escort ataşehir escort maltepe escort ataşehir escort istanbul escort bayan istanbul escort
ucuz paykasa paykasa bozdurma
logo