21 Avqust 2018, Çərşənbə axşamı - 17:39

Macarıstan-2018: Sıralanma turu

Macarıstan-2018: Sıralanma turu

Müəllif: Elçin Zodorov, redaktor

18:10 - 28 İyul, 2018

Hunqarorinq trasında ötmələr demək olar ki, mümkün deyil. Buna görə də, sıralanma turu həftəsonunun ən vacib sessiyası hesab edilir. Lakin burada baş tutan 32 yarışdan sadəcə 14-də pouldan başlayan sürücü yekunda qalib olub.

F-1.az xatırladır ki, cümə günü ilk məşqlərdə Rikkardo, ikinci məşqlərdə isə Fettel protokollara başçılıq edib. Bu gün səhər baş tutan son məşq sessiyasının ən sürətlisi də Fettel olub.

Pirelli bura Medium və Soft təkərlərlə birlikdə UltraSoft təkərləri gətirib. Komandaların hamısı həftəsonunun ən yumşaq tərkibi ilə maksimuma nail ola bilməyib və məşqlərdə əsas diqqətlər məhz buna yönəldilib.

Sıralanma turundan əvvəl qısa, lakin güclü yağış yağıb. Asfalt bir qədər qurusa da, yağışın davam edəcəyi bildirilib.

İlk sessiyada sürücülər boksları tərk etməyə tələsiblər. Hamı keçid təkərləri ilə trasa çıxıb. Asfalt sürətlə quruyub, bu təkərlərlə ən sürətli dövrəni Fettel vurub – 1:25.176. Sliklərə keçən ilk sürücü Sayns olub, digərləri də onun ardınca eyni addımı atıblar. Fettel hamıdan sürətli olub – 1:16.666. Vandorn, Lekler, Okon, Peres və Sirotkin mübarizəni dayandırıblar.

İkinci sessiyada Fettel keçid, qalan sürücülər isə UltraSoft təkərlə trasa çıxıblar. Yağış yenə başlayıb və xüsusilə üçüncü sektorda güclü olub. Bütün sürücülər pit yoluna yönələrək keçid təkərləri taxıblar. Fettelin 1:28.636-lıq nəticəsi ən yaxşı olub. Yağış trasın vəziyyətini daha da pisləşdirib. Stroll 9-cu döngədə trasdan çıxıb, baryerlərə çırpılaraq ön qanadını qırıb və boksa qayıdıb. Maqnussen yağış təkərlərinə keçən ilk sürücü olub. Bir neçə sürücü də bu addımı atıb, lakin heç kim öz nəticəsini yaxşılaşdıra bilməyib. Alonso, Rikkardo, Hülkenberq, Eriksson və Stroll ilk onluğa düşə bilməyiblər.

Son sessiyada hamı yağış təkərləri ilə trasa çıxıb. Yolun bəzi yerləri nisbətən quru olub. Vəziyyət hər an dəyişdiyindən sürücülərin əksəriyyəti ardıcıl dövrələr vurub ki. vəziyyətin ən yaxşı olduğu anı tuta bilsinlər. Rəykkönen ilk cəhdində hamıdan sürətli olub. İkinci cəhdində belə Fettel onu üstələyə bilməyib. Bottas son dövrəsindən sonra bir neçə saniyəlik ilk sıraya yüksəlib, lakin Həmilton onu 0.260 saniyə üstələyərək poul qazanmağa nail olub.

Lyuis Həmilton mövsümdə beşinci, karyerasında isə 77-ci poulunu əldə edib. Bottas ikinci olub və sabahkı yarışa Mercedes ilk cərgədən başlayacaq. İkinci cərgəni Ferrari sürücüləri tutublar. Sayns və Qasli isə üçüncü cərgədən start alacaqlar.

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
144Lyuis HəmiltonMercedes AMG41:17.4191241:31.24251:35.6589
277Valtteri BottasMercedes AMG31:17.1231361:32.08141:35.9188
37Kimi RəykkönenFerrari51:17.5261381:32.76241:36.1869
45Sebastyan FettelFerrari11:16.6661211:28.63641:36.2108
555Karlos SaynsRenault61:17.8291221:30.77151:36.7438
610Pyer QasliToro Rosso141:18.5771251:31.28651:37.5918
733Maks FerstappenRed Bull21:16.9401231:31.17841:38.0328
828Brendon HartliToro Rosso111:18.4291271:32.59051:38.1288
920Kevin MaqnussenHaas101:18.3141191:32.96851:39.8588
108Roman QrojanHaas71:17.90111101:33.65051:40.5938
1114Fernando AlonsoMcLaren91:18.20811111:35.2148
123Daniel RikkardoRed Bull121:18.54012121:36.4429
1327Niko HülkenberqRenault81:17.90512131:36.5068
149Markus ErikssonSauber151:18.64113141:37.0759
1518Ləns StrollWilliams131:18.56012153
162Stoffel VandornMcLaren161:18.78211
1716Şarl LeklerSauber171:18.81713
1831Esteban OkonForce İndia181:19.14212
1911Serxio PeresForce İndia191:19.20011
2035Sergey SirotkinWilliams201:19.30112

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 91
Teqlər , , ,
Paylaş

escort bayan maltepe escort kadıköy escort ataşehir escort maltepe escort ataşehir escort istanbul escort bayan istanbul escort
ucuz paykasa paykasa bozdurma
logo